Tarix yaradan siyasətçi
11.05.2023 [11:55]
Bütün ömrünü siyasətə, qurub-yaratmağa həsr etmiş Ulu Öndər Heydər Əliyevin Vətən və xalq qarşısındakı xidmətlərini heç nə ilə müqayisə etmək mümkün deyil. O, elə bir şəxsiyyətdir ki, istər ölkə daxilində, istərsə də onun hüdudlarından çox-çox uzaqlarda daim mənsub olduğu xalqa başucalıq, nüfuz və hörmət gətirmişdir. Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin xilaskarıdır. Çünki Azərbaycanın ağır günlərində xalqın harayına çatan dahi şəxsiyyət bütün səy və bacarığı ilə dövlətçiliyimizi, müstəqilliyimizi, mövcudluğumuzu qoruyub saxladı, demokrtaiyanın inkişafına, insan hüquqlarının bərqərar olmasına nail oldu, iqtisadiyyatı bərpa etdi, işıqlı gələcəyimiz naminə gecə-gündüz çalışdı, bütün ömrünü xalq xidmətə həsr etdi.
Ulu Öndər Heydər Əliyev qısa zaman kəsiyində müstəqil Azərbaycan dövlətini dünyada yetərincə tanıdaraq ölkəmizə qarşı iqtisadi maraqların artmasına nail oldu. Belə ki, dahi şəxsiyyət siyasi uzaqgörənliklə dünyanın iqtisadi cəhətdən ən qüdrətli, dünya siyasətinin müəyyənləşdirilməsində mühüm rol oynayan dövlətlərlə ölkəmizin münasibətlərinin yaxşılaşdırılmasını həyata keçirdi. Ulu Öndər Heydər Əliyevin uzaqgörən xarici siyasəti nəticəsində 1994-cü il sentyabrın 20-də Xəzərin Azərbaycan sektorunun zəngin yanacaq ehtiyatlarından birgə istifadə etmək məqsədi ilə nüfuzlu xarici şirkətlərlə ilk beynəlxalq müqavilənin - “Əsrin müqaviləsi”nin imzalanması bütövlükdə Azərbaycan iqtisadiyatının qısa zamanda dirçəldilməsində həlledici əhəmiyyətə malik oldu. Əsrin neft müqaviləsi imzalandıqdan sonra Azərbaycan Respublikasının getdikcə artan nüfuzu, Ulu Öndər Heydər Əliyevin regional və dünya siyasi səhnəsindəki müstəsna rolu ölkəmizin mövqeyini daha da möhkəmləndirdi. Ulu Öndərin əsas amalı Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi və ölkəmizin ərazi bütövlüyünə nail olmaq idi. Dahi şəxsiyyətin siyasətinin əsas hədəfi bu istəyə çatmaq idi. Elə bir beynəlxalq səviyyəli görüş olmayıb ki, orada Azərbaycanın haqq işi, üzləşdiyi işğal məsələsi Ulu Öndər Heydər Əliyev tərəfindən gündəmə gətirilməsin.
Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti xalqını, Vətənini necə sevməyi öyrədən bir məktəbdir. Çünki dahi şəxsiyyətin hələ Sovetlər dövründəki fəaliyyətinə nəzər yetirdikdə də bu deyilənlərin şahidi oluruq. Belə ki, 1969-cu ildən 1982-ci ilə qədər respublikaya rəhbərlik etdiyi dövürdə olduğu kimi, dünyanın fövqəldövləti hesab olunan SSRİ adlı hegemon dövlətdə yüksək vəzifədə olduğu dövrdə də Ulu Öndərin ürəyi daim Azərbaycan xalqı ilə döyünmüş, onunun həyatı xalıqmızın xoş gələcəyinə həsr olunmuşdur. SSRİ dövründə Kremilin mənfur milli siyasətinə baxmayaraq, Azərbaycana müstəqillik üçün iqtisadi və mədəni-mənəvi təməli məhz dahi şəxsiyyət Heydər Əliyev yaratmışdır.
Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərini mahiyyətinə görə iki qrupda təsnif etmək mümkündür: Quruculuq və xilaskarlıq! Hər iki missiyanın öhdəsindən ləyaqət və şərəflə gələn Ulu Öndər Heydər Əliyev dönməz əqidəsi ilə müasir Azərbaycanın şanlı tarixini yaradıb.
Əlişah Rəcəbov
YAP Ağdaş rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45

