Azərbaycan həqiqətlərini qəbul etmək hamı üçün maraqlı və cəlbedicidir
30.05.2023 [11:41]
Mayın 25-də Moskvada keçirilmiş Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə qonaq qismində iştirak edərək geniş və məzmunlu çıxış etdi.
Azərbaycanın dövlət başçısı aydın, lakonik çıxışı ilə mahir diplomat, səbrli və təmkinli, hər sözü nə vaxt və necə demək lazım olduğunu çox gözəl bilən siyasətçi olduğunu bir daha isbatladı. Ermənistanın baş naziri Nikol Paşinyanın əsassız iddialarına, forum iştirakçılarını aldatmaq cəhdlərinə verilən cavablar və gətirilən arqumentlər o qədər güclü idi ki, qarşı tərəf nəinki cavab vermək iqtidarında olmadı, hətta fikrini belə tam ifadə edə bilmədi.
Prezident Azərbaycanın Avrasiya İqtisadi Birliyinin üzvü olmasa da bu Birliklə iqtisadi əlaqələrin çox güclü olduğunu və ayrı ayrı üzv dövlətlərlə ticari, siyasi və mədəni əlaqələrin inkişaf etdirildiyini diqqətə çatdıraraq qeyd etdi ki, Birlik üzvlərindən yalnız Ermənistan bu əlaqələrdə istisna təşkil edir. Bu da təbii ki, Ermənistanın 30 ildən artıq bir müddətdə yeritdiyi ekspansionist, işğalçı və qarətçilik siyasətinin nəticəsidir.
Prezident İlham Əliyev: “Ötən il Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsi 31 faiz artıb və 4,7 milyard dollar təşkil edib. Bu ilin yanvar-aprel aylarında qarşılıqlı ticarətin həcmi daha 38 faiz artıb. Ötən il Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 9 faizə yaxın olub. Biz əmtəə dövriyyəsinin gələcək artımında böyük potensialın olduğunu görürük. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat yollarının coğrafi kəsişməsində yerləşir. Ölkəmizin nəqliyyat-logistika infrastrukturu bütün istiqamətlərdə daşımaları həyata keçirməyə imkan verir. Azərbaycan Xəzərdə 50 gəmidən ibarət ən böyük ticarət donanmasına malikdir. On beş milyon ton yükün daşınmasına hesablanmış Ələt Dəniz Limanı yaxın vaxtlarda modernləşdiriləcək və yükaşırmaların həcmi 25 milyon tona çatacaq. Son zamanlar Azərbaycan ərazisindən yükdaşımaların artmasını nəzərə alsaq, bu, xüsusilə vacibdir. Bakıda artıq bir neçə ildir bütün növ gəmilər hazırlaya bilən müasir gəmiqayırma tərsanəsi fəaliyyət göstərir. Bildirməyə şadam ki, Azərbaycanın gəmiqayırma imkanları bu gün, həmçinin bizim Xəzərdəki qonşularımıza da təqdim olunub. Bakı gəmiqayırma zavodunda bizim Xəzər üzrə qonşularımızın sifarişlərinin qəbul edilməsi üzrə danışıqlar və fəal iş aparılır.”
Azərbaycanın “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin fəal iştirakçısı olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev forum iştirakçılarının diqqətinə çatdırdı ki, biz hər hansı iddiada deyilik. Bizim bir iddiamız var ki, iqtisadi müstəqilliyimizi daha da qoruyub inkişaf etdirək. Həm də bu gün dünyanın ən mühüm ticarət yollarının qovuşuğunda yerləşən ölkə olaraq beynəlxalq ticarətə və logistik daşımalara imkan verən infrastrukturun hazırlığımız yüksək səviyyədədir: “Bakı-Tbilisi-Qars dəmir yolu Avropaya, həmçinin Türkiyənin Aralıq dənizi limanlarına çıxışı təmin edir. Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin fəal iştirakçısıdır. Biz, həmçinin ölkənin əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, həm də beynəlxalq dəmir yolu marşrutlarının bir hissəsi olacaq Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünü irəli sürmüşük. Azərbaycanda 8 beynəlxalq aeroport fəaliyyət göstərir. Onlardan ikisi işğaldan azad olunmuş torpaqlarda – Füzuli və Zəngilanda son iki ildə tikilib. Doqquzuncu beynəlxalq aeroport azad olunmuş Laçında tikilir və 2025-ci ildə istismara veriləcək. Ölkəmiz illik 500 min ton yük dövriyyəsi ilə regionda ən iri hava yük donanmasına malikdir. Azərbaycan iqtisadiyyatı müstəqilliyin demək olar ki, bütün dövrü ərzində dayanıqlılıq və artım nümayiş etdirir.”
Cənab Prezidentin çıxışında vurğulanan bu nüans təbii ki, diqqətdən yayınmadı. Bu cür imkanları olan və sülhpərvər missiyanı davam etdirən bir ölkə ilə bu gün hər hansı zor dilində danışmaqdansa əməkdaşlıq etmək daha sərfəli deyilmi? Sualı bir çoxlarını, o cümlədən Ermənistanı və havadarlarını düşündürməlidir. Ərazisində 9 beynəlxalq aeroport, Aralıq dənizinə, Hind okeanına, şimalda Rusiyaya və Avropaya çıxışı olan, dəmiryol şəbəkəsinin hər iki tərəfə yükdaşımalarda əsas rol oynadığı bir ölkə ilə münasibətlərin yaxşılaşdırılması hər iki tərəf üçün sərfəli olar.
Təəssüflər olsun ki Ermənistanın rəhbəri öz erməni ritorikasını burada da göstərdi. Paşinyan sanki bu üstünlükləri qısqanırmış kimi məsələni başqa səmtə çəkməyə çalışaraq nəqliyyat dəhlizi məsələsini Laçın dəhlizinə bağlamağa cəhd etdi və tutarlı cavabını da aldı.
Prezidentin Moskva səfərinin əhəmiyyəti bir də ondan ibarət oldu ki, ölkə başçısı Azərbaycan həqiqətlərini bir daha dünyaya bəyan edərək indiki qloballaşan dünyada iqtisadi münasibətlərin böyük rol oynadığını diqqətə çatdırdı və bu sahədə Azərbaycanla əməkldaşlığın əhəmiyyəti diplomatik dildə vurğulandı. Ermənistanın qəbul etməyə məcbur olduğu sülh sazişi ilk növbədə onun bir dövlət kimi mövcudluğuna qarantiya olacağı da bir daha vurğulandı və təbii ki bu çıxışın sonrakı üçtərəfli görüşdə mühüm rol oynayacağı da əvvəlcədən hesablanmışdı. Bununla da Azərbaycan diplomatiyası, onun memarı cənab Prezidentin daha bir uğuru bizi sevindirdi.
Prezident bu çıxışında ölkəmizin sülh, sabitlik istəyini bir daha ifadə etdi və Azərbaycanla zor dilində, hədə ilə danışmağın, hər hansı əsassız iddialarla çıxış etməyin əhəmiyyətsiz olduğunu, əksinə sülh şəraitində əməkdaşlığın əhəmiyyəti diqqətə çatdırıldı. Rusiya Prezidenti Vladimir Putunun “Sizi inandırmaq istərdim ki, buraya toplaşanların hamısı bunda maraqlıdır. Tam hamısı” – fikri məhz bu mənada Prezident İlham Əliyevin haqlı və qətiyyətli mövqeyinin təsdiqi oldu.
Natiq Quluzadə,
YAP Zəngilan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

