Beyləqan seçiciləri YAP-ın namizədinə səs verəcəklər
17.10.2010 [13:44]
Dünən Beyləqan rayonunun Kəbirli və öyrənqala kəndlərində Milli Məclisə Yeni Azərbaycan Partiyasının (YAP) 81 saylı Beyləqan seçki dairəsi üzrə namizədi Ayaz Orucovla seçicilərin görüşü olub. Tədbirdə ilk olaraq çıxış edən YAP Beyləqan rayon təşkilatının sədri Rəfail Pəsiyev hakim partiyanın seçkilərə hazırlığı və rayon təşkilatının bu məqsədlə gördüyü işlər barəsində məlumat verib. Onun sözlərinə görə, YAP seçkilərə start verilən gündən etibarən bütün zəruri seçki hərəkətlərini Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə müvafiq şəkildə və yüksək mütəşəkilliklə həyata keçirib. Hazırda isə təşviqat kampaniyasına start verilib və partiyanın namizədləri yerlərdə seçicilərlə görüşüblər: “Bilirsiniz ki, YAP bu seçkilərə 112 nəfərin namizədliyini irəli sürüb. Bu namizədlər Azərbaycan dövlətçiliyinin inkişafında, partiyamızın möhkəmlənməsində və qüdrətlənməsində, xalqımızın sosial rifah halının yaxşılaşdırılmasında müstəsna xidmətli olan, cəmiyyətimiz tərəfindən yüksək hörmət və ehtiramla qarşılanan, nüfuzlu insanlardır. Ona görə də, YAP bu şəxslərə böyük etimad nümayiş etdirərək, onların namizədliyini irəli sürüb. 81 saylı Beyləqan seçki dairəsindən isə partiyamızın İdarə Heyətinin qərarına əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Ayaz İsmayıl oğlu Orucovun namizədiyi irəli sürüb”.
Daha sonra namizədin tərcümeyi - halı və platforması haqqında geniş məlumat verən rayon təşkilatının sədri vurğulayıb ki, Ayaz Orucov ona həvalə olunan bütün vəzifələrin öhdəsindən layiqincə gələrək özünü doğruldub. Ona görə də dövlətimiz, partiyamızın Sədri, cənab Prezident İlham Əliyev, YAP İdarə Heyəti ona bu məsələdə də etimad göstərib: “Biz beləqanlılar daim dövlətçiliyimizin inkişafına xidmət edən cənab Prezidentimizin həyata keçirdiyi siyasi kursa, partiyamızın qərarlarına böyük dəstək vermişik. Mən inanıram ki, bu seçkilərdə də partiyamızın qərarına dəstək verəcək və Ayaz Orucova səs verəcəyik”.
Daha sonra çıxış edən YAP-ın 81 saylı Beyləqan seçki dairəsi üzrə namizədi Ayaz Orucov isə ilk olaraq, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin uğurlarından danışıb. Onun sözlərinə görə, müasir Azərbaycan dövlətçiliyinin banisi, Ulu öndər Heydər Əliyevin misilsiz idarəçilik qabiliyyəti, gərgin əməyi nəticəsində əldə olunmuş nailiyyətlər sonrakı illərdə ölkə iqtisadiyyatının davamlı və dinamik inkişafı üçün möhkəm zəmin yaradıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən və yeni çalarlarla zənginləşdirilmiş sosial-iqtisadi siyasətin strateji məqsədləri sərbəst bazar münasibətlərinə və özünüinkişaf qabiliyyətinə malik olan sosialyönümlü, diversifikasiya olunmuş milli iqtisadiyyatın formalaşdırılması və dünya təsərrüfat sisteminə inteqrasiyasının təmin edilməsidir. Davamlı və dinamik inkişaf məntiqinə əsaslanan bu siyasətin həyata keçirilməsi nəticəsində qazanılmış uğurlar daha da möhkəmləndirilib, sahibkarlığa dövlət dəstəyi gücləndirilib, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşıb. Biz bu inkişafın uğurlu nəticələrini regionlarımızda daha aydın müşahidə edirik: “Bilirsiniz ki, ölkənin regionlarında mövcud olan iqtisadi potensialdan tam və səmərəli istifadə olunmasını, sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılmasını və iqtisadiyyatın tarazlı inkişafını təmin etmək məqsədilə uğurla icra olunan dövlət proqramları ölkə başçısının regionların inkişafına göstərdiyi diqqətin bariz nümunəsi olmaqla, regionların kompleks inkişafına, o cümlədən infrastruktur sahələrinin bərpası və genişləndirilməsinə, yeni istehsal və emal müəssisələrinin, sosial-mədəni obyektlərin yaradılmasına, yeni iş yerlərinin açılmasına, əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsinə səbəb olub. Təbii ki, bütün bu inkişafın əldə olunmasında, dövlətçiliyimizin möhkəmlənməsində Yeni Azərbaycan Partiyasının xidməti və rolu inkarolunmazdır. YAP hakim partiya kimi, daim dövlətçiliyimizə xidmət edən, vətəndaşlarımızın daha da yaxşı yaşamasına təminat verən qərar və proqramların qəbul olunmasında bir başa iştirak edib. Heç də təsadüfi deyil ki, YAP bu seçkilərə “Güclü dövlət, yüksək rifah” devizi ilə qatılır. Hamınız əmin ola bilərsiniz ki, YAP-ın bütün namizədləri bu seçkilərdə qalib gələrək Milli Məclis üzvlüyünə seçilərsə, məhz bu amala xidmət edəcək”.
özünün Milli Məclis üzvlüyünə seçiləcəyi təqdirdə görəcəyi işlər barəsində də danışan A.Orucov vurğulayıb ki, yalnız və yalnız dövlətimizin, xalqımızın, seçicilərin mənafeyi naminə fəaliyyət göstərəcək, partiyamızın siyasi baxışlarına uyğun olaraq addımlar atacaq, xalqımızın daha da yaxşı yaşamasına xidmət edən qanunların qəbulunda fəal rol alacaq.
Sonda isə Ayaz Orucov seçicilərin suallarını cavablandırıb, onların rəy və təkliflərini dinləyib.
Aqşin ŞAHİNOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27

