Şamaxıda təmir sexi və avtomobil yanıb

Şamaxı rayonunda yanğın olub.

Yeniazerbaycan.com FHN-ə istinadən xəbər verir ki, hadisə rayon ərazisində, Bakı-Qazax yolunun 119-cu kilometrliyində baş verib.

Belə ki, ümumi sahəsi 200 m² olan 6 boksdan ibarət avtomobil təmiri sexinin sahəsi 30 m² olan boksunun yanar konstruksiyaları və içərisində təmirə dayanan "Niva" markalı minik avtomobilinin yanar hissələri yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.