Bakı treki ətrafında 3600-a yaxın beton blok quraşdırılıb

Bakı treki ətrafında 3600-a yaxın beton blok quraşdırılıb və bu beton bloklar azarkeşlərin, marşalların təhlükəsizliyini təmin edir.

Trend xəbər verir ki, Azərbaycan Qran Prisində 52 dövrə var və bu vaxta qədər heç bir Formula 1 pilotu Bakıda iki dəfə qalib gəlməyib.

Heç bir pilot iki dəfə qalib olmadığına görə bunu "Bakı sindromu" adlandırırlar.

2021-ci ilin sıralama turu son 10 illikdə ən çox qəzaların baş verdiyi turlardan biri hesab olunur.

Qeyd edək ki, bu trekdəki ən sürətli dövrə rekordu "Ferrari" komandasının pilotu Şarl Leklerə aiddir.