Yeni Azərbaycan Partiyası bələdiyyələrin inkişafına hər zaman dəstək verib
08.12.2009 [10:05]
Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat kampaniyası davam edir. Yeni Azərbaycan Partiyası (YAP) bu istiqamətdə növbəti görüşünü Neftçala rayonunda keçirib. Xıllı, Həsənabad, Bankə qəsəbələrində baş tutan görüşlərdə çıxış edən Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının sədri Anar Cəfərov yerli özünüidaretmə orqanlarının ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi həyatında mühüm rol oynayan struktur olduğunu önə çəkib. Onun sözlərinə görə, dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar ilkin mərhələdə görülən işlər artıq sona çatdırılıb. Rayon təşkilatının sədri bələdiyyələrin fəaliyyətinin müasir dövrün tələblərinə uyğunlaşdırılması üçün qanunvericilikdə edilmiş dəyişikliklərə uyğun olaraq, rayonda fəaliyyət göstərən yerli özünüidarəetmə orqanlarının birləşdiyini xatırladıb: “Əvvəllər Neftçala rayonunda 27 bələdiyyə fəaliyyət göstərirdi. Qanunvericilikdə baş verən dəyişiklikdən sonra isə onların sayı 19-a enib. Dekabrın 23-də 19 bələdiyyə üzrə 179 yer uğrunda seçkilər keçiriləcək. Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatı bütün bələdiyyələr üzrə namizədlər irəli sürüb. Bu namizədlərin böyük bir hissəsini isə qadınlar və gənclər təşkil edir”.
Rayon təşkilatının sədri Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərinə olduqca ciddi şəkildə hazırlaşdığını bildirib. Onun sözlərinə görə, məhz ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasət bugünki inkişaf edən, müasir Azərbaycanın yaranmasına gətirib çıxarıb: “Bələdiyyə sistemi ildən-ilə inkişaf edir, insanların bu struktura inamı artır, onların səlahiyyətləri daha aydın olur. Mən inanıram ki, Neftçala seçiciləri hər zaman olduğu kimi, bu dəfə də, Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər. çünki Yeni Azərbaycan Partiyası öz prinsiplərində xalqına və dövlətçiliyə xidməti prioritet sayır. ölkəmizdə gedən inkişaf prosesi bu gün göz önündədir. Rayonumuzda yaradılan yeni müəssisələr, Xıllı nərə balıqartırma zavodu, o cümlədən, digər sənaye kompleksləri artıq regionların sənayeləşməsinin bariz nümunəsidir. Bununla yanaşı, ölkə başçısının regionların inkişafı ilə bağlı imzaladığı Dövlət Proqramları bölgələrimizin simasını dəyişir. Kənd təsərrüfatının inkişafına münbit şərait yaradılır, insanlara kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı subsidiyalar ayrılır. Bu, bir daha sübut edir ki, Azərbaycan inkişaf yolundadır. Mən əminəm ki, Neftçala seçiciləri məhz inkişafa, təminatlı gələcəyə, bələdiyyələrin daha da gücləndirilməsinə, bir sözlə, Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcək”.
Millət vəkili Astan Şahverdiyev bələdiyyələrin Azərbaycanın inkişafındakı yerindən bəhs edib. Millət vəkili qarşıdan gələn bələdiyyə seçkilərində Neftçala seçicilərinin Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəyinə əminliyini ifadə edib. YAP-ın bələdiyyə seçkilərinə “Xalqa xidmət naminə” şüarı ilə getdiyini vurğulayan millət vəkili qeyd edib ki, YAP öz namizədlərinin qarşısına mühüm vəzifələr qoyub: “Bölgələrin inkişafında, problemlərin həllində dekabrın 23-də keçiriləcək seçkilərdən sonra formalaşacaq bələdiyyələr əsaslı rol oynamalıdır. Bu baxımdan dekabrın 23-də seçicilərimiz məhz Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməlidirlər. Neftçala rayonu hər zaman siyasi aktivliyi ilə seçilib və mən əminəm ki, dövlətçiliyə sədaqətli olan Neftçala seçiciləri bu dəfə də ölkəmizin inkişafına səs verəcəklər”.
A.Şahverdiyev ölkəmizin son beş ildə daha da gücləndiyini deyib: “Xalqın böyük sosial dayağına malik olan YAP-ın bələdiyyə seçkilərində inamlı qələbəsini şərtləndirən bir çox faktorlar mövcuddur. Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasət respublikamızın inkişafını sürətləndirib və hər bir vətəndaş bunu öz sosial həyatında hiss edir. ölkəmizin ümumi inkişafına öz töhfəsini verən YAP-ın resurslarının güclənməsi də məhz keçirilən seçkilərdə öz təsdiqini tapır. Bu il Milli Məclis tərəfindən bələdiyyələrdə islahatların aparılması ilə bağlı qanun dəyişikliyi bu strukturun daha da inkişaf etməsinə imkan yaradacaq”.
Daha sonra tədbir seçiciləri maraqlandıran sualların cavablandırılması ilə davam etdirilib.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

