Uğurlu dialoq
28.03.2024 [11:36]
Azərbaycan müstəqillik əldə etdikdən sonra aparıcı Qərb dövlətləri ilə münasibətlərini yüksək səviyyələr üzərində qurmağa başlayıb. Lakin eyni zamanda bir sıra nüfuzlu siyasi təşkilatlarla iş birliyi qurub, eləcə də hərbi alyanslarla münasibətlərini davamlı inkişaf xəttində tənzimləyib. Bu xüsusda ölkəmizin NATO ilə münasibətləri barədə bir sıra mühüm məqamlara toxunmaq olar.
Azərbaycanla NATO arasında əlaqələr 1992-ci ildə Azərbaycanın yeni yaradılan Şimali Atlantika Əməkdaşlıq Alyansına daxil olması ilə başlayıb və sonrakı illərdə inkişaf etdirilib. Belə ki, Azərbaycanın NATO ilə daha sıx əməkdaşlığı 1994-cü ildə Ulu Öndər Heydər Əliyev tərəfindən Brüsseldə “Sülh naminə Tərəfdaşlıq” çərçivə sənədinin imzalanması ilə inkişaf edib. Məhz Heydər Əliyevin 1997-ci il noyabrın 21-də imzaladığı Fərmanına əsasən, Azərbaycanın NATO-da diplomatik nümayəndəliyi təsis olunub və bu gün də həmin nümayəndəlik fəaliyyətini uğurla davam etdirməkdədir.
Xüsusilə qeyd edə bilərik ki, Azərbaycanın xarici siyasət istiqamətlərindən biri də bu hərbi alyansa inteqrasiyası ilə bağlıdır. Belə ki ölkəmiz 1994-cü ildən NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına qoşulub, 1999-cu ildə NATO Parlament Assambleyasına müşahidəçi, 2002-ci ildən isə assosiativ üzv stausu alıb, 2004-cü ildən “Fərdi tərəfdaşlıq” proqramlarına qoşulub. Bütün bunlar Azərbaycan-NATO münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini göstərir. Azərbaycan Prezidenti İlham Əliyevin NATO ilə Azərbaycan arasında əməkdaşlığa daim önəm verib və əbəs deyil ki, 2004-cü ildə ölkəmiz qurumun Fərdi Tərəfdaşlıq Fəaliyyət Planına qoşulduğu üçün münasibətlər daha da genişləndirilir.
Martın 17-də ölkəmizdə səfərdə olan NATO Baş katibi Yens Stoltenberq yüksək səviyyədə qəbul edilmiş, əməkdaşlıq məsələləri və Azərbaycan –NATO münasibətləri müzakirə edilmişdir. Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər.
Ölkəmizin başçısı cənab İlham Əliyev çıxışında qeyd edib ki. Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var. Bu müddətdə tərəfdaşlığın müsbət nəticələri olmuşdur. NATO-nun bir sıra əməliyyatlarında iştirak edən Azərbaycan güclü əməkdaşlığa sadiq tərəfdaş kimi qeyd edilmişdir.
Hazırda Ermənistan-Azərbaycan münasibətlərinə toxunan cənab Prezident bildirib ki, sülh danışıqlarına başlamaq bizim təşəbbüsümüz olub və “biz sülhə heç vaxt olmadığımız qədər yaxınıq.”
Cənab Prezident daha sonra bildirib ki, Azərbaycan hazırda 8 Avropa ölkəsinə qaz nəql edir ki, bu dövlətlərdən 6-ı NATO üzvüdür. Ölkəmizin ümumavropa qaz təchizatçısı adlandırılası böyük üstünlük olsa da, həm də ciddi məsuliyyət tələb edir. Bununla yanaşı, iqlim dəyişikliklərinə töhfə verməyə çalışan ölkəmzin COP29-a ev sahibliyi edəcəyini diqqətə çatdıran cənab Prezident NATO Baş katibini payızda keçiriləcək konfransa dəvət etmişdir.
Sadalananlar Azərbaycanla Alyans arasında əməkdaşlığı əks etdirən çoxsaylı faktların bir qismidir. Tərəflər arasında əməkdaşlıq davam və inkişaf edir. Bütün bu reallıqlar Azərbaycanla NATO arasında əməkdaşlığın inkişaf etdiyini təsdiqləyən amillərdir.
Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46

