Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi
24.10.2022 [10:36]
Fəqət Şadlinskaya
YAP Bərdə rayon təşkilatının sədri
İki ildir ki, torpaqlarımızın işğal tarixlərini deyil, azad olunduqları günləri qeyd edirik. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev çıxışlarında “Torpaqlarımız işğaldan azad ediləcək” deyil, “İşğaldan azad edilmiş ərazilərimiz həyatının yeni dövrünü yaşayır” bəyan edir. Günümüzün reallıqları fonunda hədəflər də yenilənib. Artıq əsas məqsəd sahibinə qovuşmuş torpaqlarımızda bərpa-quruculuq işlərini uğurla başa çatdırmaq, soydaşlarımızın bu ərazilərə qayıdışı ilə yeni həyatın başlanmasıdır. Bu torpaqların hər biri özünəməxsus iqtisadi imkanlara, potensiala malikdir. Dövlət başçısı İlham Əliyevin Fərmanı əsasında iqtisadi rayonların yeni bölgüsünün həyata keçirilməsi, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiqlənməsi hər bir rayonun malik olduğu imkanlardan gələcəkdə Azərbaycanın dayanıqlı inkişafı üçün səmərəli istifadəyə yol açır.
Oktyabrın 25-də Qubadlı şəhərinin işğaldan azad edilməsinin ikinci ili tamam olur. Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu da bu peşəkarlığı, fədakarlığı göstərdi. İlk növbədə, şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri azad edildi və strateji yüksəkliklər ələ keçirildi. Ondan sonra Azərbaycan Silahlı Qüvvələri şəhərə daxil olub buranı da düşməndən təmizlədilər.
Qubadlı şəhəri beynəlxalq hava limanlarının tikildiyi Zəngilan və Laçın rayonları arasında yerləşməklə coğrafi mövqeyi və logistik imkanları baxımından strateji əhəmiyyətə malikdir. Zəngin faydalı qazıntı ehtiyatlarına malikdir. Səthi əsasən dağlıqdır. Qubadlı rayonu qərbdən 120 km məsafədə Ermənistan, şimaldan Laçın, Xocavənd, şərqdən Cəbrayıl, cənubdan isə Zəngilan rayonu ilə həmsərhəddir. Kəndlərin əksər hissəsi Həkəri və Bərgüşad çayları ətrafında yerləşir. Rayonda əsasən qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. “Yazı düzü”, “Gəyən” və “Məzrə” adlanan düzləri bol məhsullu torpaqlardır. Ümumilikdə rayonda 79812 hektar torpaq fondu vardır. Rayonun ərazisindən Bərgüşad, Həkəri və onların qolları axır. İşğaldan öncə Qubadlıda 13160 hektar meşə sahəsi olub. Rayonun ərazisi təbii dərman bitkiləri ilə də zəngindir. Qubadlı rayonunun Hacılı kəndində mişar daşı yatağı, Bərgüşad çayının sol sahilində yəşəm yatağı, Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəng daşı yataqları, o cümlədən Mollabürhan kəndinin cənubunda tuf daş yatağı, Xanlıq kəndində qum-gil yatağı, Eyvazlı kəndində əqiq yatağı mövcuddur.
Rəsmi İrəvan Xanlıq kəndində qanunsuz məskunlaşma aparmışdı. Xaricdən gətirilən ermənilər burada qanunsuz yollarla yerləşdirilmişdilər. Dövlət başçısı İlham Əliyev 23 dekabr 2020-ci il tarixdə Qubadlıya səfəri zamanı Azərbaycan Bayrağını ucaltdıqdan sonra çıxışında bu çağırışı etmişdir ki, xarici ekspertlər cəlb olunub, onlar bütün qiymətləndirmə işlərini aparacaqlar: “Videosənədlər, fotosənədlər toplanır, bütün dəymiş ziyan hesablanacaq. Bizim torpaqlarımız istismar edilirdi, təbii ehtiyatlarımız istismar edilirdi. Zəngilan rayonunda qızıl yatağı istismar edilirdi. Azad edilmiş digər ərazilərdə də, həmçinin. Bütün bunların hesabını Ermənistan dövləti verəcək. Bununla paralel olaraq bütün bərpa işləri təmin ediləcək və biz bütün şəhər və qəsəbələrimizi, kəndlərimizi bərpa edəcəyik.”
Hazırda Qubadlı şəhəri və rayonun işğaldan azad edilmiş kəndləri bərpa-quruculuq dövrünü yaşayır. Qubadlı rayonunun bütün kəndləri, Qubadlı şəhəri yenidən qurulur. Baş plan ən müasir tələblərə uyğundur, Qubadlının təbiəti və tarixi keçmişi bu sənəddə öz əksini tapıb. Baş plana əsasən şəhərin biomüxtəlifliyi üçün münbit şəraitin yaradılması və Qubadlının göz oxşayan yaşıl bir məkana çevrilməsi nəzərdə tutulur. Şəhər ərazisində ümumi məşğulluğun təmin edilməsi bir neçə istiqamətdə aparılacaq. Yaxın 20 illik perspektiv üçün Qubadlıda bitkiçilik və ekoloji kənd təsərrüfatı, balıqçılıq və balıqyetişdirmə, müasir sənətkarlıq, yüngül sənaye, təbiət əsaslı aqroturizm və digər sahələrin inkişafı planlaşdırılır. Beləliklə, şəhərin memarlıq simasının formalaşmasında müasir və ənənəvi elementlərin vəhdətindən istifadə ediləcək, yaşıl şəhər obrazı yaradılacaq. Onu da qeyd edək ki, növbəti 20 il ərzində şəhər ərazisinin 505 hektara, əhali sayının isə 14 min nəfərə çatdırılması planlaşdırılır.
Azad edilmiş ərazilərdə görülən bütün bərpa işləri dövlət başçısı İlham Əliyevin nəzarətindədir. Ölkə Prezidentinin işğaldan azad edilmiş digər ərazilərimiz kimi, Qubadlıya da səfəri bir çox sosial obyektlərin təməlinin qoyulması və açılışı ilə yadda qalıb. Soydaşlarımızın gələcəkdə bu torpaqlarda rahat yaşayışının təmin edilməsi əsas prioritetlərdəndir. Bərpa strategiyasının uğurla həyata keçirilməsi nəticəsində işğaldan azad edilmiş ərazilərimiz regionun ən inkişaf etmiş zonasına çevriləcək. Qarabağ və Şərqi Zəngəzur böyük investisiyalar məkanı kimi dünyanın diqqətində olacaq.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

