Azərbaycanda idman dövlətin daxili siyasətinin mühüm tərkib hissələrindən biridir
13.01.2023 [14:21]
Yanvar ayının 9-da 2022-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Dövlətimizin başçısı tədbirdə çıxış edib. Ötən ili Azərbaycan idmanı üçün uğurlu il hesab edən Prezident İlham Əliyev bütün sahələrdə olduğu kimi, idman sahəsində də qarşıya qoyulmuş bütün vəzifələrin çox uğurla icra edildiyini qeyd edib. Dövlət başçısı qeyd edib ki, keçən ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr icra edildi, Azərbaycanın dinamik inkişafı təmin olundu. İdman da həyatımızın tərkib hissəsi olduğu üçün əlbəttə ki, ümumi tendensiya çərçivəsində inkişaf etmişdir. Bunu həm idmançılarımızın qələbələri göstərir, eyni zamanda, ölkəmizdə keçirilmiş müxtəlif beynəlxalq yarışlar Azərbaycanı bir daha idman ölkəsi kimi təsdiqləyir. Bütövlükdə son illərdə aparılan siyasət bu gün öz gözəl nəticələrini verməkdədir.”
Ötən il Azərbaycan idmançıları üçün uğurlu il oldu. İdmançılar beynəlxalq yarışlarda 800-dən çox medal qazandılar, onlardan 300-ə yaxını qızıl medaldır. Bu, təkcə idmançının özünün deyil, həm də təmsil etdiyi dövlətin – Azərbaycanımızın qüdrətidir. Dünyada rəqabət idman sahəsində də artır, bu və ya digər dövlət idmanda dünyanın diqqətini çəkən nailiyyətlər qazanır. Ona görə də idmanıın dinamik inkişaf etdirilməsi aktuallaşır.
Dünya, Avropa çempionatlarında idmançılarımız ölkəmizi ləyaqətlə təmsil etmişlər. 5 il bundan əvvəl Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komanda hesabında birinci yeri tutdu. Bu, tarixi qələbə idi. Türkiyənin Konya şəhərində keçirilən yarışda idmançılarımız 56 ölkə arasında 99 medalla 4-cü yerə layiq görüldülər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dedi: “Azərbaycanda idmanın inkişafı ardıcıl xarakter daşıyır. Nəsillər dəyişir, ancaq uğurlarımız sabit qalır. Nəsillər dəyişdikcə görkəmli idmançılarımızın təcrübəsi gənc idmançılara təhvil verilir. Azərbaycanda yetişən gənc idmançılar bizim idman şöhrətimizi bundan sonra da yüksəklərdə saxlayacaqlar”. Bu inam idmançılara inamdır, idmançıların böyük sevgilərlə tanıtdığı dövlətin nüfuzuna inamdır.
Bu yaxınlarda Prezident İlham Əliyev Gənclər və İdman Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında Sərəncam imzaladı. Bu struktur islahatları gənclər və idman sahəsinin inkişafına çox müsbət təsir göstərəcək. Təbii ki, bu strukturun təkmilləşdirilməsinin idarəçiliyə olduqca müsbət təsiri olacaq. Yəni, bu nazirliyin hər bir işi birbaşa idman və gənclər sahələri ilə bağlıdır. Bu Sərəncamla daha çox idarəçilik sisteminin dəyişilməsi nəzərdə tutulur, struktur müasirləşdirilir. Gələcəkdə bu təkmilləşdirmə özünü doğruldacaq və onun bəhrəsini görəcəyik.
Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Birinci Dövlət Proqramı” çərçivəsində işğaldan azad olunan ərazilərdə Olimpiya İdman komplekslərinin və idman zallarının tikilib istifadəyə verilməsi nəzərdə tutulub.
Tədbirdə ölkə başçısı qürurla bildirdi ki, respublikamızda 50-yə yaxın Olimpiya İdman Kompleksi yaradılıb. Bu proses uğurla davam etdirilməkdədir.
Tədbir iştirakçıları ölkə başçısının idman siyasəti üzrə dediklərini gələcək uğurların zəmanəti kimi dinlədilər: “2023-cü il bir çox parametrlər üzrə həlledici il olacaqdır. Ölkəmizdə həm dünya, həm Avropa çempionatları keçiriləcək, Olimpiya Oyunlarının təsnifat turnirləri də əvvəllər keçirilmişdir, gələcəkdə də bu, istisna deyil. Yay Olimpiya Oyunlarına hazırlığın son mərhələsindəyik. Bizim bütün idman ictimaiyyətimiz, nazirlik, Milli Olimpiya Komitəsi, federasiyalar, klublar, idman cəmiyyətləri əsas istiqaməti bunda görməlidirlər ki, Azərbaycan Yay Olimpiya Oyunlarında da öz gücünü təsdiqləsin”.
Tədbirdə ölkə başçısı onu da bildirdi ki, işğaldan azad edilmiş ərazilərdə də idman qurğuları yaradılacaqdır. Bunun işğaldan azad edilmiş şəhərlərdə də yaradılması nəzərdə tutulur. İşğaldan azad edilmiş bütün şəhərlərin Baş planları təsdiq edilib. Bütün bərpa-quruculuq işləri başlayıb. Baş planlar əsasında idman obyektlərinin yaradılması nəzərdə tutulur. Ağdamın “İmarət” stadionunun yeni layihəsi işlənilir.
Elçin İsmayılov,
Yeni Azərbaycan Partiyası
Goranboy rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

