YAP inkişaf və tərəqqi naminə fəaliyyət göstərir
24.10.2010 [11:25]
Noyabrın 7-də Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar olaraq, təbliğat-təşviqat kampaniyası davam edir. Oktyabrın 22-də YAP-ın 39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsindən millət vəkilliyinə namizədi Xanlar Nuru oğlu Fətiyevlə seçicilərin görüşü keçirilib.
“Aqromexanika” Elmi Tədqiqat İnstitutunun klubunda baş tutan görüşü giriş sözü ilə YAP Gəncə şəhər təşkilatının sədri, professor İsrafil İsmayılov açaraq parlament seçkilərinin mühüm ictimai-siyasi proses olmasından, seçicilərlə keçirilən görüşlərin əsas mahiyyətindən, ölkəmizin yüksək inkişaf mərhələsinə çatmasında Yeni Azərbaycan Partiyasının rolundan bəhs edib. Partiyanın seçki proqramının başlıca müddəaları barədə seçicilərə məlumat verən natiqin sözlərinə görə, bu gün Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas qayəsi ondan ibarətdir ki, ölkəmizin iqtisadi imkanları hər bir vətəndaşın həyatının yaxşı təşkil olunmasına yönəldilsin, insanlar özlərini daha rahat, daha firavan hiss etsinlər. İndi respublikamız heç bir dövlətdən asılı deyil. Bir neçə ildən sonra Azərbaycan beynəlxalq donor ölkəsinə çevriləcək. ölkəmizdə iqtisadi və sosial sahədə elə bir məsələ yoxdur ki, öz həllini tapmasın. Həllini gözləyən məsələlərin də maliyyə resursları, icra mexanizmləri müəyyənləşdirilib. Prezidentimiz yorulmadan çalışır. Onun bütün fəaliyyəti Vətənimizin qüdrətlənməsinə, xalqımızın rifahının yaxşılaşdırılmasına, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasına yönəlib. Partiyamızın seçki proqramında da bu müddəalar geniş əksini tapıb.
Natiq daha sonra YAP tərəfindən 39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsindən millət vəkilliyinə namizədliyi irəli sürülən Xanlar Fətiyevin həyat və fəaliyyəti haqqında məlumat verib, bütün seçiciləri 7 noyabrda hakim partiyanın namizədlərinə səs verməyə çağırıb.
Təbliğat qrupunun üzvü Tofiq Qocayev çıxış edərək bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin büdcədən maliyyələşdirilən təşkilatlarda əməkhaqlarının, təqaüdlərin, müavinətlərin artırılması haqqında imzaladığı sərəncamlar böyük rəğbətlə qarşılanıb, insanların həyat səviyyəsinin yüksəldilməsinə müsbət təsir göstərib. Seçicilər Vətənimizi düşünən, xalqın maraqlarını ifadə edən, daim seçiciləri ilə birlikdə olan namizədləri dəstəkləməlidirlər ki, uğurlarımız davamlı olsun, övladlarımız parlaq gələcəklərinə qovuşsunlar.
T.Qocayev bütün seçiciləri noyabrın 7-də mütəşəkkilliklə seçki məntəqələrinə gələrək Xanlar Fətiyevə səs verməyə çağırıb.
Seçici Alim Məmmədov son illər Azərbaycan gənclərinin ictimai-siyasi həyatdakı rolundan danışaraq bildirib ki, indi iqtisadiyyatın, siyasətin, mədəniyyətin elə bir sahəsi yoxdur ki, orada gənclər aparıcı mövqe tutmasınlar. Gənclər fəal mövqedə olmaqla, cəmiyyəti irəliyə doğru aparan hərəkətverici qüvvəyə çevriliblər. Bütün bunlar ölkəmizdə həyata keçirilən gənclər siyasətinin düzgün istiqamətləndirilməsi ilə bağlıdır. Bu baxımdan, parlament seçkilərində gənclərimizin YAP-ın namizədlərinə səs verəcəklərinə inanırıq.
Sonda YAP tərəfindən millət vəkilliyinə namizədliyi irəli sürülən Xanlar Fətiyev görüş iştirakçılarına dərin minnətdarlığını bildirib və millət vəkili seçiləcəyi təqdirdə doğma Vətənimizin tərəqqisi, xalqımızın xoş güzəranı naminə var qüvvəsi ilə çalışacağına söz verib.
Fazil İSMAYILOV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12

