YAP Xətai rayon təşkilatında qazilərlə görüş keçirilib
05.11.2021 [11:22]
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatında 8 Noyabr-Zəfər Günü münasibətilə Vətən müharibəsi qaziləri - mayor Murad Şirinov, kapitanlar Anar Məmmədov və Vüsal Həsənov, baş leytenant Həsən Allahverdiyevin iştirakı ilə görüş təşkil olunub.
Tədbirdə torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə Zəfər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib: “Bu gün şanlı Qələbəni bizə yaşadan insanların bir qrupu - Xətai rayonundan olan qazilərimizlə görüşə gəlmişik. Qələbə bayramımızı onlarla birgə qeyd edirik. Bu görüş öz mahiyyətinə və dəyərinə görə ən yaddaqalan, tarixi tədbirlərdəndir. Hesab edirəm ki, Azərbaycan öz qəhrəmanlıq salnaməsinin ən unudulmaz tarixini yazdı. 44 günlük Vətən müharibəsində Azərbaycan Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli ordumuzun döyüş meydanında göstərdiyi şücaət və qəhrəmanlıq nəticəsində parlaq Qələbə qazandı. Əlbəttə, bu Qələbə asan əldə edilmədi, şəhid verdik, xeyli sayda döyüşçülərimiz qazi oldular. Vətən uğrunda canını fəda etməkdən müqəddəs heç nə ola bilməz. Şəhidlərimizin Vətən uğrunda göstərdikləri fədakarlıqları, torpaq sevgisi, döyüş yolu hər birimiz, xüsusilə də gənclərimiz üçün bir örnəkdir. Şəhidlərimizə hörmət və ehtiram hər birimizin vətəndaşlıq borcu, həyat amalı olmalıdır. Hər bir Azərbaycan vətəndaşı bundan sonra da bu ideyaları, irsi qorumalı, onlara sadiq qalmalı, gələcək nəsillərimiz bu ideya və prinsiplərlə böyüməlidirlər. Şəhidlər hər birimizin qardaşı, əzizi, eyni zamanda, Azərbaycan xalqının baş tacıdır.”
V.Rəhimzadə vurğulayıb ki, şəhidlərimizin və qazilərimizin valideynləri qürur hissi keçirməlidirlər ki, onlar vətənpərvərlik, Vətənini, dövlətini, xalqını sevmək nümunəsini ortaya qoyan, qəhrəmanlığından əsrlərboyu danışılacaq, filmlər çəkiləcək, kitablar yazılacaq belə mərd və qorxmaz Vətən oğulları böyüdüblər: “ Vətən sevgisini, xalqa məhəbbəti, yurda bağlılığı özündə ehtiva edən bu cür cəsur oğullar böyüdən valideynlərin də qarşısında baş əyirəm. Allahdan şəhidlərimizə rəhmət diləyirəm. Qazilərimizə cansağlığı arzu edirəm.”
Qarabağ qazisi, kapitan Anar Məmmədov da çıxış edərək o günləri bir daha yada salıb: “Mən 2020-ci ilin 26 sentyabrında “N” saylı hərbi hissəyə yollananda artıq hər şeyi göz önünə almışdım. Müharibədən bir ay öncə də mətbuata müsahibəmdə demişdim ki, baxmayaraq sağlamlığımı itirmişəm, yaralı olmuşam, o savaşda iştirak etmək mənim borcumdur. Sentyabrın 27-də əks-hücum əməliyyatları başlayanda olduğum hərbi hissənin ərazisini yaxşı bildiyim üçün artıq ayın 28-də döyüşə qatıldım. Döyüşlər başlanan gündən inanırdım ki, biz sona qədər gedəcəyik. Allah nəsib etdi ki, biz qalib bir millət kimi o Zəfər sevincini yaşadıq və ərazi itkisi ləkəsini öz üzərimizdən sildik. İtirilmiş torpaqlarımız öz tarixi sahibinə qayıtdı. Qələbəni təmin etdik.”
Tədbirdə çıxış edən mayor Murad Şirinov, kapitan Vüsal Həsənov və baş leytenant Həsən Allahverdiyev Qələbəmizin birinci ildönümü münasibətilə təşkil edilən tədbirə görə YAP Xətai rayon təşkilatına təşəkkür ediblər. Vurğulayıblar ki, 27 sentyabr- Azərbaycanın hərb tarixinin şanlı səhifəsinə qızıl hərflərlə yazılan gündür. Məhz o gündə xalqımız, Silahlı Qüvvələrimiz həmrəylik göstərərək möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin ətrafında sıx birləşərək düşmənin növbəti təxribatının qarşısını almaq üçün 44 günlük Vətən müharibəsinə başladı və son nəticədə Zəfər çaldı.
Qazilər bildiriblər ki, hər birimiz Azərbaycan Silahlı Qüvvələrinə ilk qədəmlərimizi qoyan andan Vətənimiz Azərbaycana və onun xalqına sadiq olacağımıza and içmişik: “Azərbaycanın mənafeyini, suverenliyini, ərazi bütövlüyünü qoruyacağımıza and içmişik. Əlbəttə, bununla yanaşı, bir azərbaycanlı kimi bu savaş həm də bizim Vətənə qeyrət, namus borcumuz idi. Biz haqq savaşçısı idik. Biz öz sərhədlərimiz çərçivəsində, ata-baba torpaqlarımızı işğaldan azad etmək üçün döyüşürdük. Biz bilirdik ki, hərbi qulluqçular olaraq gec-tez bu tapşırığın öhdəsindən gəlməliyik. Elə ona görə də Zəfər qazandıq”.
Görüşdə çıxış edən şəhid Rövşən Nurzadənin atası, Xalq artisti Əli Nur bildirib ki, fəxr edirəm ki, Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər ordumuz ildırım sürəti ilə torpaqlarımızı murdar ermənilərin tapdağından azad etdi: “Qəhrəmanlarımız can verdi ki, yurdumuz yaşasın. Döyüşən əsgər heç zaman fikirləşmir ki, atası, anası, övladı var. Onun bir amalı var: Vətən, Torpaq, Qələbə. Xalqımızın igid övladları “Vətən”, “xalq” deyərək ən şirin nemət olan canlarını bu yolda qurban verdilər. Bu gün üzümüz ağ, başımız ucadır. İndi biz Vətən torpağına ayağımızı möhkəm basırıq. Şəhidlərimizin və qazilərimizin hər birinə bir ömür borcluyuq. Belə tədbirlərin keçirilməsini alqışlayıram. Bu həm də bir Zəfər tədbiridir.”
Tədbirin davamında YAP Xətai rayon təşkilatının sədri və qazilər partiya sıralarına yeni daxil olanlara üzvlük vəsiqəsi təqdim ediblər.
Görüşün sonunda qazilərə hədiyyə təqdim edilib və xatirə şəkli çəkilib.
Xəbər lenti
Hamısına baxMaraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45

