Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Ceyhun Məmmədov Cəbrayıl rayonundan olan məcburi köçkünlərlə görüşüb

Ceyhun Məmmədov Cəbrayıl rayonundan olan məcburi köçkünlərlə görüşüb

30.01.2020 [09:33]

Yeni Azərbaycan Partiyasının (YAP) 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi üzrə deputatlığa namizədi Ceyhun Məmmədov təbliğat kampaniyası çərçivəsində Binəqədi rayonunda və Xırdalan şəhərində məskunlaşmış Cəbrayıl rayonundan olan məcburi köçkünlərlə görüşüb.
Görüşdə çıxış edən YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli tarixi yol haqqında danışıb. Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizə böyük nüfuz qazandırıb və Azərbaycanı regionun lider dövlətinə çevirib. Arif Fərzəliyev YAP-ın bu seçkilərə “Daha güclü Azərbaycan naminə!” şüarı ilə qatıldığını, partiyanın irəli sürdüyü namizədlərin ən layiqli namizədlər olduğunu diqqətə çatdırıb.
Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Ceyhun Məmmədov Azərbaycan dövlətinin gənclərə olan qayğı və diqqətindən, eləcə də Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlardan danışıb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə islahatlar həyata keçirildiyini, xalqımızın sosial rifahının yüksəldilməsi istiqamətində addımların atıldığını vurğulayıb. Bildirib ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar nəticəsində dövlətimiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Ceyhun Məmmədov seçicilərə seçki platforması haqqında geniş məlumat verib və hər kəsi fevralın 9-da fəal olmağa, layiqli namizədə səs verməyə çağırıb. Görüşün sonunda seçiciləri maraqlandıran suallar deputatlığa namizəd tərəfindən cavablandırılıb.

Paylaş:
Baxılıb: 528 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30