Zamanın və tarixin sınağından çıxmış, obyektiv zərurətdən doğan Yeni Azərbaycan Partiyası
19.11.2022 [14:47]
30 illiyini qeyd etməyə hazırlaşan Yeni Azərbaycan Partiyası tarixi zərurətdən, o dövrki ictimai-siyasi hadisələrin məntiqi nəticəsi olaraq yarandı. Ümummilli lider dediyi kimi: “Yeni Azərbaycan siyasi partiyasının yaradılması obyektiv zərurətdən doğdu.”
O illərdə onlarla partiya yaradılmış, lakin yaradılan partiyalar ölkəni düşdüyü ağır iqtisadi, siyasi, mənəvi böhrandan nəinki qurtara bilmədi, əksinə respublikadakı mövcud vəziyyəti daha da ağırlaşdıraraq siyasi və iqtisadi böhran yaratdı.Qeyd etmək lazımdır ki, bu hadisələrin fonunda 16 oktyabr 1992-ci ildə 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Ümumilli Lider Heydər Əliyevə ünvanlanan müraciətdə Azərbaycanın düşdüyü ağır vəziyyətdən çıxara biləcək nicat yolunun Naxçıvan Ali Sovetinin sədri, Ümummilli Lider Heydər Əliyev də olduğu qeyd edilir və onun siyasi rəhbərliyi altında yeni bir partiyanın yaradılmasını təkidlə xahiş edilirdi.
Ən önəmlisi Ulu Öndərin cavab məktubu özünü çox gözlətmədi. 24 oktyabr 1992-ci il Ziyalılara cavab məktubu ünvanladı. 3 səhifəlik məktubda Ulu Öndər mövcud vəziyyəti dərindən və müfəssəl təhlil edərək Azərbaycanda siyasi vakuumun olduğunu və bu vakumu dolduracaq siyasi sistemin yaradılmasına ciddi ehtiyac olduğunu və ziyalıların təklifini qəbul edərək bu baxımdan siyasi həmfikirlərə qarşılarında 5 taleyüklü vəzifə müəyyən etmişdi.
1) Azərbaycanın parçalanmasına yönəldilmiş meyillərin qarşısı qətiyyətlə alınmalısı vəYaranan problemlər sivilizasiya və demokratik yollarla həll edilməsi
2) Azərbaycanın müharibə vəziyyətindən çıxması və Qarabağ probleminin həll olunması
3) Azərbaycanı sosial-iqtisadi böhranın çıxarmaq, ağır vəziyyətdə olan xalqın güzəranının və rifahının yaxşılaşdırılması
4) Azərbaycanda köklü kadr islahatlarının aparılması
5) Müstəqil Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, fundamental azadlıqların mühafizəsi və təmin edilməsi Qanun Aliliyinin təmin demokratik inkişafın təmin edilməsi
Bunları qeyd etməkdə məqsəd bu vəzifələrin Ulu Öndərin qeyd etdiyi obyektiv zərurəti şərtləndirən amillər və bu günümüz reallığını Bizlərə bəxş edən Strategiyanın başlanğıc nöqtəsi olmasıdır.
Yeni Azərbaycan Partiyası təsis iclasının Bakıda keçirilməsi nəzərdə tutulsa da, AXCP-Müsavat cütlüyü Ümummilli Lider Heydər Əliyevi müxtəlif maneələrlə Bakıya gəlişinə mane oldu, Partiyamızın təsis iclası 30 il əvvəl 21 noyabr 1992-ci ildə 550 nəfər nümayəndə Naxçıvanda baş tutdu və bununla da Partiyamız müxalifət partiyası kimi fəaliyyətə başladı. Lakin, 6 ay müxalifətdə qaldı və obyektiv zərurət YAP iqtidar partiyası olmasını şərtləndirdi.
- Ulu Öndər ilk növbədə Şimalda “Sadval” separatizmi, cənubda qondarma “Talış-Muğan respublikası” xülyasına, mərkəzdə müxtəlif siyasi qüvvələr arasında hakimiyyət çəkməsinə son qoyaraq 15 iyun 1993-ci ildə Azərbaycan Ali Sovetinin sədri seçildi və Azərbaycan Prezidentinin səlahiyyətlərini icra etməyə başladı.
- Ulu Öndərin təşəbbüsü və iradəsi ilə "Bişkek protokolu" ilə 1994-cü il mayın 12-də cəbhədə atəşkəsə nail olundu və Azərbaycan müharibə vəziyyətindən çıxdı.
- "Əsrin müqaviləsi"nə gedən yol müxtəlif çətinliklərdən və maneələrdən keçərək, Azərbaycan xalqının ümummilli lideri, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin dəmir iradəsi və möhkəm dövlətçilik əzminin, qətiyyətli və ardıcıl siyasətinin nəticəsi olaraq reallaşdı. Bütün çətinliklərə baxmayaraq, 1994-cü il sentyabrın 20-də Bakıda Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə dünyanın 11 aparıcı neft şirkəti arasında “Əsrin müqaviləsi” imzalandı. Bunun ardınca sonrakı illərdə dünyanın 19 ölkəsini təmsil edən 41 neft şirkəti ilə daha 26 saziş imzalanmışdır. Avrasiyanın yeni geo-iqtisadi xəritəsini müəyyənləşdirən bu hadisə həm də yenicə müstəqillik əldə etmiş Azərbaycanın gələcək inkişafının və dünya birliyi ilə tərəfdaşlığının ən həlledici amilinə çevrildi.
- Ümumilli Lider Heydər Əliyevin Azərbaycannaminə əldə etldiyi mühüm tarixi nailiyyətlərdən biri də milli kadr potensialınınSSRİ dövründən başlayaraq inkişaf etdirilməsi idi. Bu məqsədi uğurla həyata keçirmək üçünhələ Sovet dövründə Ulu Öndər hər il azərbaycanlı gənclərin təhsil almaq üçün böyük qruplarla keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərinə göndərilməsi ənənəsinin əsasını qoymuşdur. O dövrdə SSRİ-nin 170 qabaqcıl ali təhsil ocağına 15 minə yaxın azərbaycanlı göndərilmiş, hər il xaricə 800 tələbə yola salınmışdır. Sonrakı proseslər kadr siyasətinin nə qədər uğurlu inkişaf etdirildiyini nümayiş etdirmiş oldu.
- Ulu Öndərin sonuncu vəzifə kimi qiymətləndirdiyi Azərbaycan müstəqiliyinin möhkəmləndirilməsi, demokratiyanın inkişafı naminə aparılan islahat fonunda Azərbaycan Respublikası konstitusiyasının qəbulu, Azərbaycan ombudsman və yerli özünü idarəetmə institutlarının yaradılması, 2002-ci il ümumxalq səsverməsi qarşıya qoyulan vəzifələrin uğurla icra edildiyini nümayiş etdirdi.
Ulu Öndərin layiqli davamçısı, Müzəffər Ali Baş Komandanımız, Partiyamızın sədri, möhtərəm cənab Prezident əsas siyasi fəaliyyət prinsipimiz olan Heydər Əliyev yolunu çox müvəfəqiyyətlə davam etdirərək bu gün hər birAzərbaycanlıya fərəh və qürur hissi yaşadır.
Qeyd etmək istərdim ki, Müzəffər Ali Baş Komandanımız və Partiyamızın sədri möhtərəm İlham Əliyev cənablarının rəhbərliyi ilə Müzəffər Ordumuz 44 günlük Vətən müharibəsində misilsiz qəhrəmanlıq göstərmiş və şanlı tariximizin əbədi Zəfər salnaməsini yazmışdır. Hər zaman olduğu kimi, müharibənin ilk günündən xalqımız Azərbaycan Respublikasının Prezidenti və Partiyamızın sədri, möhtərəm İlham Əliyev cənablarının ətrafında dəmir yumruq kimi sıx birləşərək, torpaqlarımızın müdafiəsi uğrunda tam səfərbər oldu.
Son 30 ildə rayon təşkilatı fəaliyyətini Partiyamızın Nizamnaməsi, Proqramına uyğun olaraq, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının tapşırıq və təlimatları əsasında qurmuşdur. Partiyamızın VII Qurultayının materialları, xüsusilə də Partiyamızın sədri İlham Əliyev cənabları Qurultaydakı proqram xarakterli çıxışı rayon təşkilatında, eləcə də ərazi təşkilatlarında geniş müzakirə edilmiş,fəaliyyətimizin gündəlik və direktiv yol xəritəsi kimi qəbul edilmişdir. Hazırda Partiyamız üzvlərinin sayına görə Dünya sıralamasında 43-cü yeri tutmaqla, Dünyanın ən böyük 50 partiyasından biridir və Cənubi Qafqazın ən böyük partiyasıdır.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

