Sentyabrın 25-də Türkiyənin paytaxtı İstanbulda gimnastika üzrə ənənəvi “Bosfor kuboku” start götürəcək. Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, bu beynəlxalq turnirdə ölkəmizin idmançıları da mübarizə aparacaqlar. ölkəmizin idman şərəfini 3 gimnast - böyüklər arasında Uğur Xəlilbəyli, yeniyetmələrin yarışında isə Elvin Ağadadayev və Ruslan Balakişiyev qoruyacaqlar.
Yarış 2 gün davam edəcək.