Azərbaycan xalqı bir yumruq kimi birləşərək tarixi missiyasını yerinə yetirdi
16.11.2022 [10:47]
Mehdi Balabəyov
YAP Şabran rayon təşkilatının sədri
Son iki ilin əsas mövzusu tarixi Zəfərimiz, Azərbaycanın yaratdığı yeni reallıqlar, sülh müqaviləsinin imzalanması istiqamətində atılan addımlar, ən əsası işğaldan azad edilmiş ərazilərimizdə uğurla həyata keçirilən Böyük Qayıdış proqramıdır. Noyabrın 8-də Şuşada keçirilən Zəfər Günündə iştirak edən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev hərbçilər qarşısında çıxışında bir daha Zəfərimizə gedən yoldan geniş bəhs edərək bu reallığı diqqətə çatdırdı ki, biz təkcə ərazi bütövlüyümüzü yox, milli qürurumuzu bərpa etdik.
Cənab İlham Əliyev çıxışında müharibəyə gedən yolun istiqamətlərindən danışdı.
Təbii ki, ilk növbədə, ordumuzu lazımi silahlar və texnika ilə təchiz etməli idik. Bunun üçün güclü iqtisadiyyatın olması vacib amil idi. Azərbaycan iqtisadiyyatını gücləndirdi, həyata keçirdiyi iqtisadi islahatlar beynəlxalq maliyyə qurumlarının hesabatlarında da yüksək dəyərləndirilir və ölkəmizin ön yerlərdə dayanmasını şərtləndirir. Belə ki, Azərbaycan Dünya Bankının hesabatında ən islahatçı 10 olkə arasında qərarlaşıb. Azərbaycanın neft-qaz gəlirlərindən səmərəli istifadəsi son 19 ildə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı istiaqamətində atılan addımların davamlılığını təmin etdi. İqtisadi artımın qeyri-neft sektorunun hesabına olması qarşıya prioritet vəzifə kimi qoyulub. Bu illər ərzində Regional inkişaf proqramlarının uğurlu icrası həm bölgələrin simasını tamamilə dəyişib, həm də onların malik olduqları potensialdan səmərəli istifadə ölkəmizin hərtərəfli inkişafına geniş imkanlar açıb. Bu gün qürurla qeyd edirik ki, Azərbaycan dünya hərb tarixində belə bir ilkə imza atdı ki, müharibədən dərhal sonra işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinə başladı. Azərbaycan iqtisadiyyatı dayanıqlı iqtisadiyyatdır. İşğaldan azad edilən torpaqlarımızda görülən bütün bu işlərin maliyyə mənbəyi Azərbaycan büdcəsidir.
“Biz bu iki il ərzində heç bir ölkədən, heç bir təşkilatdan, heç bir donordan bir manat belə yardım almamışıq. Əlbəttə, əgər kimsə yardım etmək istəsə, biz etiraz etmərik. Ancaq heç kim bizə yardım etmir və etməyəcək” söyləyən dövlət başçısı İlham Əliyev iqtisadi inkişafımızın bütün sahələrdə uğurlu addımlar atmaqda əsas olduğunu diqqətə çatdırdı. Güclü iqtisadiyyat ordu quruculuğunda əsas amillərdən biridir. Ordumuzun maddi-texniki bazası möhkəmləndirildi. Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşıb. Silahlı Qüvvlərimiz 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizə qədər 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Günnüt əəməliyyatında gücünü və qüdrətini dünyaya nümayiş etdirmişdi.
Azərbaycan bu illər ərzində Ermənistanın işğalçılıq siyasətinin ifşası istiqamətində düşünülmüş siyasət həyata keçirdi. Ölkəmizin ətrafında yaradılan informasiya blokadası yarıldı. Ermənistanın nəzarətində olan beynəlxalq media resursları, onların xaricdəki havadarları, erməni lobbisi belə bir rəy yaratmışdılar ki, sanki Azərbaycan təcavüzkardır. Azərbaycan torpaqları işğal altına düşən zaman bəzi ölkələr bizə qarşı sanksiyalar tətbiq etmişdilər. 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra əsas diqqət göstərilən istiqamətlərdən biri məhz erməni yalanlarının ifşası, aparılan əsassız təbliğata qarşı real həqiqətlərimizin, tarixi faktların qoyulması oldu. Uğurlu siyasətimiz nəticəsində bu hədəfə də nail olduq. Baxmayaraq ki, əksər dünya gücləri həqiqətlərə göz yumur, Ermənistana dəstək siyasətini həyata keçirirlər, Azərbaycan dövləti, xalqı bu yanaşmalardan ruhdan düşmədi, əksinə faktlara əsaslanan siyasətini uğurla davam etdirdi və etdirir. Aparıcı beynəlxalq təşkilatlar – BMT, ATƏT, Avropa İttifaqı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası mövqeyimizi dəstəkləyən, haqq-ədaləti ifadə edən qərar və qətnamələr qəbul etdilər. Artıq tarixə qovuşan Qarabağ münaqişəsinin həlli üçün bu, çox önəmli beynəlxalq hüquqi zəmin idi. Azərbaycan istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrinin inkişafı sahəsində də mühüm uğurlara imza atır. Azərbaycanın beynəlxalq nüfuzu imkan verdi ki, daha çox dostlar qazanaq.
Müharibəyə gedən yolun əsas istiqamətlərindən biri də vətənpərvərlik məsələləri ilə bağlı aparılan fəal siyasətimizdir. “Gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək Prezident kimi mənim siyasətimin əsas istiqamətlərindən biri idi və buna nail olduq” söyləyən dövlət başçısı İlham Əliyev bildirir ki, gənclərimiz vətənpərvərdir, Vətənə bağlıdır və İkinci Qarabağ müharibəsi bunu göstərdi. Heç vaxt Qarabağı görməyən gənclərimiz Qarabağ uğrunda ölümə gedirdilər. Cəmiyyətdə milli birlik, həmrəylik ideyaları üstünlük təşkil etdi. Eyni zamanda, Azərbaycanda yaşayan bütün xalqlar daha sıx birləşdi.
Bu amillərin vəhdəti əsasında ərazi bütövlüyümüzü bərpa etdik. Bu gün üzümüz ağ, alnımız açıq, müzəffər xalq kimi yaşayırıq.
Xəbər lenti
Hamısına baxGündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17

