/ / Müharibədən sonrakı iki il yarım ərzində də ordu quruculuğu məsələlərinə çox böyük diqqət göstərilib
Müharibədən sonrakı iki il yarım ərzində də ordu quruculuğu məsələlərinə çox böyük diqqət göstərilib
25.04.2023 [11:23]
Vüsal Hüseynov- YAP Xocavənd rayon təşkilatı sədri
Ordumuz dövlətimizin və xalqımızın qürur və şərəf mənbəyidir. Azərbaycan güclü, qüdrətli və nizam-intizamlı orduya malikdir. Müasir silahlarla təmin olunan, yüksək döyüş potensialına və qabiliyyətinə malik olan Azərbaycan Silahlı Qüvvələri dünyanın peşəkar orduları siyahısına daxil olmağı bacarıb. Ordumuz regionda hər hansı təhlükənin qarşısını almaq iqtidarındadır. Buna heç kəs şübhə edə bilməz.
Azərbaycan tarixinin ən şərəfli səhifələrdən biri – 44 günlük Vətən müharibəsində ordumuz özünü məğlubedilməz hesab edən Ermənistan ordusunu darmadağın edərək Qarabağı otuz illik işğaldan azad etdi. Hərbi əməliyyatlar zamanı ordumuz həm quru, həm də havadan erməni işğalçılarına sarsıdıcı zərbələr endirməklə onların bütün mövqelərini və hərbi ləvazimatlarını məhv etdi. Qısa müddət ərzində Ermənistan ordusunun Azərbaycan Ordusu tərəfindən məhv edilməsi dünya hərb tarixinə ən uğurlu və inanılmaz nailiyyət kimi həkk olunub.
Bizə belə bir tarixi qələbə yaşadan ordumuza minnətdar olmalıyıq. Vətən müharibəsində erməni işğalçıları üzərində qalibiyyətlə kifayətlənməyən Azərbaycan Ordusu həm canlı qüvvə, həm də hərbi texniki cəhətdən daha da möhkəmlənməkdədir. Müharibədən sonra da ordumuz daha müasir və effektli silahlarla təmin olunub, Türkiyə ilə birgə bir sıra hərbi təlimlərdə iştirak edib.
Son iki-üç ildə ordumuzda yeni effektli nizam-intizam sisteminin formalaşmasına daha çox diqqət yetirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Televiziyasına son müsahibəsində ordunun möhkəmlənməsi istiqamətində zəruri addımların atılmasını, müfəssəl tədbirlərin görülməsini vacib hesab edib:
“İkinci yerdə bizim hərbi xərclərimiz olacaq. Çünki buna da böyük ehtiyac var. Dünyada gedən prosesləri hər kəs izləyir. Dünyada təhdidlər artır, təhlükələr artır. Düzdür, biz İkinci Qarabağ müharibəsində düşmənin başını əzərək möhtəşəm Qələbə əldə etmişik. Ancaq Ermənistanda revanşist qüvvələr yenə baş qaldırır, biz istənilən vəziyyətə hazır olmalıyıq və elə bir ordu yaratmalıyıq ki, dünya miqyasında nümunəvi olsun və ən güclü ordulardan biri olsun”.
Prezidentin dediyi kimi, regionda dövlətimizin siyasi müstəqilliyinə və ərazi bütövlüyünə qarşı hər hansı təhlükənin baş verməyəcəyinə heç kəs zəmanət verə bilməz. Təhlükə hər an baş verə bilər. Azərbaycan-Ermənistan sərhəd ərazilərində, eləcə də Qarabağda hərbi-siyasi vəziyyətin həssas olması hər kəsə aydındır. Ermənistanda revanşist və radikal millətçi qüvvələrin fəaliyyəti günbəgün intensivləşməkdədir. Həmin ünsürlər sərhəd ərazilərdə kiçik silahlı qruplaşmalar yaradır, hətta yerli əhali arasında anti-Azərbaycan və anti-Türkiyə təbliğatı ilə məşğul olurlar.
Azərbaycan Ordusu bütün bunlara cavab vermək iqtidarındadır və dövlət başçısımızın çıxışındakı əminlik də məhz buna dayanır.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

