Azərbaycan regionda sabitliyə xidmət edən məqsədlərə doğru inamla addımlayır
18.03.2024 [13:17]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
Tarixinin ən qüdrətli dövrünü yaşayan müstəqil Azərbaycan müzəffər Ali Baş Komandanımız, ölkə başçısı cənab İlham Əliyevin iti siyasi-diplomatik zəka ilə həyata keçirdiyi siyasət sayəsində beynəlxalq tədbirlərin, festivalların qlobal forumların, konfransların, idman yarışlarının keçirildiyi unikal məkana çevrilib. Bu dəfə qüdrətli, haqq-ədalət savaşından qalib çıxan Azərbaycan martın 14-də ölkəmizin paytaxtında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Parçalanmış dünyanın bərpası" mövzusunda XI Qlobal Bakı Foruma ev sahibliyi etdi.
Münxen Təhlükəsizlik Konfransı, Davos İqtisadi Forumu və bir sıra qlobal məsələlərin müzakirə edildiyi mötəbər tədbirlər qədər əhəmiyyətli olan XI Qlobal Bakı Forumun məhz Bakıda, 68 ölkədən 400-dən çox qonağın iştirak iştirakı ilə keçirilməsi Azərbaycanın davamlı inkişaf və modernləşmə yolu ilə irəliləməsinin dünya dövlətləri tərəfindən qəbul edildiyinin təsdiqidir.
Dünyada qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə bəşəriyyəti məlumatlandıran mühüm platformaya çevrilən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi mötəbər tədbirdə parçalanmış, müharibələrdən yorulmuş dünyamızın problemlərinin müzakirəsi diqqət mərkəzində oldu. Dünyamızı narahat edən bir çox vacib məsələdən söz açan Prezident cənab İlham Əliyev bildirib ki, regionumuzdakı dəyişikliklər lokal xarakterli kimi görünə bilər, əslində isə zənnimcə, onların daha geniş fəsadları var. Çünki bir il bundan əvvəl burada ötən görüşümüzdən bu yana baş verən əsas geosiyasi dəyişiklik Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasıdır. Bu, həqiqətən də çox ciddi geosiyasi dəyişiklikdir ki, fikrimcə həll olunmayan kimi görünən münaqişələrin həllinə çox müsbət təsir göstərəcək.
Dünya dövlətləri, o cümlədən Turkiyə, Rusiya, Ukrayna, İran, Gürcüstan, İraq və bir çox ölkələrinin aparıcı mətbuatında dövlətimizin başçısının çıxışı, dünyada gedən proseslərlə bağlı Azərbaycanın mövqeyi, irəli sürdüyü təşəbbüslər geniş işıqlandırıldı.
Bir sıra dövlətlərdən rəhbər və səlahiyyətli şəxslərin iştirak etdiyi tədbirdə bir daha dövlət başçımız İlham Əliyev tədbir iştirakçılarının diqqətinə Azərbaycanın bu günkü mənzərəsini çatdırdı: Biz güclü siyasi iradə və eyni zamanda, potensialı nümayiş etdirdik. Çünki güclü hərbi potensial və xalqın birliyi olmasa, güclü siyasi iradə uğura aparmayacaq. Beləliklə, bütün amillərin vəhdəti, bizim iqtisadi inkişafımız, bizim maliyyə imkanlarımız, müdafiə potensialımız, hərbi qulluqçularımızın təlimi, Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digərləri kimi bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyini tam dəstəklədikdə aktiv və proaktiv xarici siyasətin yürüdülməsi buna imkan verdi.
Eyni zamanda, forum iştirakçılarının ölkəmizin daha bir mötəbər tədbirə - COP29-a evsahibliyini yekdilliklə dəstəkləməsi beynəlxalq aləmin Azərbaycana olan inam və etimadının bariz nümunəsi oldu. Qalib ölkənin Prezidenti cənab İlham Əliyevin çıxışında vurğuladığı kimi, COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin "yaşıl keçid"lə bağlı səylərinin qəbul edilməsidir.
Beynəlxalq tədbirin keçirilməsi üçün Azərbaycanın seçilməsi heç də təsadüfü deyil. Sözsüz ki, bunun təməlində Prezident İlham Əliyevin apardığı müdrik siyasət nəticəsində ölkəmizin dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar qarşısında qazandığı mövqeyi, artan nüfuzu, dünyada cərəyan edən hadisələr fonunda ölkəmizdə hökm sürən sabitlik, əmin-amanlıq dayanır. Danılmaz faktdır ki, 30 illik yurd həsrətinə, Qarabağ münaqişəsinə birdəfəlik son verən Azərbaycan beynəlxalq ictimaiyyətin, dünya dövlətləri tərəfindən qəbul edilir və milli maraqlara əsaslanan, tərəfdaşlığa, qarşılıqlı əməkdaşlığa, regionda sabitliyə xidmət edən məqsədlərə doğru inamla addımlayır.
Xəbər lenti
Hamısına baxSiyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20

