"Zəfərə aparan yol: Böyük siyasətin möhtəşəm qalibiyyəti” mövzusunda konfrans keçirilib
10.01.2022 [16:03]
Yanvarın 10-da Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının təşkilatçılığı ilə Bakı Ali Neft Məktəbində “Zəfərə aparan yol: Böyük siyasətin möhtəşəm qalibiyyəti” mövzusunda konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan YAP İdarə Heyətinin üzvü, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ötən illər ərzində böyük uğurlar qazandığını diqqətə çatdırıb. Onun sözlərinə görə, uğurların zirvəsində Qarabağ Zəfəri dayanır. Hazırda isə işğaldan azad edilmiş ərazilərimizdə quruculuq işləri həyata keçirilir.
Çıxış edən YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə isə bildirib ki, hazırda Azərbaycan inkişafının ən möhtəşəm dövrünü yaşayır. O qeyd edib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz qazandığı Qarabağ Zəfəri nəticəsində özünün güclü və qüdrətli dövlət olduğunu bütün dünyaya nümayiş etdirdi. YAP Veteranlar Şurasının sədri deyib ki, müharibənin başa çatmasından sonra erməni işğalından azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin aparılması dövlətimizin qarşısında dayanan başlıca vəzifələrindəndir. Onun sözlərinə görə, bölgədə iqtisadiyyatın dirçəldilməsi ümumilikdə ölkəmizin inkişafına və insanlarımızın rifah halının daha da yaxşılaşdırılmasına öz töhfəsini verəcək.
Sonra YAP Veteranlar Şurasının üzvü, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru Misir Mərdanov konfransda məruzə ilə çıxış edib. M.Mərdanov Azərbaycanın müasir tarixində baş verən hadisələrdən bəhs edərək tarixi məqamları konfrans iştirakçılarının diqqətinə çatdırıb. Onun sözlərinə görə, 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı, 2003-cü ildə cənab İlham Əliyevin hakimiyyətə gəlməsi və 2020-ci ildə qazanılan Zəfərimiz müasir dövrün tarixi və əlamətdar hadisələridir. Çünki bu üç hadisə Azərbaycan xalqının tarixində önəmli rol oynayıb.
Dövlətçilik tariximizdən, müəyyən xarici dairələrin xalqımıza qarşı planlarından və ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasından bəhs edən məruzəçi qeyd edib ki, Ulu Öndərin əsasını qoyduğu inkişaf strategiyası onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. M.Mərdanov deyib ki, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan regionda fəal siyasət həyata keçirir, dünyada nüfuzlu dövlət kimi tanınır: “Məhz uğurlu siyasətin nəticəsidir ki, Azərbaycan Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilib. Həmçinin, ölkəmiz regionda transmilli, qlobal layihələrin təşəbbüskarı və iştirakçısıdır”.
Məruzəçi vurğulayıb ki, ötən dövrdə ölkəmiz bir çox mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edib: “Bu isə Azərbaycanın dünyada artan nüfuzundan xəbər verir. Kosmik ailənin üzvünə çevrilən Azərbaycan nüfuzlu beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Ölkəmiz BMT, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı çərçivəsində qlobal təşəbbüslərin müəllifidir. Eləcə də, ölkəmizdə milli-mənəvi dəyərlər daim qorunur, multikultural ənənələr diqqətdə saxlanılır”.
M.Mərdanovun sözlərinə görə, məhz Prezident İlham Əliyevin qətiyyət və iradəsinin nəticəsidir ki, bütün dünya ölkəmizin regionda yaratdığı reallıqları qəbul edir: “Bütövlükdə, Prezidentimiz cənab İlham Əliyev xalqımız üçün ən ağrılı məsələ olan Qarabağın işğalına son qoydu. Qarabağ Zəfəri tariximizin ən şanlı səhifələrindən biridir. Hazırda isə bizim qarşımızda dayanan ən mühüm vəzifə Böyük Qayıdışın təmin olunmasıdır. Cənab Prezidentin rəhbərliyi ilə bu istiqamətdə fəal iş gedir. Bu işlərin nəticəsində işğaldan azad olunmuş ərazilərimizin iqtisadi potensialı bərpa olunacaq, əhalinin qayıdışı təmin ediləcək”.
Daha sonra tədbir diskussiya şəraitində davam edib, konfrans iştirakçılarının sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxMEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36

