Türkiyə - Azərbaycan münasibətlərində yeni mərhələ
19.06.2023 [10:35]
Türkiyə Respublikasında keçirilən Prezident seçildikdən sonra Prezident Rəcəb Tayyib Ərdoğan xaricə ilk səfərini Şimali Kipr Türk Respublikasına və Azərbaycana etdi. Azərbaycan və Türkiyə iki qardaş, dost, müttəfiq ölkədir. Bu qardaşlıq-dostluq bütün dünya dövlətlərinə nümunədir. Türkiyə Prezidentinin Azərbaycana səfəri, səfər çərçivəsində keçirilən görüşlər, təmaslar iki qardaş ölkə arasında münasibətlərin daha da inkişaf və yüksəlişinə əhəmiyyətli dərəcədə töhfə verəcəkdir.
Məlum olduğu kimi, iyunun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatla çıxış ediblər.
Prezident İlham Əliyev mətbuata bəyanatla çıxışı zamanı seçkilərdə Rəcəb Tayyib Ərdoğanın qələbəsini 20 ildən çox müddət ərzində apardığı siyasətin Türkiyə xalqı tərəfindən yüksək qiymətləndirilməsinin təzahürü olduğunu, onun liderliyilə qardaş Türkiyə böyük və şərəfli yol keçdiyini, dünya çapında böyük güc mərkəzinə çevrildiyini vurğuladı. İstər xarici siyasət sahəsində, istər daxili siyasət sahəsində Rəcəb Tayyib Ərdoğanın fəaliyyəti Türkiyə xalqı tərəfindən yüksək qiymətləndirildiyini söyləyən Dövlətimizin başçısı Rəcəb Tayyib Ərdoğanın qələbəsi Azərbaycan xalqını da çox mutlu etdiyini bildirdi.
Prezident cənab İlham Əliyev Türkiyə Prezidentinin bu səfərinin də uğurlu olacağına əminliyini ifadə edərək Azərbaycan-Türkiyə dostluq və qardaşlığını bundan sonra da yüksək səviyyədə davam edəcəyini qəti şəkildə bəyan etdi.
Prezident İlham Əliyev bütün çıxışında xüsusi olaraq qardaş Türkiyənin Vətən müharibəsi başlandığı andan sonadək ölkəmizə mənəvi və siyasi dəstəyini əsirgəmədiyini, bu dəstəyin Azərbaycana əlavə güc verdiyini vurğuladı.
Prezident İlham Əliyev müttəfiqliyin ən yüksək zirvəsini fəth edən Şuşa Bəyannaməsinə də toxundu. İki gündən sonra biz Şuşa Bəyannaməsinin ikinci ildönümünü qeyd edəcəyik deyən Dövlətimizin başçısı Şuşa Bəyannaməsinin tarixi anlaşma olduğunu, bu anlaşma nəticəsində Türkiyə və Azərbaycan rəsmən müttəfiq olduğunu bildirdi.
Faktiki olaraq, Azərbaycan və Türkiyə uzun illər müttəfiqlər kimi fəaliyyət göstərirdi, ancaq Şuşa Bəyannaməsi bunu rəsmiləşdirdi, deyən Prezident cənab İlham Əliyev bildirdi ki, bu sənədin Şuşada imzalanması rəmzi xarakter daşıyır.
Qarabağın tacı, bütün Türk dünyasının mədəniyyət mərkəzi olan Şuşanın işğaldan azad olunması 27 sentyabr 2020-ci ildə başlamış və cəmi 44 gün davam edən İkinci Qarabağ müharibəsinə son nöqtəni qoymuşdur.
Dövlətimizin başçısı çıxışında Azərbaycan xalqı adından Rəcəb Tayyib Ərdoğana və qardaş Türkiyə xalqına İkinci Qarabağ savaşı dönəmində Azərbaycana göstərilən qardaşlıq dəstəyinə, mənəvi və siyasi dəstəyə görə bir daha təşəkkürünü bildirdi.
Prezident İlham Əliyev verdiyi bəyanatda Türkiyədə keçirilmiş seçkilərdən sonra Türkiyə - Azərbaycan arasında mövcud olan dostluq, qardaşlıq əlaqələrinin qarşısında yeni imkanlar, yeni üfüqlər açıldığını vurğuladı.
Çıxışında Zəngəzur dəhlizinin açılması məsələsinə də toxunan Dövlətimizin başçısı dəhlizin açılmasının qaçılmaz olduğunu, dəhlizin açılması bütün ölkələr üçün yeni imkanlar açacağını və bölgədə işbirliyi məsələlərinə də müsbət təsir göstərəcəyini bildirdi.
Ulu öndər Heydər Əliyevin də dediyi kimi, Türkiyə və Azərbaycan “Bir millət, iki dövlət”dir və Prezident İlham Əliyevin əlavə etdiyi kimi artıq bir yumruq, bir ürək, bir candır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında qardaş ölkənin Şuşada baş konsulluğunun açılması məsələsinə də toxunaraq bunun başda Ermənistan olmaqla, bütün dünyaya bir mesaj kimi diqqətə çatdırdı.
Beləliklə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri iki qardaş ölkə arasındakı müttəfiqlik, dostluq münasibətlərində yeni mərhələnin başlanğıcı oldu. İki ölkənin dövlət başçılarının keçirdiyi görüşlər, verdikləri bəyanatlar və gələcəyə dair planlaşdırılan iqtisadi layihələr onu göstərir ki, Türkiyə - Azərbaycan əlaqələri uğurla inkişaf etdirilir.
Sahib Şükürov
Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSiyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45

