“Azərbaycanın tarixi Zəfəri Cənubi Qafqazı faşizmdən xilas etdi”
25.04.2022 [17:52]
Artıq xəbər verildiyi kimi, aprel ayının 22-23 də bütün Türk dünyasının mədəniyyət beşiyi sayılan qədim Şuşada Dünya Azərbaycanlılarının V qurultayı keçirilib. Qurultayın açılışında geniş və əhatəli nitq söyləyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər zaman olduğu kimi, bu çıxışında da çox mühüm məsələlərə toxunaraq son dərəcə önəmli açıqlamalar təqdim etdi. İlk növbədə dövlətimizin başçısı xüsusi olaraq vurğuladı ki, bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçirilirsə, bu qurultayın adı yalnız Zəfər qurultayı ola bilər. Çünki bu mötəbər tədbir Azərbaycanın 44 günlük Vətən müharibəsindəki tarixi Zəfərindən sonra ilk dəfədir ki, keçirilir və dünya azərbaycanlıları məhz bu münasibətlə tarixi şəhərimizə toplaşıblar. Prezident İlham Əliyev bir daha bütün dünyaya mesaj olaraq bəyan etdi ki, bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, bundan sonra bizim dövlətimiz qalib dövlət kimi yaşayacaq. Bu əlbəttə ki, həm ölkəmizdə. Həm də bütün dünyada yaşayan soydaşlarımız üçün böyük xoşbəxtlikdir. Öz nitqində Prezident İlham Əliyev ötən dövrə tarixi ekskurs edərək ilk dəfə 2001-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə keçirilən I qurultayda ümummilli liderimizin uzaqgörənliklə dediyi “Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altında olan torpaqlar işğaldan azad ediləcək və Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıdacaqdır” fikrinin bu gün reallığa çevrildiyini qeyd etdi. Həmçinin dövlətimizin başçısı öz çıxışında Azərbaycanın tarixi Zəfərini şərtləndirən əsas amillərdən danışaraq bunları dedi: “Biz hamımız - həm Azərbaycanda yaşayan Azərbaycan vətəndaşları, dünya azərbaycanlıları bir nöqtəyə vururduq, bir hədəfə çatmaq üçün çalışırdıq. Mən deyirdim ki, biz hər birimiz hər gün bu müqəddəs günü yaxınlaşdırmalıyıq, öz əməyimizlə, işimizlə, hərə öz yerində və torpaqlarımızın işğaldan azad olunmasından daha vacib və ali vəzifə yox idi. Məhz buna görə ordu quruculuğu sürətlə aparılmışdır, buna görə Azərbaycan müasir orduya malik olmuşdur, buna görə gənc nəsil vətənpərvərlik, düşmənə nifrət, Vətənə sədaqət ruhunda tərbiyə olunurdu, buna görə iqtisadi islahatlar aparılmışdır. Bizim bütün işlərimizin, apardığımız siyasətin, atdığımız addımların fövqündə bu müqəddəs günü yaxınlaşdırmaq və bu günü görmək amalı dururdu. Biz buna öz gücümüzlə nail olduq. Azərbaycan xalqı 30 il davam edən mənasız danışıqlar əvəzinə öz gücünü ortaya qoydu, ədaləti bərpa etdi, beynəlxalq hüququ bərpa etdi və bütün dünyaya sübut etdi ki, biz böyük xalqıq və heç vaxt bu xalq, Azərbaycan xalqı işğalla barışmaq fikrində deyildi.” Təsadüfi deyil ki, Azərbaycan Prezidenti qurultaydakı tarixi çıxışında xaricdəki diaspor təşkilatlarının 44 günlük Vətən müharibəsi dövründə fəaliyyətini yüksək qiymətləndirmiş qeyd etmişdir ki, xaricdə yaşayan milyonlarla azərbaycanlı hərə öz ölkəsində həm müharibənin gedişatını yaxından izləyir, həm də öz çıxışlarında, öz şərhlərində, sosial şəbəkələrdə və digər imkanlardan istifadə edərək, Azərbaycanın haqq səsini, haqq işini yaşadıqları ölkələrin ictimaiyyətinə çatdırırdılar. Həmçinin dövlət başçısı bildirdi ki, buna bu gün də ehtiyac var. Çünki müharibə başa çatsa da, Azərbaycana qarşı olan ərazi iddiaları hələ ki, başa çatmayıb. Öz çıxışında Ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycan xalqının mübarizə əzmini, qələbəyə inamını bu müharibədə qələbənin qazanılmasındakı rolunu yüksək qiymətləndiriərək ermənilərin istehkamlarının bu əzm qarşısında tab gətirmədiyini də açıq-aşkar qeyd etmişdir. Azərbaycan qazandığı tarixi Qələbə ilə Cənubi Qafqazı faşizmdən xilas etdi. Ancaq dövlət başçısının dediyi kimi, hələ də faşizmin təzahürləri baş qaldırır, hələ də Ermənistanda bəzi dairələr və dünya erməniliyi, xarici ölkələrdə yaşayan ermənilər bizi hədələməyə çalışırlar. Amma İkinci Qarabağ müharibəsinin tarixçəsi onların yadından çıxmamalıdır. Bu gün isə Azərbaycan öz gücünü daha da artırıb. Aradan keçən müddət ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ordu quruculuğu sahəsində çox böyük işlər görülüb. Hər kəs bilməlidir, bu gün Azərbaycan Ordusu istənilən vəzifəni icra edə bilər. Xüsusilə diqqəti cəlb edən bir məqam da budur ki, Prezident İlham Əliyev öz nitqində Zəngəzurun, eləcə də digər tarixi Azərbaycan torpaqlarının vaxtilə erməni havadarlarının əli ilə Ermənistana verilməsi faktını qabardaraq, Azərbaycana qarşı hələ də təhdid dili ilə danışmağa, ərazi iddiaları irəli sürməyə cəhd göstərən qüvvələrə növbəti dəfə sərt mesayını ünvanlamış oldu. Əlbəttə ki, bu mesajdan nəticə çıxaranlar bilməlidirlər ki, “dəmir yumruq” hər zaman onların başları üzərindədir. Sonda Prezident İlham Əliyev xaricdə yaşayan soydaşlarımıza bundan sonra bütün tədbirlərdə qürurla, fəxrlə iştirak edə biləcəklərini bildirmiş, doğma Vətənimizin haqq işi uğrunda mübarizəsində hər bir azərbaycanlya uğur arzulamışdır.
Nihad Pənahov,
YAP Tovuz rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

