Vətəndaşların əsas hüquq və azadlıqlarını müəyyən edən sənəd
14.11.2022 [10:28]
Məlum olduğu kimi, hər il 12 noyabr tarixi müstəqil Azərbaycanda “Konstitusiya Günü” kimi qeyd olunur. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi altında hazırlanaraq referendum yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının Konstitusiyası xalqın dövlətçilik iradəsinin, suverenliyinin təcəssümünə çevrilən ali hüquqi sənəd olmaqla cəmiyyətin ictimai-siyasi institutlarının fəaliyyətini, dövlətin idarəçilik sistemini tənzimləyir. Əsas Qanunda Azərbaycan xalqının hüquqi, dünyəvi dövlət qurmaq, ədalətli iqtisadi-sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək, bəşəri dəyərlərə sadiqlik göstərərək bütün dünya xalqları ilə dostluq, sülh, əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək niyyəti təcəssüm olunmuşdur. Müstəqil yaşamaq haqqını təmin etmiş hər bir ölkədə Konstitusiya təkcə dövlətçiliyin hüquqi bazasını yox, həm də, xalqın milli inkişaf prioritetlərini müəyyənləşdirən, dövlət idarəçiliyinin çevik və işlək mexanizmlər əsasında həyata keçirilməsini təmin edən fundamental hüquqi sənəddir. Konstitusiya dövlət qanunlarının təməl prinsiplərini müəyyən edən Əsas Qanun olmaqla, hökumətin fəaliyyətini nizamlayır, cəmiyyətdə ictimai münasibətləri qaydaya salır. Azərbaycan 1991-ci il oktyabr ayının 18-də dövlət müstəqilliyini elan edərək beynəlxalq birliyin tamhüquqlu üzvünə çevrildikdən sonra demokratik cəmiyyətin atributu olan, hüquqi, dünyəvi dövlət quruculuğunu, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin edən yeni milli Konstitusiyanın qəbulu ciddi vəzifə kimi qarşıda dayanırdı. Bu, ilk növbədə, totalitar rejimdən liberal cəmiyyətə transfer olunmaq istəyən Azərbaycanda keyfiyyətcə yeni dövrün tələblərinə cavab verən demokratik hüquq sistemi formalaşdırmaq, dövlətin inkişaf perspektivlərini xalqın iradəsinin təcəssümü olan Konstitusiya ilə müəyyənləşdirmək zərurəti ilə şərtlənirdi.
1993-cü ilin iyun ayında ölkədəki hakimiyyət böhranının kulminasiya zirvəsinə çatması və silahlı qarşıdurmanın yaranması isə, hərc-mərcliyin, anarxiya mühitinin, o zamankı iqtidara qarşı total inamsızlığın məntiqi sonluğa yetişməsi idi. Belə bir şəraitdə vəziyyəti sabitləşdirmək iqtidarında olmayan AXC-Müsavat cütlüyü acizanə bir şəkildə Ulu Öndər Heydər Əliyevi Bakıya dəvət etdi. Xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ümummilli Lider qısa müddətdə vəziyyəti sabitləşdirdi, vətəndaş həmrəyliyini təmin etdi, hüquqi və demokratik dövlət quruculuğu istiqamətində qətiyyətli addımlar atmağa başladı. Ulu Öndər yaxşı bilirdi ki, Azərbaycan dövlətinin gələcık inkişaf prioritetlərinin düzgün müəyyənləşdirilməsi, iqtisadi, siyasi, hüquqi islahatlara etibarlı zəmin yaradılması, bir sözlə, uzunmüddətli inkişaf strategiyasının reallaşdırılması baxımından ölkədə yeni dövrün tələblərinə cavab verən Konstitusiyanın qəbuluna ehtiyac var. Bu Konstitusiya yeni dövrün tələblərinə cavab verməli, inkişaf etmiş dövlətlərin təcrübəsini və milli maraqları, ölkənin özünəməxsus xüsusiyyətlərini, milli-mənəvi dəyərləri unikal formada özündə əks etdirən hüquqi sənəd olmalı idi.
1995-ci il noyabr ayının 12-də qəbul edilmiş Konstitusiyanın əsasında hakimiyyətin yeganə mənbəyi kimi xalqın tanınması, ölkənin bütövlüyünün qorunması, hakimiyyətlərin bölünməsi prinsipinə ciddi riayət olunması, insan hüquq və azadlıqlarının dövlətin ali məqsədi kimi bəyan edilməsi, beynəlxalq hüququn milli qanunvericilik üzərində üstünlüyü kimi hüquqi dövlət-vətəndaş cəmiyyəti quruculuğuna imkan verən mütərəqqi ideyalar dayanmışdır. Öz müqəddəratını sərbəst, müstəqil həll etməyi və idarəetmə formasını müəyyənləşdirməyi Azərbaycan xalqının suveren hüququ kimi tanıyan Konstitusiya Azərbaycan dövlətini demokratik, hüquqi, dünyəvi, unitar respublika elan etmişdir. Əsas Qanun ənənəvi hüquqi dövlət ideyalarını özündə ehtiva etməklə yanaşı, bu ideyaların inkişaf meyillərini də nəzərə almış, onları özünəməxsus milli dəyərlər və təsdiq olunmuş müasir yanaşmalarla zənginləşdirmişdir.
Ümumilikdə, Azərbaycan Respublikası Konstitusiyasının hüquqi fəlsəfəsində bir ali məqsəd - insan və vətəndaş hüquqlarının, azadlıqlarının təminatı məramı dayanır. İnsan şəxsiyyətinin toxunulmazlığı, onun həyat və sağlamlığının qorunması, layiqli həyat səviyyəsinin təmini, humanizm, insanpərvərlik prinsipləri Azərbaycan Respublikası Konstitusiyasının başlıca mahiyyətini təşkil edir. 5 bölmədən, 12 fəsil, 158 maddədən ibarət olan Azərbaycan Konstitusiyasının 48 maddəsinin və yaxud üçdə birinin sırf insan hüquq və azadlıqları ilə bağlı olması Ümummilli Liderin yüksək daxili demokratizmini, insanpərvərliyini bir daha təsdiqləyir. Konstitusiyada əksini tapmış strateji məqsədlər, ilk növbədə, hüquqi islahatların və insan hüquqlarının qorunması prinsipinin real həyatda tətbiqini zəruri etmişdir. Azərbaycan Konstitusiyasının bəzi maddələrinin qısaca şərhi fonunda onun nə dərəcədə liberal və demokratik hüquqi sənəd olduğu, insan hüquqlarına etibarlı təminat yaratdığı tam təsdiqini tapır. Əsas Qanunun birinci maddəsində göstərilir ki, "Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır". Konstitusiyanın 4-cü maddəsində vurğulanır ki, xalqın seçdiyi səlahiyyətli nümayəndələrdən başqa heç kəsin xalqı təmsil etmək, xalqın adından danışmaq və müraciət etmək hüququ yoxdur. 6-cı maddəyə görə isə, Azərbaycan xalqının heç bir hissəsi, sosial qrup, təşkilat və ya şəxs hakimiyyətin həyata keçirilməsi səlahiyyətini mənimsəyə bilməz. Həmin maddənin 2-ci bəndində hakimiyyətin mənimsənilməsi xalqa qarşı ən ağır cinayət kimi xarakterizə olunur.
Yuxarıda qeyd edilənlər onu deməyə əsas verir ki, ötən bu illər ərzində sözügedən Konstitusiya öz həyati gücünü, humanist, dinamik və realist bir sənəd olduğunu sübut etmişdir. Əsas Qanunun əhatə etdiyi bütün sahələrdə, hüquqi dövlət quruculuğu, bazar iqtisadiyyatı prinsiplərinin tətbiqi, siyasi həyatın demokratikləşdirilməsi, insan haqlarının, azadlıqlarının təmin olunması və sair ilə bağlı mühüm irəliləyişlər baş vermişdir. Ölkəmizdə demokratik prinsiplər, dəyərlər, insan hüquq və azadlıqları getdikcə daha dolğun, real məzmun kəsb edir, vətəndaşların əsas hüquqlarının müdafiəsinin milli mexanizmləri təkmilləşdirilir, bu sahədə beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq həyata keçirilir. Ölkəmiz dünya dövlətləri içərisində öz müstəqil siyasəti, inkişaf perspektivləri, potensialı və dövlət idarəçiliyinin effektiv təşkili ilə seçilir...
Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov
Xəbər lenti
Hamısına baxSiyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53

