Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Azərbaycan idman dövləti kimi gələcəkdə də özünü təsdiqləyəcək

Azərbaycan idman dövləti kimi gələcəkdə də özünü təsdiqləyəcək

11.01.2023 [11:45]

Azərbaycan idman ölkəsidir. Bu fikri böyük inamla qeyd etməyə ciddi əsaslar var.  Birincisi, ölkəmizdə ən müasir idman infrastrukturu yaradılıb və bu infrastruktur imkan verir ki, Azərbaycan bütün oyunları yüksək səviyyədə keçirsin. 2015-ci ildə ilk Avropa Oyunlarının, 2017-ci ildə isə IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkili də bunun bariz nümunəsidir.  Azərbaycan idmançıları müxtəlif yarışlarda, Olimpiya Oyunlarında, dünya çempionatlarında, Avropa çempionatlarında, yeniyetmələrin Olimpiya Oyunlarında həmişə yüksək pillələrdədirlər. İdmanın inkişafı və kütləviliyi ilə bağlı da  düşünülmüş, ardıcıl siyasət aparılır. Hər zaman bu əminlik də ifadə edilir ki,  gələcək illərdə də beynəlxalq idman qurumları Azərbaycana həmişə böyük hörmətlə yanaşacaq. Azərbaycan idman dövləti kimi gələcəkdə də özünü təsdiqləyəcək və malik olduğu imkanları nümayiş etdirəcək. Təbii ki, bu fikirləri böyük inamla qeyd etməyimizdə hər ilin idman yekunları da öz sözünü deyir.

Yanvarın 9-da ötən ilin idman yekunlarına həsr olunmuş mərasimdə dövlət başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev Azərbaycanın 2022-ci ildə qazandığı uğurlardan bəhs edərək qarşıdakı dövrün hədəflərini açıqladı. “Hər il olduğu kimi, keçən il də Azərbaycan idmanı üçün uğurlu il olmuşdur” söyləyən Prezident İlham Əliyev bildirdi ki, bütövlükdə ölkə miqyasında görülmüş işlərə yüksək qiymət vermək olar. Çünki keçən ilin əvvəlində qarşıya qoyduğumuz bütün vəzifələr icra edildi, Azərbaycanın dinamik inkişafı təmin olundu. İdman da həyatımızın tərkib hissəsi olduğu üçün  ümumi tendensiya çərçivəsində inkişaf etmişdir: “Bunu həm idmançılarımızın qələbələri göstərir, eyni zamanda, ölkəmizdə keçirilmiş müxtəlif beynəlxalq yarışlar Azərbaycanı bir daha idman ölkəsi kimi təsdiqləyir. Bütövlükdə son illərdə aparılan siyasət bu gün öz gözəl nəticələrini verməkdədir.”

Dövlət başçısı İlham Əliyev Azərbaycan idmançılarının  beynəlxalq yarışlarda qazandığı qələbələrdən danışaraq bu statistikanı açıqladı  ki, 800-dən çox medal qazanılıb, onlardan 300-ə yaxını qızıl medaldır. Təbii ki, bu, böyük nailiyyətdir. Çünki dünyada idman sahəsində rəqabət artır. Ölkə Prezientinin qeyd etdiyi kimi, ona görə hər il bu yüksək nəticələri göstərmək, öz gücünü təsdiqləmək asan məsələ deyil.

Qazanılan medallar Azərbaycanın beynəlxalq aləmdə təqdimatıdır. Bu fikir daim önə çəkilir ki idman da siyasətdir. Keçirilən idman yarışlarında hər bir ölkənin malik olduğu imkanlar özünü aydın şəkildə nümayiş etdirir. Eyni zamanda, qazanılan qələbələr Azərbaycanın Dövlət Himninin səsləndirilməsi, üçrəngli bayrağının yüksəklərə qaldırılması ilə müşaiyət olunur ki, bu, öz növbəsində ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri və roluna yeni əlavələr gətirir. Bu gün Azərbaycan idmançıları qalib ölkəni təmsil etdikləri üçün qürurludurlar. Cənab İlham Əliyev sözügedən mərasimdə də bu məqamı xüsusi qeyd etdi ki, tarixi Zəfərimiz hər bir azərbaycanlı üçün, bütün dünya azərbaycanlıları üçün qürur mənbəyidir.

Gələcək nəsil də vətənpərvərlik ruhunda tərbiyə ediləcək. Necə ki, Azərbaycan gəncləri daim  milli ruhda böyüyüb, torpaq, Vətən sevgisi sonsuzdur. Elə bir gənclik  yetişdirildi ki,  həm idman arenalarında, həm də döyüş meydanında  ölkəmizin bayrağını yüksəklərə ucaldır. İkinci Qarabağ müharibəsində iştirak edənlərin mütləq əksəriyyəti gənclər idi. Tarixi Zəfərimiz milli qürurumuzu bərpa etdi, xalqımızın müzəffər, yenilməz xalq olduğunu nümayiş etdirdi. Dövlət başçısı İlham Əliyev bir daha bu çağırışı etdi: “Bizim hər birimiz də öz sahəmizdə, öz fəaliyyətimizdə bu müqəddəs Zəfərə layiq olmalıyıq. Əminəm ki, indi idmançılarımız beynəlxalq yarışlarda iştirak edərkən onlar tamamilə başqa bir həvəslə, hətta başqa bir hərəkətlə çıxış edirlər və bizim müzəffər xalq olmağımızın həqiqətini bir daha təsdiqləyirlər.”

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 110 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Daha 39 casus

01 Fevral 12:06  

Xarici siyasət

Analitik

Sosial

Xəbər lenti

Siyasət

Dördüncü səfər...

01 Fevral 10:18  

Xəbər lenti

Tariflər yeniləndi

31 Yanvar 16:53

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28