Qızıldaş qəsəbəsinin sakinləri də YAP-ın namizədlərini dəstəkləyəcək
05.12.2009 [09:34]
Dekabr ayının 23-də keçiriləcək bələdiyyə seçkilərilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatı dünən rayonun Qızıldaş qəsəbəsində tədbir keçirib. Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Aydın Hüseynov ilk olaraq rayon təşkilatının bələdiyyə seçkilərinə hazırlıqla bağlı həyata keçirdiyi seçki hərəkətləri barədə məlumat verib.
Aydın Hüseynov ölkədə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasətdən danışaraq vurğulayıb ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kursun Prezident İlham Əliyev tərəfindən səmərəli şəkildə davam etdirilməsi Azərbaycanı güclü bir dövlətə çevirib: “Uğurlarımızın əsasında Xalq-iqtidar birliyi dayanır. Regionların inkişafı ilə bağlı qəbul olunan Dövlət Proqramları bölgələrin inkişafına yol açıb. Məhz görülən işlər, aparılan islahatlar Azərbaycan xalqının hakimiyyətə, Yeni Azərbaycan Partiyasına inamının daha da möhkəmlənməsinə səbəb olub. Təbii ki, bu inkişaf özünü Qaradağ rayonunda, eyni zamanada, Qızıldaş qəsəbəsində əyani şəkildə göstərir”.
Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərilə bağlı konsepsiyasına uyğun olaraq, budəfəki bələdiyyə seçkilərində gənclərin və qadınların namizədlik əmsalının artırılmasını xüsusi olaraq vurğulayan Aydın Hüseynov bildirib ki, YAP öz üzərinə xalqımıza ən yüksək səviyyədə xidmət etmək missiyasını götürüb və bu günə qədər həyata keçirilən tədbirlərlə həmin missiyanın öhdəsindən layiqincə gəlib: “Qızıldaş qəsəbəsi bələdiyyəsi üzrə YAP 9 nəfərin namizədliyini irəli sürüb. Düşünürəm ki, hər zaman seçkilərdə aktivlik nümayiş etdirən Qızıldaş qəsəbəsinin sakinləri bu dəfə də düzgün seçim edəcəklər”.
çıxış edən Qızıldaş qəsəbəsi bələdiyyəsinə namizəd İdris Alişanov bələdiyyələrin tarixindən bəhs edib: “Artıq bələdiyyələrin insanların həyatındakı yeri və rolu da artmaqdadır. Xalqımız hər bir seçkidə Yeni Azərbaycan Partiyasına olan inamını öz səsləri ilə bir daha nümayiş etdirir. Mən əminəm ki, xalqımız ümummilli lider Heydər Əliyev siyasi kursuna, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına və dövlət başçımızın Sədri olduğu Yeni Azərbaycan Partiyasına olan inamını və sevgisini bu dəfə də nümayiş etdirəcək”.
Digər namizəd Savadxan Süleymanov isə deyib ki, hər zaman dövlətçiliyə bağlılıqları ilə seçilən seçicilər bu dəfə də inkişafa, tərəqqiyə - Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər.
Qızıldaş qəsəbəsi bələdiyyəsinə namizəd olan Zeynəb Məmmədova Yeni Azərbaycan Partiyasının namizədi olaraq hər zaman olduğu kimi, seçicilərin etimadını doğrultmaq istiqamətində işləyəcəklərini bəyan edib.
Sonra çıxış edən qəsəbə sakinləri bələdiyyənin gördüyü işləri yüksək qiymətləndiriblər. Bir sıra çatışmazlıqların olduğunu, Yeni Azərbaycan Partiyasının namizədləri bələdiyyələrə seçildikdən sonra onların da aradan qaldırılacağına inandıqlarını söyləyən sakinlər, budəfəki bələdiyyə seçkilərində də YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55

