Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Azərbaycanı parlaq gələcəyə doğru aparan lider

Azərbaycanı parlaq gələcəyə doğru aparan lider

27.12.2023 [11:56]

Lider cəmiyyətdə fəallığa nail olmağı, onu konkret məqsəd uğrunda səfərbər etməyi bacarmalıdır. Məsuliyyətli, uzaqgörən olmalıdır. Bütün bu keyfiyyətlər İlham Əliyevin şəxsində təcəssüm edir. O, həqiqətən də, böyük liderdir. İlham Əliyev dövlətin və xalqın gələcəyi ilə bağlı məsuliyyəti öz üzərinə götürən, vaxtında və düzgün qərarlar qəbul edərək tarixi bir missiyanı yerinə yetirməyi bacaran böyük şəxsiyyət və siyasi xadimdir.

Azərbaycan ona görə xoşbəxt xalqdır ki, Prezident İlham Əliyev kimi qətiyyətli lideri, xalqını, Vətənini sonsuz məhəbbətlə sevən, beynəlxalq aləmdə böyük nüfuza malik övladı var. Yaşadığımız gərgin siyasi kataklizmlərin, ikili standartların tüğyan etdiyi dövrdə qüdrətli dövlət yaratmaq və inkişaf etdirmək cənab İlham Əliyev dühasının, yorulmaz fəaliyyətinin nəticəsidir. Cənab İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, iqtisadiyyatı artıb, beynəlxalq arenada mövqeyi əhəmiyyətli dərəcədə yüksəlib, ölkəmiz bütün sahələrdə sürətli inkişafa, tərəqqiyə nail olub. Məhz cənab Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan beynəlxalq aləmlə bərabərhüquqlu, qarşılıqlı etimada və əməkdaşlığa əsaslanan əlaqələrin inkişaf etdirilməsi istiqamətində böyük nailiyyətlər əldə edib.

2011-ci ilin oktyabrında Azərbaycanın 155 ölkənin səsini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi və iki il ərzində uğurlu fəaliyyəti böyük uğur idi. 2019-cu ildən etibarən Azərbaycan Qoşulmama Hərəkatının üzv ölkələrinin yekdil qərarı ilə QH-yə sədrliyi həyata keçirməyə başlayıb. Azərbaycanın sədrliyi dövründə QH-nin beynəlxalq aləmdə nüfuzunun artması və səmərəli fəaliyyəti ölkəmizin hərəkata sədrliyinin daha bir il uzadılmasına səbəb olub. 21-ci əsrdə dünyanın ən böyük pandemiyası - COVID-19-un yayılması zamanı Prezident İlham Əliyevin təşəbbüsü ilə QH pandemiya ilə mübarizədə qlobal lider rolunu öz üzərinə götürüb və dünya ictimaiyyətini bu təhdidlə mübarizədə səfərbər edib. Azərbaycanın təşəbbüsü ilə QH tərəfindən həm BMT İnsan Hüquqları Şurasında, həm də Baş Assambleyada “COVID-19 pandemiyası ilə mübarizədə bütün ölkələr üçün peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi”nə dair qətnamələr qəbul edilib. Məhz Türk Dövlətləri Təşkilatının güclənməsi və nüfuzunun artmasında İlham Əliyev və Azərbaycan faktoru da çox böyük hadisədir. Növbəti il yəni, 2024 –cü ildə isə COP-29-un məhz Azərbaycanda keçirilməsi cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin beynalxalq arenalarda durmadan artan nüfuzunun göstəricisidir.

30 ilə yaxın işğal altında olan torpaqlarımız Azərbaycan Prezidentinin, onun rəhbərlik etdiyi ordunun gücü və qüdrəti sayəsində 44 gün ərzində işğaldan azad olundu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev  qətiyyətli qərarı ilə regionda çox mürəkkəb olan prosesi diplomatiyanın və siyasətin mümkün etdiyi ən mahir incəliklə həll etməyi bacardı. Vətən müharibəsində qazanılan Qələbəmizi diplomatik-siyasi müstəvidə cəsarət və qətiyyətlə möhkəmləndirdi. Bu gün Azərbaycan xalqı Qələbə əhvali-ruhiyyəsi ilə, böyük coşqu ilə yaşayır. Bu Qələbə Azərbaycan xalqına, xalq da bu Qələbəyə layiqdir. Azərbaycan Prezidenti ən doğru zamanda ən doğru qərarı qəbul etməklə xalqımızın tarixi Qələbəsini təmin etdi. İlham Əliyev son 200 il ərzində ilk dəfə torpaqlarımızı azad edən Müzəffər Sərkərdə olduğunu bütün dünyaya göstərdi.

19-20 sentyabr 2023-cü ildə ordumuzun Qarabağda uğurla həyata keçirdiyi antiterror tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin tör-töküntülərinə və bölgədəki separatçılara sarsıdıcı zərbələr vuruldu. Bu zərbə qarşısında duruş gətirə bilməyən düşmən ağ bayraq qaldırıb təslim oldu. Qarabağda separatizmə son qoyuldu. Uğurla başa çatan əməliyyatdan sonra Xankəndi, Ağdərə, Xocalı, Xocavənd, Əsgəran və başqa yaşayış məntəqələri işğaldan azad olundu. 
Prezident İlham Əliyev 15 oktyabr 2023-cü ildə - xalqın böyük dəstəyi ilə Prezident seçildiyinin 20 ili tamam olan gün Xankəndi şəhərinə səfər etdi. Bu şəhərimizdə də Azərbaycan bayrağını dalğalandırdı. Prezident Azərbaycanın 30 ilə yaxın müddətdə pozulmuş ərazi bütövlüyünü bərpa etdi. Xalqın böyük sevgisini qazanmış Prezident İlham Əliyev 20 ildir ki, Azərbaycana rəhbərlik edir. Bu illər Azərbaycan tarixinə "Möhtəşəm 20 il" kimi düşüb. Bu möhtəşəmliyin, əzəmətin ardı yazılır. Prezident İlham Əliyevin rəhbərliyi altında bundan sonra da Azərbaycan xalqının tarixinə daha şərəfli, daha ləyaqətli səhifələr yazılacaq. 

Varis Rüstəmov,

Yeni Azərbaycan Partiyası Sabirabad rayon təkilatının sədri

Paylaş:
Baxılıb: 521 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31