Xalq hər zaman Yeni Azərbaycan Partiyasını dəstəkləyir
02.12.2009 [10:03]
Bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) həyata keçirdiyi təbliğat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüş Hacıqabul rayonunun Nəvahi kəndində baş tutub. Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatının sədri Hafiz Bəşirov Azərbaycanda bələdiyyə sisteminin formalaşması tarixindən bəhs edib. H.Bəşirov vurğulayıb ki, 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdan ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında formalaşdırılan bələdiyyələr qısa müddət ərzində öz fəaliyyətini genişləndirə bilib.
çıxış edən Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu Azərbaycan Respublikasında bələdiyyələrin hüquq və vəzifələri ilə bağlı qısa arayış verib və bu vəzifələrin “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən tənzimləndiyini deyib: “Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Yeni Azərbaycan Partiyası hər zaman xalqa xidmət prinsipini prioritet sayıb. Yeni Azərbaycan Partiyası 2009-cu il bələdiyyə seçkisi kampaniyasını da “Xalqa xidmət naminə” şüarı altında aparır. Bu gün bələdiyyə seçkilərində namizədliyi irəli sürülən Yeni Azərbaycan Partiyası üzvləri də məhz xalqa xidmət etmək üçün partiya tərəfindən seçiliblər. Səsləndirilən təkliflər vətəndaşların rahatlığına hesablanıb. Böyük xalq dəstəyinə malik olan partiyamız insanların problemləri ilə yaxından tanış olur, onların həllində rol oynayır. İnanıram ki, Yeni Azərbaycan Partiyası bütün seçkilərdə olduğu kimi dekabrın 23-də keçiriləcək seçkilərdə də inamlı qələbə qazanacaq və formalaşan Azərbaycan bələdiyyələri, Yeni Azərbaycan Partiyasının şüarında qeyd olunduğu kimi, var gücü ilə xalqına xidmət göstərəcək”.
Millət vəkili, Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi Astan Şahverdiyev də Yeni Azərbaycan Partiyasının müstəqil Azərbaycan tarixindəki yerindən danışıb. Millət vəkili Yeni Azərbaycan Partiyasının daima xalq tərəfindən dəstəkləndiyini deyib. Bunun ən əsas səbəbi isə bu partiyanın ümummilli lider Heydər Əliyev tərəfindən yaradlılmasıdır: “Bununla yanaşı, Yeni Azərbaycan Partiyası hər zaman xalqın inamını işi ilə doğruldub. YAP hər dəfə seçicilərlə görüşə öz yeni proqramları ilə gəlir və problemlərin həllinə çalışır. Təəssüf ki, bəzi siyasi qüvvələr ölkəmizdə yaradılan bu demokratik şəraitdən istifadə etmir. Bunun səbəbi isə həmin qüvvələrin xalqla görüşməyə üzünün olmamasıdır. Mən əminəm ki, seçicilər səs verərkən hər zaman olduğu kimi bu amili yüksək qiymətləndirəcək”.
çıxış edən Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkiləri üzrə səlahiyyətli nümayəndəsi, millət vəkili Əkrəm Abdullayev bələdiyyələrin Azərbaycanda demokratik dövlət və vətəndaş cəmiyyətinin başlıca atributlarından sayıldığını bildirib: “Bələdiyyə sisteminin yaşının az olmasına baxmayaraq bu gün Azərbaycanda bu strukturla bağlı mükəmməl qanun işlənib hazırlanıb. Aparılan son islahatlardan sonra bələdiyyələrin sayı azaldılaraq, 1766-ya endirilib. Bu, bələdiyyələrin işini daha da effektivləşdirəcək. Dekabrın 23-də isə növbəti beşillik üçün bələdiyyələr seçiləcək”.
Daha sonra Nəvahi kənd bələdiyyəsi üzvlüyünə Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən namizəd Əldadaş Qədirov çıxış edib. Səlahiyyətli nümayəndələr seçiciləri maraqlandıran sualları cavablandırıblar.
Xəbər lenti
Hamısına baxDünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29

