/ / YAP gənclərinin iştirakı ilə “Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda tədbir keçirilib
YAP gənclərinin iştirakı ilə “Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda tədbir keçirilib
20.09.2018 [09:12]
Sentyabrın 19-da Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin birgə təşkilatçılığı ilə “Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Amil Cavadov ölkəmizdə həyata keçirilən uğurlu dövlət-din, gənclər siyasəti barədə danışıb. Bildirilib ki, tədbirin əsas məqsədi gənclərin dövlət-din sahəsində həyata keçirilən siyasətə münasibətini öyrənməkdir. A.Cavadov qeyd edib ki, Azərbaycan dünyəvi dövlətdir və ölkəmizdə din dövlətdən ayrı olsa da, dövlət daim dini sahəyə, inanclı insanlara xüsusi diqqət və qayğı ilə yanaşır. Dövlətimizin başçısı mütəmadi olaraq din xadimləri ilə görüşür, dini konfessiyalara maddi yardımlar edilir, dini ibadət yerləri təmir-bərpa olunub inanclı insanların istifadəsinə verilir.
A.Cavadov qeyd edib ki, dini icmalara maliyyə yardımının ayrılması, Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması Prezident İlham Əliyevin dinə və dindarlara, eləcə də mənəvi dəyərlərimizə diqqət və qayğısının bariz nümunəsidir.
Şöbə müdiri onu da vurğulayıb ki, insanlar, xüsusilə gənclər İslam dininin mahiyyətini anlamalıdırlar. Bunun üçün də oxumaq, dini bilgilərə yiyələnmək vacibdir. “Bəzi yerlərdə küçələrdə qara bayraqlar asırlar. Heç bilinmir ki, üstünə nə yazılıb. Azərbaycanın dövlət bayrağı var, bayrağımızın üzərində yaşıl rəng İslamın rəmzidir. Ona görə də hər yerdə Azərbaycan bayrağı asılmalıdır. Bunu təbliğ etmək lazımdır”, - deyə Amil Cavadov əlavə edib.
Daha sonra çıxış edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov bildirib ki, Azərbaycanda müxtəlif dinlərin nümayəndələri sərbəst şəkildə fəaliyyət göstərirlər. Azərbaycan tolerant dövlətdir, ona görə də ölkədə dini ayrı-seçkilik yoxdur. Bu da Azərbaycan dövlətinin özünəməxsusluğudur. Azərbaycan parlamentinin üzvləri arasında xristian və digər dinlərin nümayəndələrinin olduğunu diqqətə çatdıran S.Orucov ölkəmizin hər zaman tolerantlıq prinsiplərinə sadiq qaldığını bildirib. Bütün bunlar Ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının əsasını təşkil edir. Hər kəs bilməlidir ki, radikallığın sonu uçurumdur. Ölkə gəncləri yad təsirlərə meyillənməməlidirlər. O qeyd edib ki, Azərbaycanda din və dövlət münasibətləri ilə bağlı təkmil qanunvericilik bazası mövcuddur.
DQİDK-nın təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova isə qeyd edib ki, xalqımızın milli adət-ənənələri, əxlaqi, mənəvi dəyərləri onun qədim tarixə malik zəngin mədəniyyətinin və zəngin mənəviyyatının göstəricisidir. Hər bir xalqın adət-ənənələri onun mənsub olduğu dinlə sıx bağlıdır. E.Kərimova vurğulayıb ki, İslam dini Azərbaycan xalqının milli-mənəvi dəyərlərində, dünyagörüşündə, həyat tərzində, adət-ənənələrində dərin izlər buraxıb. Zaman keçdikcə, cəmiyyət dəyişdikcə, sadəcə, din və onun qayda-qanunları, hökmləri dəyişilməz qalır. Şöbə müdirinin sözlərinə görə, adət-ənənələr, mərasimlər isə zamanla dəyişir, müasir dövrün tələbinə uyğunlaşır, yeni forma və məzmun kəsb edir.
Azərbaycan İlahiyyat İnstitutunun prorektoru Aqil Şirinov çıxışında ölkəmizdə mövcud olan multikulturalizm dəyərlərindən bəhs edib. Multikulturalizm və tolerantlığın xalqımızın həyat tərzi olduğunu diqqətə çatdıran A.Şirinov vurğulayıb ki, ölkəmiz dünyada müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma şəraitində yaşadığı diyar kimi tanınır. Xalqımızın hər zaman milli və dini adət-ənənələrinə sadiqlik nümayiş etdirdiyini bildirən A.Şirinov aşuranın tarixindən də danışıb. O, eyni zamanda, vurğulayıb ki, aşura mərasimləri Qafqaz Müsəlmanları İdarəsinin fətvasına uyğun keçirilməlidir.
Azərbaycan İlahiyyat İnstitutu barədə də məlumat verən prorektor bildirib ki, adıçəkilən ali məktəbin yaradılmasında məqsəd Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etməkdir.
Tədbir iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşıb.
Xəbər lenti
Hamısına baxHərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37

