Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Salman Salmanov: Bundan sonra bizi işğaldan azad edilmiş torpaqlarımızda möhtəşəm quruculuq işləri gözləyir

Salman Salmanov: Bundan sonra bizi işğaldan azad edilmiş torpaqlarımızda möhtəşəm quruculuq işləri gözləyir

10.12.2020 [09:11]

“Noyabrın 8-də qəhrəman əsgər və zabitlərimiz Qarabağımızın gözbəbəyi olan Şuşa şəhərini işğaldan azad etdi. 10 noyabr isə xalqımız üçün Zəfər bayramı, Qələbə günü kimi tarixə düşdü. Biz qalib ölkə olaraq Ermənistana kapitulyasiya aktını imzalatmağı bacardıq. Bu o deməkdir ki, onlar yalnız döyüş meydanında deyil, diplomatik müstəvidə də məğlub oldular”. Bu fikirləri qəzetimizə açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayon təşkilatı Gənclər Birliyinin sədri Salman Salmanov deyib.
Onun sözlərinə görə, bu qələbə xalqımızın əzmini, qəhrəmanlığını bütün dünyaya nümayiş etdirdi: “Azərbaycan xalqı bu gün sözlə ifadə edilməsi mümkün olmayan misilsiz qələbə sevinci yaşayır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz, rəşadətli Azərbaycan Ordusu 44 gün ərzində torpaqlarımızı işğaldan azad etdi, ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Azərbaycanda xalq-ordu-dövlət birliyi sarsılmazdır”.
“Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil oldu. Bizim Ordumuz işğala son qoydu və biz Vətənimizə qayıtdıq. Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Azərbaycan xalqı bütün bu illər ərzində öz dədə-baba torpaqlarına qayıtmaq arzusu ilə yaşayırdı. Bütün bu və digər amillər bu Qələbəni şərtləndirdi. Bundan sonra bizi işğaldan azad edilmiş torpaqlarımızda möhtəşəm quruculuq işləri gözləyir”, - deyə Salman Salmanov söyləyib.
MÜŞFİQƏ

Paylaş:
Baxılıb: 719 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

İqtisadiyyat

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30