Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları genişlənir
20.09.2022 [19:19]
Müstəqil Azərbaycan nailiyyətləri ilə dünya birliyində sayılıb-seçilən, təşəbbüsləri və nəhəng iqtisadi layihələri ilə bütün bəşəriyyətə fayda verən dövlətlər sırasındadır. Müasir Azərbaycan dünyada geosiyasi və geoiqtisadi əhəmiyyətilə seçilən transmilli layihələr reallaşdıran ölkə kimi də tanınır. Təkcə Cənubi Qafqaz bölgəsini deyil, ümumilikdə, böyük coğrafiyanı əhatə edən, hətta Avrasiya geosiyasi məkanda təhlükəsizlik və əməkdaşlıq münasibətlərinə töhfəsini verməklə diqqəti çəkir. Avrasiyanın əhəmiyyətli nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilən ölkəmizin tranzit potensialının inkişafı qeyri-neft sektorunun inkişafına öz təsirini göstərməkdədir. Bu gün Azərbaycan etibarlı tranzit ölkəyə çevrilib. Əlbəttə ki, istənilən bir ölkənin tranzit potensialının inkişafında qonşu ölkələrlə münasibətləri vacib məsələlərdəndir. Gələcəyə hesablanmış bir layihə olan Bakı-Tbilisi-Qars dəmir yolu regionda sülhün və təhlükəsizliyin möhkəmlənməsinə töhfə verərək növbəti dəfə bütün dünyaya bəyan etdi ki, ölkəmizin təşəbbüsü ilə qlobal əhəmiyyətli layihələr həyata keçirilir. Vurğulamaq yerinə düşər ki. dəmiryol nəqliyyatı əsrdən də artıq bir dövrdə yük və sərnişin daşımalarında mühüm potensial istiqamət kimi daha çox diqqət çəkir. Çünki bu nəqliyyat vasitəsilə daha böyük həcmdə yükləri və çox sayda sərnişinləri münasib zaman çərçivəsində daşımaq mümkündür. Bu baxımdan dəmir yolları digər nəqliyyat vasitələrindən bütün parametrləri ilə fərqlənir. Bakı-Tbilisi-Qars Dəmir Yolunun açılışı regionda sabitliyə eləcə də, iqtisadi inkişafa böyük töhfə oldu. Sentyabrın 16-da Səmərqənddə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində Azərbaycan Prezidenti İlham Əliyev çıxışında ölkəmizin tranzit və nəqliyyat-logistika imkanlarına diqqəti çəkərək Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verdiyini bildirib. Dövlət başçısı qeyd edib ki, hazırda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu, ildə 25 milyon tona qədər artırıla bilər: "Bu ilin ilk 7 ayında Azərbaycan ərazisindən keçən tranzit 50 faizə yaxın artıb. Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir. Bakı gəmiqayırma zavodu bütün növ gəmilər istehsal edə bilir". Cənab Prezident çıxışında Azərbaycanda avtomobil yolu, dəmir yolu tikintisinə, eləcə də təmirinə diqqət çəkib. Dövlət başçısının tapşırıq və göstərişlərinə əsasən son illərdə ölkəmizdə yollarının yenidən qurulması, mövcud yolların müasir səviyyəyə çatdırılması istiqamətində çox mühüm layihələr icra olunub. Azərbaycanın regionlarında, paytaxt Bakıda yol-nəqliyyat infrastrukturu müasirləşdirilir, avtomobil yolları şəbəkəsi yenidən qurulur. Yeni yolötürücüləri, körpülər, tunellər, yerüstü və yeraltı piyada keçidləri inşa edilir. "Son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib", - deyə Azərbaycan Prezidenti bildirib. Bu gün Azərbaycanın İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolunun çəkildiyini bildirərək diqqətə çatdırıb ki, 2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb: "Zəngəzur dəhlizi açıldıqdan sonra bu, region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaqdır". Bu gün yenidən qurulan Qarabağda kənd və qəsəbələri birləşdirən yollar çəkilir. İndi qələbə qazanmış Azərbaycanın işğaldan azad olunan ərazilərinə səfər edənlər "ZƏFƏR yolu"ndan keçirlər. Bu yol bizim müasirliyimizin və inkişafımızın göstəricisidir. Zəfər qazanmış Azərbaycanın işğaldan azad olunmuş ərazilərində yeni hava limanları tikilir. Artıq Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı ən müasir səviyyədə inşa olunaraq istifadəyə verilib. Hava limanının istənilən tip hava gəmisini qəbul etmək imkanları var. Hazırda Zəngilan və Laçında beynəlxalq hava limanları tikilir və onların inşası ilə regionun nəqliyyat imkanları daha da genişləndiriləcək. Cənab Prezident çıxışında bildirdiyi kimi, 2024-cü ilin sonuna qədər ölkədə beynəlxalq hava limanlarının ümumi sayı bugünkü 7-dən 9-a çatdırılacaq. Ölkəmizin davamlı inkişafına, xalqımızın rifahının yüksəlişinə xidmət edən, nəqliyyatın inkişafı hər bir ölkə və ya ayrılıqda region üçün mühüm əhəmiyyətə malikdir. Əminliklə vurğulamaq olar ki, lazımi nəqliyyat infrastrukturu yaratmadan heç inkişafa nail olmaq mümkün deyil.
Əvəz Qocayev,
YAP Nəsimi rayon təşkilatının ərazi partiya təşkilatının sədri, AAYDA İdarə Heyətinin sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31

