Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Avropa istehlakçılarına əlavə enerji resursları mənbələri lazımdır

Avropa istehlakçılarına əlavə enerji resursları mənbələri lazımdır

23.05.2022 [10:42]

Müstəqilliyimizin ilk illərində ölkəmizin elektrik enerjisi ilə təchizatı gözlənilən səviyyədən çox uzaq idi. İqtisadiyyatın və əhalinin enerjiyə olan tələbatının ödənilməsində ciddi çətinliklər yaşanırdı. Bu da respublikada istehsal güclərinin az olması, infrastrukturun köhnəlməsi, xətlərin nasazlığı, böyük itkilərə yol verilməsi və bu kimi digər amillərlə bağlı idi. Bildiyimiz kimi, son 18 ildən artıq müddətdə reallaşdırılan çoxsaylı layihələr sayəsində respublikanın elektrik enerjisi təsərrüfatında əsaslı dönüş yarandığını söyləmək mümkündür. Bəhs olunan dövrdə ölkə ərazisində böyük həcmdə dövlət investisiya qoyuluşu hesabına 40-a yaxın elektrik stansiyası tikilib. Yeni generasiya güclərin yaradılması, eləcə də təsərrüfatın digər sahələrində əsaslı yenidənqurma işlərinin həyata keçirilməsi respublikamızda elektrik enerjisi istehsalının artması ilə nəticələnib. Bu gün ölkəmizdə iqtisadiyyatın və əhalinin elektrik enerjisinə olan tələbatı sırf daxili istehsal hesabına qarşılanır. Bu müddətdə elektrik enerjisi təsərrüfatının yenilənməsi, bu sahədə istehsalın artırılması Azərbaycanın gündəliyində dayanan əsas məsələlərdən biri olub ki, bu da təsadüfi deyildir.  Prezident İlham Əliyevin öz çıxışlarında dəfələrlə vurğuladığı kimi, elektrik enerjisi olmadan iqtisadiyyatın inkişafını təsəvvür etmək belə mümkün deyil. Digər tərəfdən, ölkədə elektrik enerjisi istehsalının artırılması əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması baxımından da müstəsna əhəmiyyət daşıyır.

Ümumilikdə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi bizim əsas hədəfimizdir. Təbii ki, ənənəvi olaraq enerji sektoru bizim iqtisadiyyatda aparıcı sektor olub və bu, davam edəcəkdir. Əlbəttə ki, bizim iqtisadiyyatın ənənəvi sahəsi olan neft sektorunun inkişaf etdirilməsi yerli məqsədlər və bir çox ölkələrin enerji təhlükəsizliyi üçün vacib rol oynamaqda davam edir. Bununla belə, şaxələndirmə bizim əsas prioritetdir. Azərbaycanda ümumi iqtisadi artımdan danışarkən, biz enerji təhlükəsizliyi məsələsinə xüsusi toxunmalıyıq. Bu gün Azərbaycan öz enerji təhlükəsizliyini 100 faiz təmin edir və bir çox digər ölkələrin, o cümlədən Avropa İttifaqının üzvlərinin də enerji təhlükəsizliyini təmin edir. Biz neft, qaz, elektrik enerjisi, neft-kimya məhsulları ixrac edirik. Bizim planlarımıza qazın, elektrik enerjisinin və neft-kimya məhsullarının ixracını böyük həcmdə artırmaq daxildir. Eyni zamanda, bugünkü geosiyasi vəziyyəti nəzərə alsaq, aydın olur ki, Azərbaycanın enerji resurslarına ehtiyac heç vaxt olmadığı qədər böyük olacaq. Bu il biz artıq Azərbaycanla Avropa İttifaqı arasında enerji dialoquna başlamışıq. O, bir çox sahələri - neft, qaz, elektrik enerjisi, hidrogen və bərpaolunan enerji mənbələrini əhatə edir. Müasir dövlət kimi inkişaf edən Azərbaycan yeni çağırışlara uyğun olaraq bərpaolunan mənbələrdən elektrik enerjisi istehsalının artırılmasına da böyük diqqət göstərir.

Bərpaolunan mənbələrdən elektrik enerjisi istehsalının artması ölkəmiz üçün bu sektordan da ixrac imkanları yaradıb. 2021-ci ildə respublikamızdan ixraca 1,6 milyard kilovat/saatı elektrik enerjisi yönəldilib. Bərpaolunan mənbələr hesabına ixrac həcmlərini artırmaq mümkün olacaq. Təsadüfi deyildir ki, Prezident İlham Əliyev Azərbaycan-Litva biznes forumundakı çıxışında hazırda Azərbaycanın gündəliyində bərpa olunan enerji ixracının da yer aldığına diqqət çəkərək bildirib ki, bu il biz artıq Azərbaycanla Avropa İttifaqı arasında enerji dialoquna başlamışıq. O, bir çox sahələri - neft, qaz, elektrik enerjisi, hidrogen və bərpaolunan enerji mənbələrini əhatə edir. “Avropa istehlakçılarına isə əlavə enerji resursları mənbələri lazımdır. Bu baxımdan, əlbəttə ki, Azərbaycan Avropa İttifaqı tərəfindən töhfə verən tərəf kimi qəbul edilir. Bərpaolunan enerjinin 2030-cu ilə qədər ümumi balansımızda ən azı 30 faiz olması planlarımızı nəzərə alaraq, hesab edirəm ki, həmin planlara dəyişiklik edilə bilər. Fikrimcə, biz hətta enerji balansımızda 30 və ya 40 faiz bərpaolunan enerjini nəzərdə tuta bilərik. Onda, əlbəttə ki, Avropa istehlakçıları üçün bərpaolunan enerji mənbələri hesabına istehsal edilmiş enerji daha çox cəlbedici ola bilər. Biz bunun üzərində işləyirik. Bu baxımdan, biz düzgün yoldayıq”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Müşfiq Səfərov

Yeni Azərbaycan Partiyası

Beyləqan rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 103 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Turizm

Sosial

Xarici siyasət

Prezident bu gün

Prezident bu gün

29 İyun 10:17

MEDİA

İqtisadiyyat

Siyasət

Azadlıqdan abadlığa...

29 İyun 09:40  

Gündəm

Dəmir yumruq yerindədir

29 İyun 09:32  

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30