/ / Qazaxda “18 Oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günüdür”mövzusunda tədbir keçirildi
Qazaxda “18 Oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günüdür”mövzusunda tədbir keçirildi
18.10.2023 [16:29]
18 oktyabr 2023-cü il tarixdə Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının Qazax rayon İcra Hakimiyyəti ilə birgə “18 Oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günüdür” mövzusunda tədbiri keçirildi.
Tədbir YAP Qazax rayon təşkilatının inzibati binasında Ulu Öndər Heydər Əliyevin büstünün ziyarəti ilə başlandı.
Dövlət Himninin səsləndirililməsindən sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün təmin olunması, suverenliyimizin bərpa edilməsi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev geniş məruzə ilə çıxış edərək ölkəmizin müstəqillik illərində əldə etdiyi böyük uğurlardan söz açdı. A.Nəbiyev bildirdi ki, 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü hər birimiz üçün qürur və iftixar dolu bir gündür. 32 il əvvəl ölkəmiz müstəqilliyinə qovuşdu. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olundu. Bununla da xalqımız bir əsrdə ikinci dəfə öz müstəqilliyinə qovuşdu. Ümummilli Liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində müstəqilliyimiz daha da möhkəmləndi. 27 sentyabr 2020-ci ildə erməni təxribatı nəticəsində Vətən müharibəsi başlandı. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində 28 illik işğala son qoydu. Qarabağı, həmçinin işğal olunmuş digər ərazilərimizi də erməni qəsbkarlarından azad etdi. Bu gün Azərbaycanın ərazi bütövlüyü, suverenliyi tam şəkildə bərpa olunub. Bu möhtəşəm Qələbə xalqımızın qəhrəmanlıq səlnaməsinə qızıl hərflərlə yazılıb. Sonda rayon təşkilatının sədri bu əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik etdi.
Qazax Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov çıxış edərək müasir Azərbaycanın keçdiyi çətin və şərəfli yoldan ətraflı danışdı. O, dövlət müstəqilliyimizin möhkəmlənməsində, qorunub saxlanılmasında xalqımızın xilaskarı Ümummilli Liderin misilsiz xidmətlərini xüsusi qeyd etdi. Bildirdi ki, müasir Azərbaycan dövlətçiliyinin memarı olan Ulu Öndər öz şərəfli və mənalı ömrünü Azərbaycanı dünyada tanıtmağa, dövlət quruculuğuna, dövlətçiliyimizi daha da möhkəmləndirməyə, güclü, qüdrətli, yenilməz bir Azərbaycan qurmağa həsr etdi. Müasir Azərbaycanın dövlətçilik tarixi məhz, Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev bu siyasi kursu uğurla davam etdirərək tarixi qələbələrə, uğurlara imza atır. Bu gün müasir, müstəqil, suveren Azərbaycan Ümummilli Lider Heydər Əliyevin görmək istədiyi Azərbaycandır.
Sonra Qazax RİH Başçısı Aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir Çobanov, Qazax Dövlət Sosial - İqtisadi Kollecində Qeydiyyat, qiymətləndirmə və monitorinq şöbəsinin müdiri Elvira Əfəndiyeva, YAP Qazax Rayon Təşkilatının əməkdaşı Kənan Hüseynli ətraflı çıxış edərək, bu bayram münasibətilə tədbir iştirakçılarını təbrik etdilər. Partiya veteranı, şair Cavanşir Rüstəm müstəqilliyimizə həsr etdiyi şeirlərini söylədi. Qazax şəhər 3 saylı tam orta məktəbin şagirdləri vətənpərvərlik mövzusunda şeirlər səsləndirdilər.
Tədbirin sonunda rayonun ictimai - siyasi həyatında fərqlənən bir qrup partiya fəalları YAP Qazax rayon təşkilatının Fəxri Fərmanları ilə təltif olundular. YAP sıralarına yeni qəbul olunmuş gənc partiya üzvlərinə üzvlük vəsiqələri təqdim edildi.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06

