Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Azərbaycan-Çin əməkdaşlığı yeni müstəvidə

Azərbaycan-Çin əməkdaşlığı yeni müstəvidə

25.01.2023 [12:56]

Ölkəmizdə iqtisadi islahatların həyata keçirilməsi, müstəqil Azərbaycanın xarici ölkələrlə iqtisadi-mədəni əlaqələrinin genişlənməsi, xüsusilə neft-qaz yataqlarının birgə işlənməsinə dair dünyanın qabaqcıl  neft şirkətləri  ilə tarixi müqavilələrin bağlanması  və  reallaşdırılması ölkəmizin dünyada nüfuzunu artırıb. Prezident İlham Əliyevin rəhbərliyi, qətiyyətli və məqsədyönlü siyasəti nəticəsində Müzəffər  Ordumuz 30 illik işğala son qoydu. Həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmizin tərəfdaşlarının sayı artır.

Azərbaycan dövləti qalib ölkə kimi dünya dövlətləri arasında bu gün də öz sözünü deməkdədir. Artıq hər gün xalqımızın yaddaşında, dövlətimizin tarixində əlamətdar hadisələrlə yadda qalır. Qalib ölkənin rəhbəri kimi Prezident İlham Əliyev qonşu dövlətlərə səfərlər edir, dövlət başçıları ilə görüşür, keçirilən beynəlxalq tədbirlərdə iştirak edir.

Cari ilin 17 yanvar tarixi Prezident İlham Əliyevin Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibəsi ilə yadda qaldı. Prezident İlham Əliyevin çıxışında səslənən fikirlərdə Azərbaycan və Çin arasında olan münasibətlərin yeni müstəvidə inkişaf etdiyi vurğulandı.

Son illər Azərbaycanla-Çin arasında əməkdaşlıq üçün çox möhkəm siyasi platforma qurulub. Davam edən siyasi münasibətlər artıq bizim yaxşı tərəfdaş və bir-birinə etibar edən dostlar olduğumuzu nümayiş etdirir. Bizim beynəlxalq təsisatlar çərçivəsində çox yaxşı əməkdaşlığımız var. Bu iki ölkə həmişə bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Azərbaycan Orta Dəhlizlə bağlı Çinin təşəbbüslərinə müsbət yanaşır, üzərinə düşən öhdəliyi yerinə yetirir, nəqliyyat infrastrukturunun bütün zəruri seqmentlərini reallaşdırır.

Azərbaycan Çinin Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. Azərbaycan Çinlə sənaye, kənd təsərrüfatı, ticarət, turizm, İKT, nəqliyyat-logistika, tikinti və digər sahələrdə əməkdaşlıq edir. Azərbaycan Respublikasının “Bir kəmər, bir yol” strategiyası üçün vacib ölkə olduğunu Çin rəsmiləri hər zaman qeyd edir. Ölkəmizin Çində ticarət nümayəndəliyi fəaliyyət göstərir. Bununla yanaşı, Urumçi, Luco və Şanxayda Azərbaycanın Ticarət evləri açılıb. Azərbaycan Çinin müxtəlif bölgələrinə ticarət missiyaları təşkil edir.

Azərbaycan və Çin arasında əməkdaşlıq üçün çox möhkəm siyasi platforma qurulub. 30 il ərzində davam edən siyasi münasibətlər hər iki dövlətin yaxşı tərəfdaş və bir-birinə etibar edən dostlar olduğunu nümayiş etdirir.

Müsahibə zamanı qeyd edilib ki, Azərbaycanın tranzit ölkə kimi imkanları Şərq və Qərb arasında, ənənəvi İpək yolu coğrafiyasında yerləşməsi  bizim üçün çoxlu imkanlar yaradır. Bu baxımdan Bakının yaxınlığında yerləşən Ələt bölgəsində azad iqtisadi zonanın açılması mühüm əhəmiyyət kəsb edəcəkdir. Hazırda həmin ərazidə tamamlama işləri görülür.  Ümid edirik ki, Çin şirkətləri bu fürsətlərə diqqət yetirəcəklər.

Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatının sədri.

Paylaş:
Baxılıb: 89 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sabahın hava proqnozu

04 Fevral 12:34

Xəbər lenti

Fevralın 15-dən...

04 Fevral 11:30

Xəbər lenti

MEDİA

Sosial

Ödənişli olacaq

04 Fevral 10:44

Analitik

Siyasət

Gündəm

Siyasət

Səkkiz gün keçdi...

04 Fevral 10:17

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Son 5 ay ...

03 Fevral 11:02

Sosial

Ədəbiyyat

Allahı qoruyan şair

03 Fevral 10:56

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28