Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Nərimanov rayonunda şəhid Azad Hümbətovun anım günü qeyd edilib

Nərimanov rayonunda şəhid Azad Hümbətovun anım günü qeyd edilib

29.10.2021 [16:54]

Nərimanov rayonunda  Vətən müharibəsi şəhidi Hümbətov Azad Arif oğlunun anım günü qeyd olunub.

YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Milli Məclisin sədr müavini Adil Əliyev, Milli Məclisin deputatları Hikmət Babaoğlu və Rasim Musabəyov, Müdafiə Nazirliyinin rəsmi şəxsləri, rayon ictimaiyyətinin nümayəndələri, fəal gənclər və şəhidin ailə üzvləri şəhid Azad Hümbətovun uyuduğu məzarı ziyarət edərək onun xatirəsini ehtiramla anıb, məzarı üzərinə gül dəstələri qoyub və ruhuna dualar oxuyublar.

Daha sonra YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, Milli Məclisin deputatı Hikmət Babaoğlu və təşkilatın əməkdaşları Vətən müharibəsi şəhidi Azad Hümbətovun evində onun ailəsini ziyarət ediblər. Şəhidin ailə üzvləri ilə görüşdə, müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi qələbədən söhbət açılaraq, ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda hərbi əməliyyatlarda Azad  kimi igidlərimizin müharibə müddətində düşmənə əsl qəhrəmanlıq dərsi keçmələrindən danışılıb, bu möhtəşəm Zəfərin qazanılmasında və qələbəmizin əldə olunmasında öz layiqli töhfələrini verdikləri vurğulanıb.

Şəhidin ailəsi hər zaman onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə şəhid Hümbətov Azad Arif oğlu “Vətən Uğrunda”, “Füzulinin azad olunmasına görə”,”Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

 

Paylaş
Baxılıb: 101 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30