Qardaşlıq Zirvəsi
06.11.2023 [12:37]
Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrdə kifayət qədər təbii sərvətlər, insan resursları, kadr potensialı, nəqliyyat-loqistika infrastrukturu mövcuddur. Macarıstanın timsalında Avropadan tutmuş, Türkiyə, Azərbaycan vasitəsilə Qazaxıstan və orta Asiya dövlətlərini özündə cəmləşdirən böyük bir coğrafiyada məskunlaşmış türkdilli millətlər, müasir dünya sivilizasiyasına əhəmiyyətli töhfələr verə bilər. Mövcud milli, irqi, dini ayrı seçkiliklərin, ədalətsizliklərin qarşısı alınar.
Son illərdə Türk dövlətləri inteqrasiya meyllərinin artması, pandemiya ilə mübarizədə, zəlzələ və daşqınlarda, o cümlədən meşə yanğınlarında bir- birilərinə maddi və mənəvi dəstək vermələri, fövqəladə hallarda qardaş köməyinin əsirgənməməsi gələcəkdə daha geniş formatda birlikdən xəbər verir.
Xarici siaysətdə Türk dövlətləri ilə əlaqələrə üstünlük verən Azərbaycan birliyimizin daha da möhkəmlənməsi üçün bütün potensialdan istifadə edir. Çünki birliyimizin möhkəmlənməsi dünya miqyasında sözümüzün eşidilməsi deməkdir.
Noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Ölkəmizin başçısı çıxış edərək indiki dövrdə türk dövlətlərinin birliyinin daha da möhkəmlənməsinə nail olmağın vacibliyini vurğulayıb. Həmçinin müasir dövrdə beynəlxalq hüququn ciddi şəkildə pozulması hallarının mövcudluğunu dilə gətirən ölkə başçısı bunu Azərbaycanın timsalənda aydın ifadə edib: “Əfsuslar olsun ki, bu gün dünyanın müxtəlif bölgələrində beynəlxalq hüquq normaları kobudcasına pozulur. Müharibələr, qanlı münaqişələr alovlanır. Belə olan halda, ilk növbədə, ölkələrin müdafiə potensialı təhlükəsizliyin əsas zəmanətinə çevrilir. Hesab edirəm ki, üzv ölkələr arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə əməkdaşlıq daha da artmalıdır.
Bildiyiniz kimi, 30 ilə yaxın müddət ərzində Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlamış və burada qeyri-qanuni qondarma rejim yaratmışdı. Ermənistan tərəfindən həyata keçirilmiş etnik təmizləmə nəticəsində bir milyondan artıq azərbaycanlı öz dədə-baba yurdlarından qovulmuşdur. Ermənistan şəhər və kəndlərimizi yerlə-yeksan etmiş, tarixi və dini abidələrimizi dağıtmış və təhqir etmişdir.”
44 günlük müharibədə Azərbaycanın qalib gəkməsindən sonra da Ermənistanın öz işğalçılıq planlarından əl çəkməməsi faktıan toxunan ölkə başçısı bildirmişdir: “2023-cü il sentyabrın 19-da işğaldan azad edilmiş torpaqlarımızda qanunsuz erməni silahlı birləşmələri tərəfindən qəsdən yerləşdirilmiş minaların partlaması 6 mülki şəxsin və polis əməkdaşının həyatına son qoydu. Bundan sonra Azərbaycan konstitusiya quruluşunun bərpası və qanunsuz hərbi birləşmələrin zərərsizləşdirilməsi məqsədilə lokal xarakterli antiterror tədbirləri həyata keçirdi. 23 saat ərzində bitən əməliyyat nəticəsində Azərbaycan özünün suverenliyini və konstitusiya quruluşunu tam bərpa etdi. Antiterror tədbirləri nəticəsində mülki insanlara və mülki infrastruktura heç bir ziyan dəymədi. Azərbaycan beynəlxalq humanitar hüquqa tam riayət etdi. Bölgəyə iki dəfə səfər edən BMT missiyası bu faktları təsdiq etmişdir.№
Hazırda işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin böyük sürətlə davam etdiyini bildirən cənab Prezident bu sahəyə vəsait qoyuluşunun 2,4 miyarda çatdırıldığını bildirmişdir.
Çıxışını “Biz böyük Türk dünyasının bir hissəsiyik. Əminəm ki, dostluğumuz, qardaşlığımız əbədi olacaq. Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzu daha da artacaq.” Cümləsi ilə başa çatdıran cənab İlham Əliyev bir daha bu təşkilatın mühüm önəm daşıdığını, indiki şəraitdə əməkdaşlığın vacibliyini vurğuladı.
Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52

