Xocalı faciəsi bəşəriyyətə qarşı yönəlmiş ən qəddar soyqırımıdır
23.02.2024 [12:56]
Ötən əsrin ən böyük faciələrindən biri kimi tarixdə iz salan Xocalı soyqırımı erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifələrindəndir. Hər il fevralın 26-sı xalqımızın qan yaddaşında ən müdhiş tarixi gün kimi xatırlanır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayı Xocalı şəhərini işğal edərək azərbaycanlılara qarşı soyqırım etdi. Bu bəşəriyyətə qarşı yönəlmiş ən qəddar soyqırım idi. Qətliam nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 Xocalı sakini qətlə yetirildi, 8 ailə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə ata, ya anasını itirdi. Faciədə 76-sı uşaq olmaqla 487 nəfər yaralandı, 1275 nəfər isə əsir götürüldü. Möhtərəm prezidentimizin ifadəsi ilə desək, ermənilər dünyanın ən vəhşi qəbiləsinin bacarmadığı bir cinayəti həyata keçirdilər.
Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil oldu. İndi , o müdhiş faciədən 32 il ötür. Xalqımız bundan sanra bu günü qalib ədası ilə xatırlayacaq. Xocalı şəhidlərinin ruhu qarşısında mənən bir az rahatlaşmış olacaq. Dünya bu illər ərzində Xocalının qatillərinə qucaq açdığı, onların cinayətlərinə seyrçi qaldığı halda Azərbaycan Prezidentinin komandanlığı sayəsində xalqımız, ordumuz düşmənin belini qırmış oldu. Dəmir yumuruqla düşmənin başını əzdi. Erməni faşistləri özlərinin layiqli cəzalarını aldı. Xeyli sayda “xocalı qatili” məhv olunmaqla layiqli cəzasına çatdı. Möhtərəm Ali Baş Komandanımızın uzaqgörən, ağıllı siyasəti bizə yeni zəfər qələbələri qazandırdı.
Azərbaycanın ümummilli lideri Heydər Əliyev Xocalı soyqırmı ilə bağlı Azərbaycan xalqına müraciətində qeyd etmişdir ki, “Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu”. Sözün həqiqi mənasında ən doğru yanaşma, verilən hüququ qiymət də məhz, ümummilli liderin bu cümləsində ehtiva olunur, desək yanılmarıq. Xocalı soyqırımına ilk dəfə məhz Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə ölkə Parlamenti tərəfindən siyasi-hüquqi qiymət verilmiş, 26 fevral tarixi Xocalı Soyqırımı Günü elan olunmuş və törədilən cinayətin beynəlxalq ictimaiyyətə çatdırılması, təqsirkarların ədalət mühakiməsinə verilməsi istiqamətində tədbirlərin həyata keçirilməsinə başlanılmışdır.
Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində Heydər Əliyev Fondunun həyata keçirdiyi “Xocalıya ədalət” beynəlxalq kampaniyası Xocalı soyqrımının dünya ictimaiyyəti tərəfindən tanınması, ona hüquqi və siyasi qiymətin verilməsində olduqca mühüm rol oynayır. Həyata keçirilən məqsədyönlü fəaliyyət nəticəsində 17 dövlətin qanunvericilik orqanı, həmçinin ABŞ-nin 24 ştatı, eyni zamanda İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı tərəfindən Xocalıda dinc əhalinin qətliamını pisləyən və bunu soyqırımı və insanlıq əleyhinə cinayət aktı kimi dəyərləndirən çoxsaylı qətnamə və qərarlar qəbul edilmişdir.
Müzəffər və rəşadətli Azərbaycan ordusunun əldə etdiyi Qarabağ Zəfəri nəticəsində Xocalı rayonu tamamilə düşmən işğalından azad edildi. Bu torpaqlar Azərbaycan şəhidlərinin və qazilərinin qanı və cani bahasına azad edilib. Bu gün Xocalı şəhidlərinin, o cümlədən Allahverdi Bağırov, Əlif Hacıyev, Ələsgər Novruzov, Tofiq Hüseynov, Aqil Quliyev, İnqilab İsmayılov, Füzuli Rüstəmov və adlarını çəkə bilmədiyimiz neçə-neçə şəhidin ruhu şaddır. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
İnanırıq ki, Azərbaycanın Ali Baş Komandanı cənab İlham Əliyevin səyi nəticəsində Qarabağ tarixi ad-sanını yenidən özünə qaytaracaq, dünyada strateji, iqtisadi, mədəni və mənəvi dəyəri daha da artacaqdır.
YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov.
Xəbər lenti
Hamısına baxDünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42

