Saraylılar Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləyəcək
02.12.2009 [09:54]
Dünən dekabr ayının 23-də keçiriləcək bələdiyyə seçkilərilə əlaqədar olaraq təbliğat-təşviqat kampaniyası çərçivəsində YAP Abşeron rayon təşkilatı Saray qəsəbəsində tədbir keçirib. Tədbirdə çıxış edən YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev bələdiyyə seçkilərilə bağlı ümumi məlumat verib. O, söyləyib ki, bələdiyyələr Azərbaycanda yaranmış gənc özünüidarəetmə strukturudur: “ötən müddət ərzində bələdiyyələrin fəaliyyətində müəyyən çatışmazlıqlar olsa da, bu gün artıq onlar aradan qaldırılmaq üzrədir. Yəni, bələdiyyələrlə bağlı qanunvericilik bazası gücləndirilib, bu strukturların fəaliyyətinin daha da təkmilləşdirilməsi üçün bir sıra vacib qanunlar qəbul edilib”.
Bilman Vəliyev Saray qəsəbəsi bələdiyyəsi üzrə YAP-ın 13 namizədi olduğunu diqqətə çatdıraraq söyləyib ki, namizədlərin irəli sürülməsində Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərilə bağlı konsepsiyasına uyğun olaraq qadınların və gənclərin namizədliklərinin irəli sürülməsi ötən illərə nisbətən üstünlük təşkil edib: “Saray qəsəbəsi bələdiyyəsi üzrə irəli sürülmüş 13 namizədin 5 nəfəri qadındır. Bu namizədlər arasında üstünlüyü həm də gənclər təşkil edir. Mən əminəm ki, hər zaman olduğu kimi, budəfəki siyasi kampaniyada da partiyamızın namizədləri qalib gələcək”.
Tədbirdə çıxış edən YAP-ın bələdiyyə seçkiləri üzrə səlahiyyətli nümayəndəsi, millət vəkili Eldar İbrahimov bələdiyyələrin fəaliyyəti barədə məlumat verdikdən sonra Saray qəsəbəsi bələdiyyəsinin fəaliyyətini qənaətbəxş hesab etdiyini diqqətə çatdırıb: “Aparılmış sosioloji sorğuların nəticələrinə görə, insanların 54 faizi bələdiyyələrin fəaliyyətindən narazıdır. Biz çalışmayılıq ki, insanların bələdiyyələrə olan münasibətini tamamilə dəyişək. Səmərəli, məqsədyönlü fəaliyyətimizə bu gündən başlamalıyıq”.
Yeni Azərbaycan Partiyasının cəmiyyətdə böyük nüfuza və dəstəyə malik olduğunu söyləyən səlahiyyətli nümayəndə bildirib ki, bu, özünü bələdiyyə seçkilərində də göstərəcək: “Məlum olduğu kimi, YAP bələdiyyə seçkilərinə 15 000-dən artıq namizəd irəli sürüb. Müxalifət isə bələdiyyələrə namizəd irəli sürmək üçün insan tapa bilməyib. Bu nəyin göstəricisidir? Əlbəttə ki, xalqın YAP-a olan inamının göstəricisidir. Bu bir daha göstərdi ki, müxalifətin sosial dayaqları yoxdur”.
Eldar İbrahimov söyləyib ki, “Xalqa xidmət naminə” şüarı ilə seçkilərdə iştirak edən YAP budəfəki seçkilərdə də qadınların və gənclərin namizədliklərinin irəli sürülməsinə böyük diqqət ayırıb.
Eldar İbrahimov çıxışının sonunda Abşeron rayonunda aparılan abadlıq-quruculuq işlərinə toxunub.
çıxış edən YAP-ın Saray qəsəbəsi bələdiyyəsinə namizədi Ənvər Pirəliyev ötən müddət ərzində qəsəbədə bələdiyyə tərəfindən görülmüş işlərdən söz açıb. Onun sözlərinə görə, bələdiyyə tərəfindən qəsəbədə məktəblər, xəstəxana təmir edilib, yollara asfalt döşənib, istilik problemi həll olunub, su və kanalizasiya xətləri çəkilib: “Əlbəttə ki, görülmüş bu işləri davam etdirmək lazımdır. İnanıram ki, saraylılar bu dəfə də doğru seçim edərək YAP-ın namizədlərinə səs verəcək və bu işlərin davamlılığını təmin edəcəklər”.
Sonra tədbirdə partiyanın digər namizədləri və sakinlər çıxış ediblər.
çıxış edən Saray qəsəbəsi bələdiyyəsinə namizəd Elnur Əliyev qəsəbədə görülmüş işlərdən danışıb: “Saray qəsəbəsində bir sıra məktəblər, xəstəxana təmir edilərək yenidən insanların istifadəsinə verilib. Əminəm ki, qəsəbə sakinləri də bu işləri təqdir edirlər. Yeni Azərbaycan Partiyası budəfəki bələdiyyə seçkilərində də gənclərə və qadınlara böyük diqqət ayırdı. Bu, dövlətin gənclərə, qadınlara olan etimadının göstəricisidir. çalışacağıq ki, partiyamızın bizə olan etimadını yüksək səviyyəli, səmərəli fəaliyyətimizlə doğruldaq”.
Digər namizəd Vəsilə Əlihəsənova bildirib ki, bələdiyyələr yerli problemlərin həlli ilə yanaşı, digər dövlətlərin bələdiyyələrinin təcrübələrini də mənimsəməlidir: çünki, bələdiyyələr birbaşa insanlara xidmət edir.
Saray qəsəbəsi bələdiyyəsinə namizəd Kənan İsmayılov isə bildirib ki, Yeni Azərbaycan Partiyasının namizədləri seçicilərin etimadını doğruldacaq.
Abşeron rayon Ağsaqqallar Şurasının sədri Nadir Ağayev Saray qəsəbəsi bələdiyyəsinin fəaliyyətinə toxunub və görülən işləri yüksək qiymətləndirib: “Mən inanıram ki, hər zaman dövlətçiliyə sədaqəti ilə seçilən saraylılar bu dəfə də Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcək”.
Sonra çıxış edən qəsəbə sakinləri bələdiyyənin gördüyü işləri yüksək qiymətləndiriblər. Bir sıra çatışmazlıqların olduğunu, Yeni Azərbaycan Partiyasının namizədləri bələdiyyələrə seçildikdən sonra onların da aradan qaldırılacağına inandıqlarını söyləyən sakinlər, budəfəki bələdiyyə seçkilərində də YAP-ın namizədlərinə səs verəcəklərini əminliklə ifadə ediblər.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05

