/ / Ulu öndər Heydər Əliyev xalqın taleyində dönüş yaradaraq Azərbaycanı tənəzzüldən tərəqqiyə qovuşdurub
Ulu öndər Heydər Əliyev xalqın taleyində dönüş yaradaraq Azərbaycanı tənəzzüldən tərəqqiyə qovuşdurub
05.05.2018 [15:33]
Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatı Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə mayın 4-də Zirə Mədəniyyət Mərkəzində təntənəli tədbir keçirib, Ulu öndərin xatirəsi dərin hörmət və ehtiramla yad edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Pirallahı rayon İcra Hakimiyyətinin əməkdaşları, idarə və təşkilatların, orta təhsil müəssisələrinin, Ağsaqqallar Şurasının, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Zirə Mədəniyyət Mərkəzində Ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzüblər.
YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov tədbirdə çıxış edərək Ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz tarixi xidmətlərindən danışıb. Bildirib ki, milli dövlətçiliyin inkişafını və qüdrətlənməsini təmin edən tarixi şəxsiyyətin həyatı və fəaliyyəti bu tarixin özü ilə eyniləşir, bu dövrün başlıca mahiyyətini təşkil edir. Heydər Əliyev çağdaş Azərbaycan tarixinin yönünü və məzmununu müəyyən etməklə zamanın fövqünə yüksəlib, əbədiyyət qazanıb. O, xalqının taleyində dönüş yaradaraq ölkəsini tənəzzüldən tərəqqiyə qovuşdurub. “Bu gün biz qüdrətli və müstəqil dövlətin vətəndaşları olaraq, məhz belə dahi insanın fədakar fəaliyyəti sayəsində firavan respublikada, ictimai-siyasi sabitlik şəraitində, sosial rifahın təmin olunduğu, inkişaf edən və güclü bir Azərbaycanda yaşayırıq”, - deyə Hikmət Şikarov vurğulayıb.
Sonra çıxış edən Pirallahı rayon Ağsaqqallar Şurasının sədri Fazil Məmmədov hər bir xalqın milli özünütəsdiqinin parlaq ifadəsinə çevrilmiş müstəqil dövlətçilik konsepsiyasının məhz fenomenal liderlərin adı ilə bağlı olduğunu və xalqımızın alternativsiz Liderinin məhz Heydər Əliyev olduğunu, Azərbaycana inkişaf, xilaskarlıq, qurtuluş bəxş edən missiyanın banisi olan bu böyük şəxsiyyətin canından da artıq sevdiyi Vətəninə və xalqına layiqli xidməti nəticəsində bu gün, eləcə də həmişə millətinin və tarixin yaddaşında əbədi yer tutduğunu qeyd edib.
Daha sonra Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Dəmirin yolu” sənədli filmi nümayiş etdirilib.
Sonda Hikmət Şikarov partiyaya yeni üzv olmuş bir qrup gəncə YAP vəsiqələrini təqdim edib.
Xəbər lenti
Hamısına baxGündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45

