Fransada silahlı hücum baş verib, ölən və yaralananlar var

Fransanın Yvelines departamentində yerləşən Trappes və La Verriere şəhərlərində oktyabrın 23-də səhər saatlarında baş verən silahlı hücum nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

AZƏRTAC xəbər verir ki, Fransa Milli Antiterror Prokurorluğu hadisə ilə bağlı istintaqa başlayıb.

Franceinfo-nun əldə etdiyi məlumata görə, hadisə zamanı yaralananlar arasında 12 yaşlı uşaq da var.

Ölkənin daxili işlər naziri Loran Nunezin açıqlamasına əsasən, hücum edən şəxs avtomobildən atəş açıb. Trappes və La Verriere ərazilərində üç ayrı atəşaçma nöqtəsi müəyyən edilib.

Fransanın Baş naziri Sebastyən Lökornü X sosial şəbəkə hesabında şübhəlinin Yvelines departamentinin Coignieres şəhərində saxlanıldığını və polisin nəzarətinə götürüldüyünü təsdiqləyib.

Trappes şəhərinin meri Ali Rabehin hadisə ilə bağlı açıqlama verəcəyi bildirilib. Bundan əlav