YAP Zaqatala rayon təşkilatının X hesabat konfransı keçirilib
12.08.2021 [09:14]
Avqustun 11-də Yeni Azərbaycan Partiyası (YAP) Zaqatala rayon təşkilatının videoformatda X hesabat konfransı keçirilib.
Əvvəlcə Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransın gündəliyi təsdiq edildikdən sonra YAP Zaqatala rayon təşkilatının sədri Habil Qurbanovun hesabat məruzəsi dinlənilib. Bildirib ki, rayon təşkilatının IX konfransından keçən 3 ildən artıq müddət ərzində ölkəmizin həyatında mühüm uğurlar əldə edilib, iqtisadi, sosial və digər sahələrdə əsaslı irəliləyişlər olub, Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmlənib, beynəlxalq nüfuzu xeyli artıb. Bu gün Ulu Öndər Heydər Əliyev ideyalarının və Onun siyası kursunun qətiyyətli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti cənab İlham Əliyevin çoxşaxəli səmərəli fəaliyyəti YAP-ın aparıcı mövqeyini daha da möhkəmləndirir.
H.Qurbanov qeyd edib ki, rayon təşkilatı 68 ərazi ilk partiya təşkilatında 6888 üzvü birləşdirir. Onlardan 4243 nəfəri qadın, 3350 nəfəri isə gənclərdir. Partiya təşkilatı qarşısında duran ən ciddi vəzifə aparılan ideoloji təbliğat işinin səmərəli qurulması, hər bir partiya üzvünün dövlətimizin, Azərbaycan Prezidentinin siyasətinin həyata keçirilməsi, müdafiə və təbliğ edilməsində fəal iştirak etməsidir.
Sonra YAP Zaqatala rayon təşkilatının Nəzarət-Təftiş Qrupunun sədri Mirzə Hüseynov hesabat məruzəsi ilə çıxış edib.
Müzakirələr zamanı YAP Zaqatala rayon təşkilatının İdarə Heyətinin üzvü, Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, Milli Məclisin deputatı Kamilə Əliyeva, rayon təşkilatının Qadınlar Şurasınını sədri Vəfa Süleymanova, Zaqatala rayon Heydər Əliyev Mərkəzinin direktoru, rayon təşkilatının Şura üzvü Famil Rəhimov, Uşaq, Gənclər Şahmat məktəbi dərs hissə müdiri, rayon təşkilatının İdarə Heyətinin üzvü Tahir Məmmədov hesabat dövrü ərzində görülən işlərdən bəhs ediblər.
Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, Prezidentimiz, Partiyamızın sədri cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müstəqilliyinin dönməzliyinin təmin edilməsi, ölkənin tərəqqisi, iqtisadiyyatın yüksəlişi, xalqın rifahının yaxşılaşması, 44 günlük Vətən müharibəsində əldə olunan parlaq qələbə nəticəsində ərazi bütövlüyü təmin olunan Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun yüksəlməsi istiqamətində ardıcıl siyasət həyata keçirilir. Bu proseslərdə YAP daim ön sırada olub. Onun sözlərinə görə, YAP üzvləri ölkəmizin daha da güclənməsi naminə partiyamızın Sədri, ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin ən fəal dəstəkçiləri olmaqla, bu siyasətin uğurlarını xalq arasında geniş təbliğ etməkdədirlər.
YAP Zaqatala rayon təşkilatının fəaliyyətini müsbət qiymətləndirən Əhliman Tağıyev təşkilatın gələcək fəaliyyətinə uğurlar arzulayıb.
Konfransda YAP Zaqatala rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.
Xəbər lenti
Hamısına baxDaxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37

