Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Prezident İlham Əliyev - Davamlı inkişaf və yüksələn rifah modeli

Prezident İlham Əliyev - Davamlı inkişaf və yüksələn rifah modeli

18.04.2022 [10:13]

Aprelin 12 də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirdi.Dövlətimizin başçısı proqram xarekterli nitqində beynəlxalq aləmdəki vəziyyət,xarici siyasətimizin gündəliyində olan məsələlər,ötən il əldə edilən nailiyyətlər və görülən işlər barədə danışaraq qarşıda duran vəzifələri müəyyən etdi.

   “Bu ilin üç ayında ölkəmiz bütün sahələrdə uğurla inkişaf edib.Biz bu üç ayın yekunlarını keçən il əldə edilmiş uğurların davamı kimi qiymətləndirməliyik,,.Bu sözləri Azərbaycan Respublikasının Prezidenti müşavirədə deyib.Keçən ilin ölkəmizin həyatında çox əlamətdar bir il olduğunu deyən dövlət başçısı vurğulayıb ki, müharibədən sonra birinci il olmuşdur.

    “Əlbəttə ki , müharibədən sonrakı dövr üçün keçən ilin çox böyük əhəmiyyəti olmuşdur.Bizim əsas məqsədimiz keçən il həm azad edilmiş torpaqlarda bərpa işlərinə start vermək idi,eyni zamanda,beynəlxalq müstəvidə yeni reallıqları qəbul etdirmək idi və hər iki istiqamət üzrə nəticələr göz qabağındadır,, .

   İllərlə işğala məruz qalmış,müharibədən yenicə çıxmış bir ölkənin iqtisadiyyatının zəifləməsi və ya iqtisadi göstəricilərin aşağı düşməsi mümkündür.Belə olan hallarda adətən beynəlxalq təşkilatlar,qurumlar,fondler tərəfindən həmin ölkəyə maliyyə yardımını göstərilir,müəyyən qrantlar və kreditlər verilir.Lakin ölkəmizə bu təklif edilməsədə ,Vətən müharibəsində böyük Qələbədən sonra Azərbaycan qısa müddət ərzində qüvvələrini səfərbər edərək iqtisadiyyatda böyük irəliləyişə nail olmuşdur.

    Artıq iki ilə yaxındır ki, düşmən üzərində qələbə qazanmış ,torpaqlarımızı işğaldan zad etmişik.

   Bu gün azad olunmuş ərazilərimizdə geniş miqyaslı yenidənqurma və abadlıq-quruculuq işləri aparılır.Yer üzündən silinmiş şəhər və kəndlərimiz yenidən yaradılır.Öz gücümüz,öz vəsaitimiz hesabına…

   Nə işğal dövründə,nədə işğaldan sonra heç kəsdən bir manat belə dəstək alamdan azad olunmuş torpaqlarımız bərpa olunur.Bu gün azad olunmuş torpaqlarımıza  Böyük Qayıdışın təmin olunması üçün böyük işlər görülür.

Qarşıda duran bu işlərin həllinə isə güclü iqtisadiyyata, güclü potensiala malik qüdrətli dövlətin imkanları ilə nail olmaq mümkündür.Bəli ,Dövlətimiz bu gücə, bu qüdrətə sahibdir.Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər bird aha bunun əyani sübutudur.Bu işlər bir daha önu təsdiqləyir ki, Prezident İlham Əliyevin social siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipi dayanır.İnsana qayğı,onun maddi,mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitinin yaradılması Prezident İlham Əliyevin apardığı siyasətin mühüm prinsiplərindəndir.Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurlu social siyasətin həyata keçirilməsi ilk növbədə belə qənaətə gəlməyə kifayət qədər zəmin yaradır kı, bu siyasətin əsas məqsədi Azərbaycanda social yönümlü dövlət quruculuğunu təmin etməkdir.Söz yox ki,bu istiqamətdə də son illər mühüm və ardıcıl addımlar atılmaqdadır.Prezident İlham Əliyev hər zaman öz çıxışlarında social siyasəti dövlət siyasətinin ən zəruri sahələrindən biri kimi dəyərləndirərək vurğulayıb ki,laiqli social siyasət qarşıdakı illərdə də Azərbaycan hökümətinin fəailiyyətinin prioriteti olaraq qalacaq.

YAP Goranboy rayon təşkilatının sədri Elçin İsmayılov

Paylaş:
Baxılıb: 686 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31