YAP bələdiyyələrə ən layiqli namizədlər irəli sürüb
02.12.2009 [10:03]
Bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində dünən Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələri Nərimanov rayonu “Həsənoğlu-2” ünvanında seçicilərlə görüş keçiriblər. YAP Nərimanov rayon təşkilatının sədri, partiyanın bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi Təmraz Tağıyev bələdiyyə seçkilərinin ölkənin siyasi həyatında mühüm hadisə olduğunu bildirib. O, qeyd edib ki, yerli özünüidarəetmə institutu Azərbaycanda yeni formalaşıb: “ötən 10 il ərzində bələdiyyələr müəyyən təcrübə qazanıblar. Bununla belə, bu sahədə görüləsi işlər çoxdur. Bilirsiniz ki, dövlət başçısının həyata keçirdiyi siyasət nəticəsində ölkəmiz, xüsusilə regionlarımız inkişaf edir. Bu mənada, bələdiyyələr əhalinin sosial məsələlərinin həllində yaxından iştirak etməlidir”.
Seçiciləri YAP-ın namizədlərinə səs verməyə çağıran T.Tağıyev partiyanın böyük seçki təcrübəsinin olduğunu da xatırladıb. Onun sözlərinə görə, bu da bələdiyyə seçkilərində böyük uğur qazanılmasını şərtləndirən amillərdən biri olacaq. Səlahiyyətli nümayəndə qeyd edib ki, Nərimanov bələdiyyəsinə 19 üzv seçilməlidir. Hazırda bələdiyyə üzvlərinin 14-ü YAP-ı təmsil edir. Təşkilat sədri YAP tərəfindən seçkilərdə qadınların və gənclərin namizədliyinə üstünlük verildiyini deyib. özünün də bələdiyyə üzvlüyünə namizəd olduğunu deyən T.Tağıyev budəfəki seçkilərdə YAP tərəfindən bələdiyyələrə ən layiqli namizədlərin irəli sürüldüyünü vurğulayıb: “Nərimanov bələdiyyəsinə ümumilikdə 66 nəfər öz namizədliyini irəli sürüb. YAP-ın bələdiyyə üzrə hər bir yerə namizədi var. İnanırıq ki, doğru seçim edib YAP-ın namizədlərinə səs verəcəksiniz. çünki partiyamızın fəaliyyətinin əsas qayəsi xalqa xidmət etməkdir. Təsadüfi deyil ki, biz bələdiyyə seçkilərinə “Xalqa xidmət naminə” şüarı ilə gedirik. Həmişə olduğu kimi, bu seçkilərdə də fəal olun və 23 dekabrda səsvermədə aktiv iştirak edin”.
YAP-ın bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi, millət vəkili Əhməd Vəliyev yerli özünüidarəetmə orqanlarının demokratik cəmiyyətin əsas atributlarından biri olduğunu bildirib. Onun sözlərinə görə, ölkəmizdə yeni təsisatın olmasına baxmayaraq, bələdiyyələrə dair qanunvericlik bazası kifayət qədər mükəmməldir. YAP-ın ölkədə ən güclü partiya olduğunu deyən Ə.Vəliyev qeyd edib ki, partiyanın namizədləri bələdiyyələrdə təmsil olunmağa layiqli insanlardır: “Partiyamız bütün seçkilərdə uğur qazanır. Bunun səbəbi YAP-ın Ulu öndər Heydər Əliyevin ideyalarına əsaslanması və Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətdir. YAP ölkədə həyata keçirilən siyasətin ən fəal təbliğatçısı və iştirakçısıdır. Bu gün müxalifətin seçkilərdə iştirakı yox səviyyəsindədir. çünki onların xalqa deməyə sözü yoxdur”.
Bələdiyyə seçkilərinin digər siyasi kampaniyalardan daha fərqli olduğunu deyən millət vəkilinin sözlərinə görə, burada əsas amil yerlərdə insanlarla münasibətdə olan şəxslərin nüfuzu, şəxsi keyfiyyətləridir. Bələdiyyələrə seçilmiş şəxslər yerli əhali ilə sıx münasibətlər qurmalı, problemlərin aradan qaldırılmasında böyük rol oynamalıdırlar. Ə.Vəliyevin fikrincə, hər bir siyasi kampaniyada olduğu kimi, bələdiyyə seçkilərində də Nərimanov rayon seçiciləri yüksək fəallıq göstərəcək. çünki bu rayon ziyalılar rayonudur.
Seçicilərdən rayon ağsaqqalı İman İmanov çıxış edərək 23 dekabrda səsvermədə fəal iştirak edəcəklərini deyib. Onun sözlərinə görə, Nərimanov seçiciləri bələdiyyəyə seçəcəkləri şəxslərdən ciddi fəaliyyət gözləyir: “Azərbaycan sürətlə inkişaf edir. Bu inkişaf prosesində bələdiyyələr də yaxından iştirak etməlidir. Biz seçkilərdə YAP-ın namizədlərinə səs verəcəyik. İnanırıq ki, onlar bizim etimadımızı doğruldacaqlar”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07

