Aprel döyüşləri tarixi Zəfərin sütunudur
04.04.2023 [11:36]
Azərbaycan ordusunun qələbəsi ilə bitən aprel döyüşlərindən 7 il ötür. 2016-cı ildə baş vermiş dördgünlük müharibədə qəhrəman əsgər, gizir və zabitlərimiz təcavüzkar Ermənistan ordusuna ağır zərbələr endirərək 2 min hektardan artıq ərazini işğaldan azad ediblər. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam azad edilib. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" yüksəkliyinə üçrəngli bayrağımız sancılıb. Bu döyüşlər nəticəsində 320 erməni hərbçisi məhv edilib, 500-dən artığı isə yaralanıb. Qarşı tərəfin 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarıldı, Madagiz yaşayış məntəqəsinə yerləşən qərargahı və əsas hərbi hissələri məhv edildi. Ağdərə-Madagiz, Cəbrayıl istiqamətindəki yolların nəzarətdə saxlanılması imkanı əldə edildi.
Əslində, separatçı cinayətkar rejim münaqişənin nizamlanması ilə bağlı danışıqlar ərəfəsində daim cəbhədə vəziyyəti gərginləşdirir və bununla da öz xalqının fikrini ölkədəki ictimai-siyasi, sosial-iqtisadi böhrandan yayındırmağa cəhd edirdi. Azərbaycan isə münaqişənin dinc yolla həllinə tərəfdar idi və bu istiqamətdə səylərini əsirgəmirdi.
Bu baxımdan, beynəlxalq təşkilatlar, nüfuzlu ölkələr Aprel döyüşləri ilə bağlı Azərbaycanın əleyhinə bir söz belə deyə bilmədilər. Azərbaycan isə qarşılıqlı qaydada hərbi əməliyyatları dayandırmağa razı oldu və bununla da münaqişənin sülh yolu ilə həllinə üstünlük verdiyini bir daha nümayiş etdirdi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Aprel döyüşləri haqqında demişdir: "Biz sadəcə olaraq çalışırıq ki, məsələ sülh yolu ilə həll olunsun. Ancaq son illər ərzində aldığımız ən müasir, - mən onu bir daha qeyd etmək istəyirəm, - dünyanın ən müasir silahları bizə çox böyük imkan yaradır. Aprel döyüşləri zamanı biz sadəcə olaraq imkanlarımızın cüzi bir faizini nümayiş etdirdik. Bu, bir daha onu göstərir ki, aprel döyüşləri Ermənistanın təxribatı idi. İndi bəziləri müxtəlif versiyalar, fərziyyələr irəli sürürlər ki, Azərbaycan əməliyyat keçirməyi planlaşdırırdı, o da sonra dayandırıldı və sair. Birincisi, biz nəyi etmək istəmişiksə, onu da etmişik. Əks-hücum əməliyyatında qarşımızda hansı hədəflər durmuşdusa, biz o hədəflərə də çatdıq. Bu gün hərbçilər və beynəlxalq mütəxəssislər bilirlər ki, əldə etdiyimiz strateji mövqelər tamamilə vəziyyəti dəyişdirib. Əgər aprel döyüşləri zamanı genişmiqyaslı əməliyyat keçirmək fikrində idiksə, biz öz hərbi potensialımızdan istifadə edərdik. Bunlar sirr deyil. Burada hər şey beynəlxalq monitorinq altındadır. Bilirlər ki, bizim uzaqmənzilli raketlərimizin, pilotsuz döyüş aparatlarımızın gücü nədən ibarətdir. Biz onlardan demək olar ki, istifadə etmədik. Amma əgər istifadə etsək, işğal olunmuş torpaqlarda düşmənin daşı-daş üstdə qalmayacaq. Bunu onlar bilsinlər və özünü növbəti dəfə biabır edən Ermənistanın siyasi rəhbərliyi danışığına fikir versin və bizim səbrimizlə oynamasın".
Ali Baş Komandanın bu sözləri ilə bir daha təsdiqləyir ki, Azərbaycan hər zaman haqq yolunda olub və daim bu yoldan gedərək qərarlar alıb. Necə ki, 2020-ci ilin sentyabrın 27-də Azərbaycan xalqının 30 ilə yaxın idi ki, gözlədiyi o QƏRAR verildi. Və çox qısa müddətdə - cəmi 44 günə Ermənistan ordusu tamamilə məhv edildi, dövləti isə diz çökdürüldü. Nəticədə 10 noyabr tarixli kapitulyasiya (təslim) aktına imza atdı. Bununla da Azərbaycanın ərazi bütövlüyü təmin edildi və Dağlıq Qarabağ münaqişəsi ifadəsi tarixdə qaldı.
Aprel döyüşlərinin ən böyük nəticələrindən biri həm də bundan ibarət idi ki, hərbi-psixoloji üstünlük Azərbaycana keçdi. 1994-cü ildə imzalanmış atəşkəs sazişindən sonra formalaşmış təsəvvürlər alt-üst oldu. 2016-cı ilə kimi bir çoxları yeni müharibənin status-kvonu dəyişməyəcəyini düşünürdü. 2016-cı ilin aprelindən sonra 20 ildən çox bir müddətdə formalaşmış bu baxış əsaslı şəkildə dəyişdi. Azərbaycan ordusu döyüş meydanında nəyə qadir olduğunu göstərdi. Bu, həm Ermənistana, həm də onun himayədarlarına atəşkəsdən sonra vurulmuş ilk böyük psixoloji zərbə oldu.
Aprel döyüşlərində qazanılan qələbə 2020-ci ilin Vətən müharibəsində Azərbaycanın əldə etdiyi tarixi Zəfərin sütunudur. Aprel döyüşlərinin geosiyasi aspektlərinə diqqət yetirdikdə görürük ki, məhz geosiyasi amillər Azərbaycanın qazandığı qələbənin siyasi müstəvidə təsdiqi və etirafının ən vacib şərtidir. Görünür Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev də “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” deyərkən məhz bu həssas, həm də son dərəcə vacib məqamı nəzərdə tuturdu. Azərbaycan xalqını qalib xalqa çevirən də məhz nəyi, nə vaxt və necə edəcəyini bilən Liderə sahib olmasıdır.
Natiq Quluzadə,
YAP Zəngilan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxİdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41

