Türk dövlətlərinin birgə gələcəyi üçün möhkəm təməl var
19.12.2022 [10:20]
Ötən il İstanbulda Türk Dövlətləri Təşkilatının VIII Zirvə Görüşündə “Mən çox şadam ki, bu gün biz türk dövlətləri arasındakı birlikdən danışarkən gələcəyə baxırıq. Çünki bizim gələcəyimiz, birgə gələcəyimiz üçün çox möhkəm zəmin var, möhkəm təməl var. Bu, bizim ortaq köklərimizdir, dilimizdir, dinimizdir və ortaq maraqlarımızdır” söyləyən dövlət başçısı İlham Əliyev bu əminliyi də ifadə etmişdir ki, Türk Dövlətləri Təşkilatının təkcə ölkələrimiz, xalqlarımız üçün deyil, dünya üçün önəmi bundan sonra da artacaq. Çünki bizim işbirliyimiz səmimidir, hamımız qardaşıq, bir-birimizə qardaş deyirik, hamımız ənənəvi dəyərlər üzərində ölkələrimizi inkişaf etdiririk. Xalqlarımız arasındakı birlik, qardaşlıq gündən-günə möhkəmlənir və bu gün böyük coğrafiyanı əhatə edirik. Ölkələrimizdə zəngin təbii qaynaqlar, müasir infrastruktur, nəqliyyat yolları var.
Onu da qeyd edək ki, həmin Zirvə Görüşündə Türkiyə Prezidenti Tayyib Ərdoğan Prezident İlham Əliyevə Türk Dünyasının Ali Ordenini təqdim edərkən bu məqamı xüsusi qeyd etmişdir ki, Azərbaycanın ərazi bütövlüyünü yenidən təmin etməsi türk dünyasının birliyini və bərabərliyini genişləndirmişdir. Qarabağın azadlığının rəmzi olan “Xarıbülbül” türk dünyası üçün Zəfərin müjdəçisi olmuşdur. Bu ilin noyabrında Səmərqənddə keçirilən IX Zirvə Görüşündə isə cənab İlham Əliyev dünyaya bu mesajı çatdırdı ki, türk dünyası böyük bir ailədir.
Bu gün hər kəs türk dünyasının birliyindən qürur hissi keçirir. Cari ildə dövlət başçısı İlham Əliyevin türkdilli dövlətlərə, həmçinin bu ölkələrin dövlət başçılarının Azərbaycana səfərlərinin say tərkibinə diqqət yetirmək kifayətdir. Dekabrın 14-də cari ildə Türkmənistana ikinci səfərini edən Prezident İlham Əliyevin istər Türkiyə və Türkmənistan prezidentləri ilə keçirdiyi təkbətək görüş, istərsə də üçtərəfli Zirvə Görüşü gələcəklə bağlı hədəflərin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynadı. Bu baxımdan ki, dünya hər zaman Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığı fonunda türk dünyasının birliyini, həmrəyliyini görür. Azərbaycan hər zaman birliyə maraq göstərərək bu istiqamətdə mühüm addımlar atır. Dövlət başçısı İlham Əliyevin “Gücümüz birliyimizdədir” çağırışı bütün dövrlər üçün aktuallığını qoruyur. Hələ 2019-cu ildə Bakıda keçirilmiş Türk Dövlətləri Təşkilatının VII Zirvə Görüşündə dövlət başçısı İlham Əliyev bildirmişdi ki, sədrliyi qəbul edən Azərbaycan türk dövlətləri arasında əməkdaşlığın və dostluğun möhkəmləndirilməsi istiqamətində öz səylərini göstərəcək.
Təşkilata sədrliyi dövründə Azərbaycan türk dövlətləri arasında əlaqələrin daha da genişlənməsi üçün yeni təşəbbüslərlə çıxış edib, türkdilli dövlətlər arasında həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə dostluq və əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi, təşkilatın nüfuzunun daha da artırılması istiqamətində səylər göstərib.
Bu gün işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə türkdilli dövlətlərin dəstəyi bu birliyin, həmrəyliyin aydın ifadəsini yaradır. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində apardığı genişmiqyaslı quruculuq işlərinə Türkiyə şirkətlərinin podratçı kimi bir çox infrastruktur layihələrində fəal iştirakını xüsusi qeyd etməliyik. Füzuli rayonunda Özbəkistan tərəfindən məktəbin, həmçinin Qazaxıstan tərəfindən yaradıcılıq mərkəzinin inşa olunacaqları da Azərbaycan-Özbək və Azərbaycan-Qazax xalqları arasında olan qardaşlığın göstəricisidir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın azad edilmiş torpaqlarımıza üç dəfə səfər etməsini, Şuşada, Füzulidə, Zəngilanda və Cəbrayılda olmasını xüsusi vurğulayan dövlət başçısı İlham Əliyev Səmərqənddə keçirilən IX Zirvə Görüşündə digər türk dövlətlərinin başçılarını da Qarabağa və Şərqi Zəngəzura dəvət etmişdi.
Artıq bu gün dünya Azərbaycan-Türkiyə-Türkmənistan formatından bəhs edir, perspektivləri müzakirə edilir. Hər yeni əməkdaşlıq formatı ümumilikdə türk dünyasının birliyinə yönələn addım kimi qəbul olunur. Dövlət başçısı İlham Əliyev Üçtərəfli Zirvə Görüşündə bir daha Azərbaycan-Türkiyə-Türkmənistan formatında görüşün önəmini vurğulayaraq bu inamı ifadə etdi ki, belə görüşlər bundan sonra müntəzəm olaraq keçiriləcək və qardaş ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etməsinə böyük töhfə verəcək.
Etibar Hacıyev
YAP Ağstafa rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30

