Görüşdə Azərbaycan ilə ATƏT arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər müzakirə olunub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən ATƏT-in Bakı ofisinin yeni təyin olunmuş rəhbəri Bilge Cankoreli qəbul edib. Görüşdə Azərbaycan ilə ATƏT arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər müzakirə olunub, əməkdaşlığın müxtəlif istiqamətlərinə dair ATƏT-in Bakı ofisinin fəaliyyəti barədə fikir mübadiləsi aparılıb. Dövlətimizin başçısı ATƏT-in Bakı ofisinin rəhbəri vəzifəsinə təyin olunması münasibətilə Bilge Cankoreli təbrik edib və fəaliyyətində ona uğurlar arzulayıb. Bilge Cankorel Azərbaycan ilə ATƏT arasında əməkdaşlığın inkişaf etdirilməsində səylərini əsirgəməyəcəyini bildirib.