Noyabrın 19-21-də Tofiq İsmayılov adına “Uşaq dünyası” Rəsm qalereyasında Əlillərin ümumrespublika yaradıcılıq müsabiqə-sərgisi keçiriləcək. Mədəniyyət və Turizm, Təhsil nazirlikləri və Rəssamlar İttifaqının təşkilati dəstəyi ilə keçiriləcək sərgidə istedadlı fiziki qüsurlu insanların işləri (rəsm əsərləri, tətbiqi sənət nümunələri - xalçalar, toxunma əşyalar, bədii tikiş, ağacdan oyma, misgərlik nümunələri) nümayiş olunacaq. Sərgidə 249 iştirakçının minə yaxın işi yer alacaq. Qaliblərin mükafatları onların yaş və məşğul olduqları sənət növü nəzərə alınaraq təsis edilib.