Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Fatma Yıldırım: Bəyannamənin Şuşa şəhərində imzalanması xüsusi məna kəsb edir

Fatma Yıldırım: Bəyannamənin Şuşa şəhərində imzalanması xüsusi məna kəsb edir

21.06.2021 [08:50]

“15 iyun 2021-ci il tariximizin ən parlaq və ən şanlı səhifələrindən biri olaraq yaddaşlarda qalacaq. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında imzalanmış Müttəfiqlik haqqında Şuşa Bəyannaməsi iki qardaş dövlətin münasibətlərinin yeni mərhələsinin başlanğıcı hesab oluna bilər”.
Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Deputat bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri tariximizin mühüm səhifələrindən birini təşkil edəcək: “Şuşada iki ölkənin dövlət başçıları tərəfindən Müttəfiqlik haqqında Bəyannamənin imzalanması isə Azərbaycan-Türkiyə münasibətlərinə öz möhürünü vurdu. Burada ən mühüm məqam ondan ibarətdir ki, tərəflər təhlükəsizlik amilinə xüsusi önəm verir. Belə ki, Bəyannamədə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapır. Bu, tarixi nailiyyətdir. Bu, bir daha göstərir ki, biz bundan sonra da hər zaman bir yerdə olacağıq. Bundan sonra da bir-birimizin təhlükəsizliyini təmin edəcəyik. Necə ki, bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaq. Hesab edirəm ki, bu fakt Ermənistana və onun havadarlarına qarşı ciddi mesajdır. Bəyannamənin Qarabağın gözü olan tarixi Şuşa şəhərində imzalanması isə xüsusi məna kəsb edir”.
Millət vəkilinin sözlərinə görə, Türkiyə Prezidentinin öz ailəsi ilə birlikdə qədim Şuşa şəhərini ziyarət etməsi tarixi hadisədir: “Şuşaya gedərkən yol boyunca cənab Ərdoğan və ailə üzvləri erməni vandalizminin canlı şahidi oldular. Amma bütün bunlar arxada qaldı. Hazırda Qarabağda quruculuq işləri həyata keçirilir və bu prosesdə Türkiyə şirkətləri də yaxından iştirak edirlər. İnanırıq ki, qısa müddətdə doğma Qarabağımız cənnət məkana çevriləcək. Heydər Əliyev Fondu tərəfindən Cıdır düzündə təşkil olunmuş ədəbi-bədii kompozisiya isə milli-mədəni ənənələrimizi, Şuşanın mədəniyyətimizin beşiyi olduğunu bir daha təsdiqlədi”.
Millət vəkili söyləyib ki, bundan sonra Azərbaycanla Türkiyənin birliyi daha da möhkəmlənəcək: “Prezidentimiz cənab İlham Əliyevin dediyi kimi, Azərbaycanla Türkiyənin qardaşlığı sarsılmazdır, cənab Ərdoğanın dediyi kimi, Türkiyənin gücü Azərbaycanın gücü, Azərbaycanın gücü isə Türkiyənin gücüdür”.

Paylaş:
Baxılıb: 659 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Sosial

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31