İslahatların davamlı şəkildə aparılması əsas çağırışlardandır
11.03.2024 [12:00]
Etibar Hacıyev
YAP Ağstafa rayon təşkilatının sədri
1993-cü ildən, yəni Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından etibarən aparılan islahatların təməlində demokratik prinsiplərin aliliyi dayanır. Ümummilli Liderin rəhbərliyi ilə hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyri-şərtsiz təmin olunmasının bünövrəsini qoydu. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçdi. İşlək siyasi sistemin, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin, siyasi mədəniyyətin əsasının qoyulması, milli həmrəylik və xalqın bütövlüyü təmin edən ideologiyanın yaradılması, habelə bir çox digər təşəbbüslər Ulu Öndər Heydər Əliyevin bilavasitə xidmətləridir. Ümummilli Liderin təşəbbüsü ilə kütləvi informasiya vasitələrinin üzərindən senzura götürüldü, vətəndaş hüquq və azadlıqları yüksək səviyyədə təmin edildi. Dövlətin hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin, Ombudsmanın və digər mühüm təsisatların yaradılması, ölüm hökmünün ləğv edilməsi və onlarla digər islahat xarakterli demokratik təşəbbüslər həyata keçirildi. Ölkəmizdə seçkilərin demokratikliyini təmin etmək, beynəlxalq standartlara uyğun keçirilməsi üçün mühüm addımlar atıldı.
Dövrün, zamanın tələblərinə uyğun olaraq aparılan islahatlar prosesi davamlılığı ilə diqqətdədir. Bu islahatların geniş vüsət alması Azərbaycanın hərtərəfli inkişafında özünün aydın ifadəsini tapır. Məlum olduğu kimi, 2020-ci ilin 9 fevral tarixində keçirilən növbədənkənar parlament seçkilərinin əsas səbəbi ölkədə aparılan sistemli islahatları dərinləşdirmək və Milli Məclisin fəaliyyətini daha təkmil şəkildə təşkil etmək idi. Dövlət başçısı İlham Əliyev altıncı çağırış Milli Məclisin ilk iclasındakı çıxışında ölkəmizin inkişafından geniş bəhs edərək “Ona görə islahatların dərinləşməsi, əlbəttə ki, parlamentdən yan keçə bilməzdi. Hesab edirəm ki, yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verəcəkdir. Deputatlar qarşısında böyük vəzifələr durur, ilk növbədə, qanunvericilik sahəsində. Çünki parlamentin əsas işi qanunvericilikdir” söylədi və yeni formalaşmış parlamentin, deputatların qarşısında dayanan vəzifələri açıqladı: “Mövcud olan qanunların təkmilləşdirilməsinə baxmaq, onları təftiş etmək lazımdır. İcra strukturlarına mənim tərəfimdən göstəriş verilmişdir ki, qəbul edilmiş qanunların icrası nə yerdədir. Biz bir çox gözəl qanunlar qəbul edirik, eyni zamanda, Prezident tərəfindən bir çox önəmli sərəncamlar imzalanır, ancaq onların icrasına nəzarət lazımi səviyyədə deyil. Ona görə Prezident Administrasiyasında xüsusi şöbə yaradıldı. Hesab edirəm ki, Milli Məclis, deputatlar da bu işlərlə məşğul olmalıdırlar. Baxın, görün, qəbul olunmuş qanunlar icra edilir, yoxsa edilmir, bu qanunları pozurlar, yoxsa pozmurlar. Əgər belə hallar aşkarlanarsa, onda əlbəttə ki, ciddi cəza tədbirləri görülməlidir.”
Həmin vaxtdan ötən 4 ildə qeyd edilən istiqamətdə atılan addımlara diqqət yetirmək kifayətdir. Yeni formalaşan parlament qəbul olunmuş qanunlara dövrün tələblərinə uyğun dəyişikliklər etməklə yanaşı, yeni, təkmil sənədlərin qəbuluna da xüsusi diqqət yetirir. Ölkəmizdə hər bir sahənin inkişafında hüquqi baza rolunu oynayan sənədlərin imzalanması, qanunların qəbulu və onların icrası mexanizlərinin təkmilləşdirilməsi təqdir edilir.
Ümumilikdə, ölkəmizdə iqtisadi və siyasi islahatların vəhdətliyinin qorunması hərtərəfli inkişafın təmin olunmasında başlıca amil kimi öndə saxlanılır. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən cənab İlham Əliyevin son 20 ildən artıq dövrdə demokratik islahatların dərinləşdirilməsi istiqamətində atdığı addımlar və onların uğurlu nəticələri göz önündədir. 1995-ci ildən bugünədək Milli Konstitusiyamıza üç dəfə əlavə və dəyişiklik edilib ki, ikisi cənab İlham Əliyevin Prezidentliyi dövrünə aiddir. Bu əlavə və dəyişikliklərdə insan hüquq və azadlıqlarının yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi ilə yanaşı, idarəçilik sistemində təkmilləşmə də mühüm yer tutur. Bu da ölkəmizin davamlı inkişafında əsas rol oynayan amillərdəndir. Azərbaycanın demokratiya təcrübəsi dünyanın diqqətindədir. Tarixi Zəfərimizin reallıqları hər bir sahədə təkmilləşməni bir zərurət kimi qarşıya qoyur. 2020-ci il növbədənkənar parlament seçkiləri ilə yanaşı, 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz ilə də yadda qaldı. Ötən bu dörd ilin qürurverici hadisəsi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsidir. Yeni reallıqlar parlament diplomatiyasına da öz müsbət təsirini göstərir. Parlamentlərarası əlaqələr hazırda yüksələn xətlə inkişaf edir ki, bu da öz növbəsində təcrübə mübadiləsinə, hədəflərə doğru birgə addımlamaq üçün səylərin birləşdirilməsinə geniş imkanlar açır.
Xəbər lenti
Hamısına baxElm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

