Əməkdaşlıqda yeni səhifə
23.02.2024 [11:09]
Prezident İlham Əliyev 7 fevral prezident seçkilərində qələbəsindən sonra ilk rəsmi səfərini fevralın 18- də qardaş Türkiyəyə edib.
Hər iki ölkənin liderlərinin prezident seçkilərində qələbələrindən sonra ilk səfərlərini məhz Azərbaycana və Türkiyəyə etmələri artıq bir ənənə halına çevrilib.
Prezident İlham Əliyev səfər çərçivəsində Ankarada Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri, Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib. Dövlət başçımız Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə əvvəl təkbətək, sonra geniş tərkibdə görüşü baş tutub. Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimimindən sonra Prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər.
Dövlətimizin başçısı mətbuata bəyanatında Türkiyə - Azərbaycan birliyinin təkcə bölgə üçün deyil, Avrasiya üçün önəmli amilə çevrildiyini bəyan edib.
“Türkiyə bu gün dünya çapında söz sahibidir. Təkcə bölgəmizdə deyil, dünya çapında bir çox məsələlər Türkiyənin mövqeyindən asılıdır. Türkiyə bölgəmizdə əmin-amanlığın, sülhün və işbirliyinin qarantıdır”, deyən Prezident İlham Əliyev Türkiyənin güclü sənaye potensialı, güclü iqtisadiyyatı, o cümlədən hərbi gücü Türk dünyasına mənsub olan hər bir insanı sevindirdiyini bildirib.
Bu bir reallıqdır ki, iki qardaş , dost dövlət olan Azərbaycan və Türkiyə hər zaman, tarixin ən mürəkkəb, ən çətin anlarında bir-birlərinin yanında olub, bir birilərinə dəstək veriblər. Ölkə başçısı çıxışında Azərbaycan və Türkiyənin dostluq, qardaşlıq münasibətlərinə toxunaraq 2020-ci ilin sentyabrinda erməni təxribarlarına cavab olaraq başlayan Vətən müharibəsində də Türkiyənin Azərbaycanın yanında olduğunu xatırladaraq, savaşın ilk saatlarında Prezident Rəcəb Tayyib Ərdoğanın çox qəti və dəqiq açıqlamaları, “Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır “ sözləri bir çoxları üçün ciddi mesaj olduğunu və bu, siyasi və mənəvi dəstəyin ölkəmizin Qələbə qazanmasına böyük ölçüdə təsir etdiyini bildirib.
Hər zaman Türk Dövlətləri Təşkilatının güclənməsinə, Türk xalqlarının birliyinə önəm verən, bunun üçün mühüm təşəbbüslərlə çıxış edən Prezident İlham Əliyev mətbuatında bəyanatında bu məsələyə də toxunaraq bildirib ki, Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək. Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün bu ilin iyun ayında Şuşada keçiriləcəyini xatırladan dövlətimizin başçısı müşahidəçi statusunda olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidentinin də bu görüşdə iştirak edəcəyini və bu, bizim ümumi işimizə, Türk xalqlarının birliyi işinə növbəti güclü təkan verəcəyini vurğulayıb.
Mətbuata bəyanatında cənab İlham Əliyev iki qardaş ölkənin birgə həyata keçirdiyi layihələrdən bəhs edib. Birgə həyata keçirilən layihələrin kifayət qədər çox olduğunu bildirib. Ölkə başçısı qeyd edib ki, ticarət dövriyyəmizin sürətlə artması və rekord həddə çatması, bizi çox sevindirir. Keçən il Azərbaycandan Türkiyəyə 9 milyard kubmetr təbii qaz ixrac edildi. Əldə edilmiş razılaşmalar əsasında qazın həcminin artırılması nəzərdə tutulur, o cümlədən Türkiyə ərazisindən Avropaya gedən təbii qaz qitənin bir çox ölkələri üçün önəmli enerji təhlükəsizliyi məsələsidir. Nəqliyyat ilə də eyni mənzərə müşahidə edilir. Bakı-Tbilisi-Qars dəmir yolu yüklərin həcmini 1 milyon tondan 5 milyon tona çatdırmaq üçün bu ilin ortalarında tam istismara verilməlidir.
“Əməkdaşlığımızın önəmli istiqamətlərindən biri də hərbi sahədə işbirliyidir” deyən Prezident İlham Əliyev ordularımızın bir yumruq anlamına gəldiyini, hər il ən azı 10 hərbi təlimin həm Türkiyədə, həm Azərbaycanda keçirildiyini və beləliklə, bizim hərbi gücümüzü daha da artırdığını bildirib.
Prezident İlham Əliyev imzalanmış “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu”nun əhəmiyyətindən bəhs edərək bildirib “Bu, gələcəyə yönəlmiş təşəbbüsdür. Çünki bizim gənc nəslimiz həm Türkiyədə, həm Azərbaycanda qardaşlıq, müttəfiqlik, ortaq dəyərlər prinsipləri əsasında tərbiyə almalıdır, bizim milli-mənəvi dəyərlərimizə sadiq olmalıdır, yad təsirdən uzaq olmalıdır, bilikli, savadlı vətənpərvər insanlar olmalıdır. Türkiyə-Azərbaycan Universitetinin yaradılması, sadəcə olaraq, təhsil məsələsi deyil. Bu, bizim birliyimizin növbəti rəmzidir. Yaxın gələcəkdə bu universitet nəinki Azərbaycanda, bölgədə ən aparıcı ali məktəblərdən birinə çevriləcəkdir”
Beləliklə prezident İlham Əliyevin Türkiyəyə səfəri, səfər çərçivəsində keçirilən görüşlər, imzalanan sənədlər iki qardaş ölkə arasında əməkdaşlıqda yeni səhifə açmış oldu.
Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01

