Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Gənc partiya fəalları Heydər Əliyev Mərkəzini ziyarət ediblər

Gənc partiya fəalları Heydər Əliyev Mərkəzini ziyarət ediblər

01.06.2023 [17:49]

"Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiqlənən Tədbirlər Planı çərçivəsində Ulu Öndərin zəngin dövlətçilik irsinin, əbədiyaşar ideyalarının öyrənilməsi və yeni nəslə aşılanması, Ümummilli Liderin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərinin geniş ictimaiyyətə çatdırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilir.

YAP Gədəbəy rayon təşkilatı tərəfindən gənc partiya fəallarının iştirakı ilə Gədəbəy rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub.

Mərkəzdə gənclərə müstəqil Azərbaycan dövlətinin memarı, ümummilli lider Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyəti haqqında geniş məlumat verilib, gənclər eksponat, fotoşəkil və kitablarla tanış olublar.

Daha sonra Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən dəyirmi masa keçirilib.  

Tədbirdə ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən, titanik fəaliyyətindən söhbət açılıb.

Sonda xatirə şəkli çəkdirilib.

Paylaş:
Baxılıb: 695 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

İqtisadiyyat

Sosial

Həsrət bitdi...

22 Avqust 09:55  

Elm

Mədəniyyət

Hibrid kitabxana

22 Avqust 09:15

Ədəbiyyat

Şənbə üçün nəzm

22 Avqust 08:48  

Sosial

Unudulmayan faciələr

21 Avqust 11:48  

Analitik

Analitik

İqtisadiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31