Prezident İlham Əliyevə inam sonsuzdur…
09.12.2023 [16:42]
"İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək". Bu sözləri Ümummilli Lider Heydər Əliyev 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına tarixi müraciətində bəyan edib. Beləliklə, xalqımız heç bir tərəddüd etmədən və əminliklə Ulu Öndərin bu müraciətinə dəstək verərək prezident seçkilərində cənab İlham Əliyevə yüksək etimad göstərdi. Bununla da artıq 20 ildir ki, Heydər Əliyev siyasətinin ardıcıllığı təmin olunur. Yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti, qəbul etdiyi bütün qərarlarda yalnız xalqının mənafeyini düşünmək İlham Əliyevin bir lider kimi peşəkarlığının göstəricisidir.
Böyük qürur hissi ilə qeyd etməliyik ki, Müstəqil Azərbaycan artıq 20 ildir ki, etibarlı əllərdədir. Bu illər ərzində vətəndaş həmrəyliyi daha da möhkəmləndi, həyata keçirilən Dövlət proqramları nəticəsində qeyri-neft sektoru inkişaf etdi, nəhəng transmilli energetika layihələri həyata keçirildi. O, dövlətin və xalqın gələcəyi ilə bağlı məsuliyyəti öz üzərinə götürərək tarixi bir missiyanı yerinə yetirməklə yanaşı, o dövrdə ölkədaxili, geosiyasi və qlobal müstəvidəki mövcud proseslərə bələd olmaqla nəyi, nə vaxt və necə etməyi də çox dəqiq bilirdi. Azərbaycan xalqı İlham Əliyevin prezident seçilməsindən sonra 2004-cü ildən ölkədə başlanan inkişafın, Azərbaycanın simasını dəyişməsinin şahidi olur. Lider cəmiyyətdə fəallığa nail olmağı, onu konkret məqsəd uğrunda səfərbər etməyi bacarmalıdır. Məsuliyyətli və uzaqgörən olmalıdır. Bütün bu keyfiyyətlər İlham Əliyevin şəxsində təcəssüm edir. O, böyük lider və siyasətçidir. Bəli, bütün bunların məntiqi nəticəsi idi ki, 44 günlük Vətən müharibəsi dövründə də ölkə başçımız bütün siyasi təzyiqlərə və təhdidlərə də sinə gərməyi bacardı. Əldə etdiyimiz uğurlu qələbə ilə torpaqlarımız işğaldan azad olundu. 3 rayonumuz bir güllə atılmadan, şəhid vermədən Azərbaycana qaytarıldı. O qələbə ki, şəhidlərimizin ruhunu şad etmişdir, o qələbə ki, Cəbrayılımızı, Füzulimizi, Zəngilanımızı, Qubadlımızı, Ağdamımızı, Kəlbəcərimizi, Laçınımızı, Hadrutumuzu, Suqovuşanımızı, Şuşamızı və bütövlükdə işğal altındakı bütün ərazilərimizi öz əbədi sahibinə qaytardı. Biz bu uğuru İlham Əliyevin praqmatik düşüncəsinə və siyasətinə borcluyuq. 44 gün ərzində bir sözlə, dəmir yumruq düşmənin belini qırdı. Eyni zamanda ölkə başçımızın prosesi yüksək çevikliklə idarə etməsi sayəsində bu gün ölkənin potensialı bütün platformalarda Ermənistanın işğalçılıq siyasətinin ifşa edilməsinə yönəldilib. Cari ilin sentyabr ayında rəşadətli ordumuz tərəfindən Qarabağda keçirilən 23 saatlıq lokal antiterror tədbirləri nəticəsində ərazilərimiz qanunsuz erməni hərbi birləşmələrindən tamamilə təmizləndi, separatçı rejim özünü buraxdığını elan etdi. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması Prezident İlham Əliyevin siyasətinin şah əsəridir. Çox böyük peşəkarlıqla həyata keçirilən antiterror tədbirlərində 23 saat ərzində xunta rejimi, Ermənistan ordusunun tör-töküntüləri ağ bayraq qaldırdılar, Azərbaycanın şərtlərini qəbul etdiklərini bildirdilər. Dövlətimizin başçısının xalqımıza müraciətində qətiyyət və möhkəm inam hissi ilə bildirildi ki, Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək. Çünki bizim niyyətimiz sülh, qarşılıqlı anlaşma və hörmət əsasında birgə həyat qurmaqdır. Bunu Prezident İlham Əliyev illərdir ki, layiqincə həyata keçirir. Bir ölkəni idarə etmək xarici və daxili siyasətdə uğurlu addımlar atmaqla yanaşı, əhalisinin sosial rifahını yüksək səviyyədə saxlamaqdan irəli gəlir. Azərbaycan Respublikasını bu baxımdan şanslı adlandırmaq olar. Prezident İlham Əliyevin 30 illik həsrətə son qoyaraq əhalisinin ən böyük arzusunu yerinə yetirməsi onun müdrik liderliyindən xəbər verir.
Yeri gəlişkən, qeyd edək ki, dekabrın 7-də ölkə başçımız növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında Sərəncam imzalayıb. Qeyd edilib ki, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etsin. Bu seçkilərin keçirilməsi Prezident İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin ən bariz göstəricisidir. Onu da qeyd edək ki, hər kəsin bərabərhüquqlu formada seçkilərə qatılması üçün də tam şərait yaradılıb. Fevral seçkilərinin ən şərəfli və qürurlu anı ondan ibarətdir ki, 30 il əvvəl evlərindən didərgin salınan azərbaycanlıların bir hissəsi daha müvəqqəti məskunlaşdıqları bölgələrdə deyil, öz doğma torpaqlarında - Zəngilanda, Laçında, Şuşada, Füzulidə, Cəbrayılda və azad olunmuş digər yerlərdə səs verəcəklər. Həmçinin bütöv Azərbaycan kimi keçirdiyimiz ilk seçki olacaq. Nəzərə alınmalıdır ki, növbədənkənar seçkilərin keçirilməsinə dair qərar ölkədə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması prosesinin tamamlanmasından sonra qəbul olunub. Nəticədə seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara imkan yaradılıb. Bu yanaşma ölkədə ədalətli rəqabət mühitinin təmin edildiyinin bariz nümunəsidir.
Zamir HÜSEYNOV,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

