Bakıda VI "Start" Beynəlxalq Tələbə Filmləri Festivalı keçiriləcək

Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin, həmçinin, “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzinin təşkilatçılığı ilə Bakıda növbəti “Start” Beynəlxalq Tələbə Filmləri Festivalı keçiriləcək. Noyabrın 24-dən başlayan VI festival noyabrın 26-dək davam edəcək.
Qeyd edək ki, 14 ölkənin, o cümlədən, Almaniya, Fransa, Polşa və Rusiyanın təmsil olunacağı festivalda filmlər Kinematoqrafçılar İttifaqının zalında nümayiş etdiriləcək. Proqrama 24 rejissorun 34 filmi daxil olunub. Onların arasında ötən il Kann kinofestivalının qısametrajlı filmlər bölməsində iştirak etmiş Polşa filmi də var.